Albert Eynşteyn: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 123: | Sətir 123: | ||
* Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. |
* Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. |
||
* "Mən vəzifəmi burada bitirirəm."{{Son sözləri}} |
* "Mən vəzifəmi burada bitirirəm."{{Son sözləri}} |
||
* Mənə güvənilən bir sirri müqəddəs bir əmanət kimi saxlayaram, amma sirləri əlimdən gəldiyi qədər bilməməyə çalışaram. |
|||
* Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil. |
* Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil. |
||
* Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xayal gücü isə hər yerə. |
* Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xayal gücü isə hər yerə. |
18:42, 21 iyul 2014 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Aclıqdan qarnı quruldayandan dürüst siyasətçi olmaz.
- Axmaqlıq və dahilik arasındakı fərq: dahiliyin sərhədlərinin olmasıdır.
- Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir.
- A-nı həyatda müvəffəqiyyət olaraq təyin edək, o zaman A = X + Y + Z' dir; X çalışmaq, Y oyun, Z isə susmağı bilməkdir.
- Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır.
- Arzulamaq bilməkdən daha əhəmiyyətlidir.
- Ağıllı və yaxşı niyyətli insanlara xas bir ada olması üçün nələr verməzdim; elə bir yer olsa mən də vətənpərvər olardım. -
B
- Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır.
- Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
- Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq.
- Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
- Budağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır.
- Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı.
D
- Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır.
- Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır.
- Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir.
- Dini inkar edən elm topal, elmi inkar edən din kordur.
- Dünya yaşamaq üçün təhlükəli bir yerdir; pislik edənlərə görə yox, dayanıb seyr edən və onlara səs çıxartmayanlara görə.
- Dünyanı təxəyyül çevirər.
E
- Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir.
- Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək.
- Eşq, vəzifədən daha yaxşı bir müəllimdir.
- Eşqə düşməyə görə məsuliyyəti cazibə qüvvəsi daşımır.
Ə
- Əgər nə etdiyimizi bilsəydik, buna araşdırma deyilməzdimi?
- Əgər bir adam marşla uyğunlaşma içində gedə bilirsə, o dəyərsiz bir varlıqdır. Özünə yalnız bir onurğa iliyi bəs edəcəyi halda, bir təhər səhvliklə bir beynə sahib olmuşdur.
- Əmrlə gələn qəhrəmanlıqdan, şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən - bütün bunlardan necə də nifrət edirəm.
- Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşma qabiliyyətinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər.
- Əslində mən gələcəyi heç düşünmədim və düşünmürəm çünki gələcək düşünməsək də gələcək...
- Əvvəlcə oyunun qaydalarını öyrənmək lazımdır,sonra hamıdan yaxşı oynamağa başlamaq.
G
- Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir.
- Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.
- Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz.
- Gözəl bir qızı öpərkən düz avtomobil istifadə edə bilən bir kişi, öpüşün haqqını vermir deməkdir.
- Gözəl bir qızla eşqbazlıq edərkən bir saat bir saniyə kimi gəlir. Qızğın bir közün üzərində oturarkən bir saniyə bir saat kimi gəlir. Izafilik budur.
- Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin.
H
- Həyatda səhv etməmiş insan, demək bu həyatdan həç bir şey öyrənməmişdir.
- Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur.
- Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə.
- Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.
X
- Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur.
- Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.
İ
- İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insanın axmaqlığı. Birincisindən çox da əmin deyiləm.
- İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.
- İnsanın dəyəri verdikləri ilə ölçülür,nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox,dəyərli insan olun.
- İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.
Q
- Qanunların boğazına dolanıb dibə batmaqdansa, oportunist olub suyun üstündə qalmağı seçərəm.
- Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil.
M
- Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər.
- Mən gələcəyi düşünmürəm - kifayət qədər tez gəlir onsuz da.
- Mən müharibəni elə diksinti verici və alçaldıcı görürəm ki,belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü parçalayıb yox etmək daha yaxşı.
- Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim.
- "Mən vəzifəmi burada bitirirəm."Son sözləri
- Mənə güvənilən bir sirri müqəddəs bir əmanət kimi saxlayaram, amma sirləri əlimdən gəldiyi qədər bilməməyə çalışaram.
- Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil.
- Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xayal gücü isə hər yerə.
- Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.
Ö
- Ön mühakimələri yox etmək, atom nüvəsini parçalamaqdan daha çətindir.
- Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır.
- Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir
S
- Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.
T
- Təxəyyül məlumatdan daha əhəmiyyətlidir.
Ü
- Üçüncü dünya müharibəsində hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüsü daş və çubuq ilə ediləcək.
Y
- Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir Tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam...