Məzmuna keç

Xeyir-dua



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağac əkən Allahın quludur, nəsillərə lütf bəxş edər, görmədiyi üzlər ona xeyir-dua verər. Henri Cekson van Dayk
  • Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi ... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb-biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer
  • Səni istifadə etdiyimi və səni ləkələdiyimi düşünmə. Mən səni təmizləyirəm. Allah sənə mənim vasitəmlə xeyir-dua versin. Qriqori Rasputin
  • Yalnız Vedaları və Vedanqanı (Vedalar, Vedanqalar- Sanskrit dilində hinduizmin ən qədim müqəddəs kitablar toplusu) bilən, dua edən, Allaha qurban verə biləcək və həmişə insanlara xeyir-dua verməyə hazır olan bir şəxs ola bilər. Çanakya

İstinadlar

[redaktə]