Hökmdar: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 31: | Sətir 31: | ||
== H == |
== H == |
||
* Hakimiyyət, hökmdarı zənginliklərlə birləşdirir. Hakimiyyət orqanlarının olmaması, nazirlərin olmamasını göstərir. Əlində hakimiyyət olan hökmdar, müdrik hökmdarı nəzərdə tutur. [[Çanakya]] |
|||
* Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. [[Aqafon]] |
* Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. [[Aqafon]] |
||
* Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. [[Platon]] |
* Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. [[Platon]] |
17:28, 28 noyabr 2019 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
- Altı şey bədəni atəşsiz yandırır: pis bir kənddə yaşamaq, pis bir hökmdara qulluq etmək, keyfiyyətsiz yemək, əsəbi arvad, axmaq oğul və dul qız. Çanakya
B
- Bağban kökləri zədələmədən çiçəyi kəsdiyi kimi, hökmdar da mənbəyini müflis etmədən pul toplayır. Çanakya
- Bal arısı çiçəklərdən balı tədricən topladığı kimi, hökmdar da vətəndaşlarından vergi yığaraq xəzinəni tədricən doldurmalıdır. Çanakya
- Beş şey bədəni atəşsiz yandırır: pis bir hökmdara xidmət, ödənilməmiş borclar, insanlara hörmətsizlik, sevilən birindən ayrılmaq, yoxsulluq üzündən üz döndərən dostlar. Çanakya
- Bir hökmdar, cəzalandırarkən yavaş, mükafatlandırarkən sürətli olmalıdır. Ovidi
- Bir hökmdarın və qulluqçunun yaxşı keyfiyyəti xəzinəni və anbarları doldurmaqdan ibarətdir. Çanakya
- Böyük və saleh kişilərin yığıncağı, ədalətli hökmdar, dindar qadın-bütün bunlar hər kəsin əsl sərvətidir. Çanakya
Ç
- Çox sərt cəzalandıran hökmdar cəmiyyətdə qarışıqlıq yaradır. Çanakya
D
- Doğru yolla gedən hökmdar, düşmənlərin hücumundan qorxmayan Allahın qulu kimidir. Çünki, Rəbbin Özü onu qoruyur. Çanakya
- Dövlətdə ən qiymətli sərvət xalqdır, sonra hakimiyyətdir, ən axırda isə hökmdar gəlir. Men-Tszı
- Dövləti arı pətəyi ilə müqayisə etmək olar, amma arıları öldürmək olmaz. Hökmdar öz torpaqlarını qorumalı və əhalidən də gəlir götürməlidir. Çanakya
- Dünyada yaxşı hökmdar olmaqdan çətin şey yoxdur. Diokletian
- Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. Cəmaləddin Əfqani
- Düşmənlər hökmdarlar tərəfindən məhv edilməlidir. Fərq etməz: silah, güzəşt, mübahisə və ya istila ilə. Çanakya
Ə
- Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir? Çanakya
- Əməli-saleh adamı var-dövlət, alimi təcrübə, hökmdarı xeyirxahlıq, evi isə yaxşı arvad qoruyar. Çanakya
- Ərinə sədaqət qadının, loyallıq nazirlərin, insanların müdafiəsi hökmdarın borcudur, yaxşı davranış isə böyük ruhların vəzifəsidir. Çanakya
- Əsl dost, xəstəlikdə, bədbəxtlikdə, aclıqda, düşmənlərin hücumunda, hökmdarın taxtında və dəfn mərasimində yanınızda olan insandır. Çanakya
G
- Gecələr gəzmək zəhərdir. Avaraçılıq hökmdar üçün zəhərdir. Ürəyini başqasına vermiş qadın kişi üçün zəhərdir, aşkar olunmayan xəstəlik orqanizm üçün zəhərdir. Çanakya
- Göydən yağan yağış saf su olduğu kimi, ismətli qadın da, vətəndaşlarının rifahı üçün çalışan hökmdar da safdır. Çanakya
H
- Hakimiyyət, hökmdarı zənginliklərlə birləşdirir. Hakimiyyət orqanlarının olmaması, nazirlərin olmamasını göstərir. Əlində hakimiyyət olan hökmdar, müdrik hökmdarı nəzərdə tutur. Çanakya
- Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, heyvanları deyil, insanları idarə edir; ikincisi - qanunlar ona Allah tərəfindən verilib; üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
- Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon