"Benedikt Spinoza" səhifəsinin versiyaları arasındakı fərqlər

Jump to navigation Jump to search
1.273 bayt əlavə edildi ,  2 il öncə
 
== M ==
* Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar.Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb.Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur.
* Məlumatsızlıq bəhanə edilə bilməz.
* Mən Allahı bütün şeylərn transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən-Ş.Q.) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili-Ş.Q.) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “ Teoloji-siyasi traktakt” ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr).

Naviqasiya menyusu