Viktor Hüqo: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 58: | Sətir 58: | ||
== Ə == |
== Ə == |
||
* Əfv insanlıq dilinin ən şirin kəlməsidir. |
* Əfv insanlıq dilinin ən şirin kəlməsidir. [[Viktor Hüqo]] |
||
== G == |
== G == |
05:27, 17 iyul 2020 tarixindəki versiya
Viktor Mari Hüqo (1802-1885) - fransız yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ailə cəmiyyətin kristalıdır.
- Ailəni dağıtmağa çalışan hər hansı ictimai quruluş yararsızdır. Ailə – hər bir cəmiyyətin büllurudur.
- Ağıl da təbiət kimi boşluq sevmir.
- Ağıllı o kəsdir ki, özünü görə bilir.
- Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ?
- Ağıllı o kəsdir ki, özünü görə bilir.
- Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq.
- Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir.
B
- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
- Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
- Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
- Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
- Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
- Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı.
- Bir məktəb açan bir həbsxana bağlayar.
- Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.
- Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
- 1 sevgilisi olan qadın mələkdir, 2 sevgilisi olan qadın canavardir, 3 sevgilisi olan qadın doğrudan da əsl qadındır )
- Bir vətəndaşın azadlığı obiri vətəndaşın azadlığının qurtardığı yerdən başlayır.
- Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
- Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
- Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
- Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür.
C
- Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
- Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
- Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır.
Ç
- Çalışmaq həyat, düşünmək işıqdır.
- Çalışmaq - uçub gedə bilən bir vərdişdir: tərk etmək asan, yenidən başlamaq isə çətindir.
- Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər.
D
- Dahi insanlar nadir hallarda təklikdə görünür.
- Dahilər Parisdə ölmək üçün əyalətdə doğulur.
- Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
- Diqqət, ağlın ən böyük uşağıdır.
- Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
- Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.
- Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur.
E
- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir.
- Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir.
- Eşq iki ikən bir olmaq deməkdir
Ə
- Əfv insanlıq dilinin ən şirin kəlməsidir. Viktor Hüqo
G
- "Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
- Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxaq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
- Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin.
- Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
- Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.
- Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.
- Gözü olan o adamdır ki, özünü görə bilsin.
- Güçün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.
- Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
- Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.
H
- Hansı sərvətdir ki, insanlar onun qədrini bilmirlər? – Təvazökarlıq.
- Harada düşüncə varsa, orada qüdrət var.
- Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.
- Həqiqi sevgi doymaq bilmir. Həmişə ruhi olaraq o, soyuya bilməz.
- Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir.
- Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
- Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir.
- Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.
- Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
- Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.
- Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
- Hətta yarpaqlar arasında oxuyan bir quşcığaz da tanrının varlığını sübut edir.
- Həyat - güldür.Sevgi - nektar.
- Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir.
- Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.
- Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
- Həyatın bütün dərdlərinin çarəsi kitablardadır…
X
- Xoş görmək və bağışlamaq sevginin təməlidir.
İ
- İblisin başqa bir adı da yalandır.
- İdeya - söz meşəsində nadir ovçudur.
- İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir...
- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
- İnsanda bir zülmkarlıq var - cəhalət.
- İnsanın daxili aləmində olan xeyirxahlıq - günəşdir.
- İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
- İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür.
- İnsanın siması onun daxili aləmini əks etdirir.
- İnsanlarda güc deyil, iradə çatışmır.
- İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər.
- İşığı heç kim kor qədər sevə bilməz.
K
- Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır.
- Kimə qəzəb hissi əlçatandırsa ona sevgi hissi də əl çatandır.
- Kitablar onu yazan insanların ətrini daşıyır.
- Kitablar soyuq, amma etibarlı dostlardır.
- Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır.
Q
- Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir.
- Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
- Qadına sevgi bizim üçün böyük, heç nə ilə əvəz olunmayan əhəmiyyətə malikdir; o, ət üçün duz kimidir; ürəyə hoparaq onu xarab olmaqdan qoruyur.
- Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
- Qadınlar zəifdir, amma analar qüvvətlidir.
- Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir.
- Qadını gözəl edən Allahdır, sevimli edən şeytan.
- "Qara bir işıq görürəm".Son sözləri
- Qorxu üzərində qələbə bizə güc verir.
- Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
- Quşda qanad, insanda ümid.
M
- Mənəviyyat həqiqətlərin çiçək açmasıdır.
- Mənəviyyat - çiçəkli bir haqqdır.
- Mənə yalan danışmağını istəyərdimS halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı.
- Mənə yağışı izah etmə, yağ!
- Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmamdır.
- Mənim üçün əhəmiyyəti yoxdur ki, güc kimin tərəfindədir; əhəmiyyəti olan odur ki, qanun kimin tərəfindədir.
- Məntiq heç bir mərhəmət bilmir.
- Məşhur adam olmaq xoşbəxtlikdir, faydali olmaq isə hər kəsin borcudu.
- Məşhur olmağı sevirəm – bu mənim xoşbəxtliyimdir. Amma lazım olmaq istəyirəm – bu mənim borcumdur.[2]
- Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.
- Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır.
- Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.
- Müqəddəs olmaq müstəsnalıqdür, ədalətli olmaq isə qaydadır.
O
- Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır.
- Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
Ö
- Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumaya dəyər şeylər yazın, yada yazmaga dəyər bir həyat yaşayın.
- Ölmək bir şey deyil, yaşamaq qorxuludur.
- Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz.
- Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur.
R
- Ruhu ləkələyən daim vücuddur.
- Ruhunu itirən dünyanı qazansa nə çıxar?
S
- Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir?
- Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.
- Sevgi iki olarkən bir olmaq deməkdir.
- Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir.
- Səni o qədər xəyal etdim ki, axırda xəyal oldun.
- Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
- Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.
- Sülh hər şeyi həzm edən xoşbəxtlikdir.
Ş
- Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir.
- Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür.
- Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur.
T
- Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq.
- Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
- Tərəqqi məqsəddir, ideal isə nümunə.
U
- Utanmazlıq bəzən ayıbı gizlədir.
- Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz.
V
- Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.
- Vicdan - bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
- Vicdan məhkəməsi ən ali məhkəmədir.
- Vicdanın oyanması qəlbin əzəmətini göstərir.
Y
- Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
- Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur.
- Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
- Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
- Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.
Z
- Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz.
- Zülmətdən nura doğru yüksələn bütün yollardan ən nəcibi və ən çətini aristokrat və monarxist doğulub, demokrat olmaqdır.
Istinadlar
- ↑ mehsur adam olmaq xosbextlik faydali adam olmaq haminin borcudur
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.