Kamil Cəlilov: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '== Kamil Cəlilov barədə olan fikirlər == * Əsrlər, qərinələr ötsə də, Ədalətin sazı, Əhsənin tarı. Fatma xanımın "Kəsməşikəstəsi" yaddaşlardan si...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
== Kamil Cəlilov barədə olan fikirlər ==
== Kamil Cəlilov barədə olan fikirlər ==
* Ağır yanvar günlərində, xalqımızın başına gələn müsibətləri də Kamil qoboyu ilə xalqın harayına çevirdi. Bu haray həm bizim dərdimiz, qəmimiz idi, həm də onun qoboyundan qopan üsyankar birsəs. — [[Musa Yaqub]]<ref name="voyager"/>
* Əsrlər, qərinələr ötsə də, Ədalətin sazı, Əhsənin tarı. Fatma xanımın "Kəsməşikəstəsi" yaddaşlardan silinməyəcək. Belə sənətkarlar sırasında Kamil Cəlilovun öz yeri var. XII əsrdə Şərqdə yaranan qoboyu milli musiqi alətləri ailəsinə daxil edən, ona əbədiyaşarlıq verən ustad sənətkar Kamil Cəlilov olmuşdur. — [[Əliağa Ağayev]]<ref name="voyager"/>
* Biz qoboy deyəndə Kamil Cəlilovu, Kamil deyəndə isə öncə qoboyu anırıq. Onlar qoşa yaradır və qoşa da yanırlar. — [[Zeynəb Xanlarova]]<ref name="voyager"/>
* Kamilin çalğısı hər kəsi istər-istəməz yolundan saxlayır. Nə iş görürsən gör. hara gedirsən get. Kamil çalırsa, onu mütləq dinləməlisən. Bu istedad ona Allah tərəfindən verilib. — [[Yaşar Nuri]]<ref name="voyager"/>
* Kamil Cəlilov xalqla yaşayan, xalqın arzularını, duyğularını hiss edərək öz sözünü qoboy alətinin vasitəsilə xalqa çatdıran bir sənətkardır. Hər bir ifada o, böyük sənətkarlığını, kamilliyini göstərir. Rəşid Behbudovun onun haqqında dediyi sözü xatırlayıram.O, elə-belə də dedi: "Ə, gör bu zalım nələr eləyir?» Belə sənətkar neçə əsrdən bir yaranır?! — [[Ziyad Səmədzadə]]<ref name="voyager">{{cite book |last1=Təhmirazqızı |first1=Səadət |title=Kamilin sənət dünyası |date=2017 |publisher=Təhsil |location=Bakı |pages=216 |accessdate=10 avqust 2019 |language=Azərbaycanca}}</ref>
* Kamil Cəlilov xalqla yaşayan, xalqın arzularını, duyğularını hiss edərək öz sözünü qoboy alətinin vasitəsilə xalqa çatdıran bir sənətkardır. Hər bir ifada o, böyük sənətkarlığını, kamilliyini göstərir. Rəşid Behbudovun onun haqqında dediyi sözü xatırlayıram.O, elə-belə də dedi: "Ə, gör bu zalım nələr eləyir?» Belə sənətkar neçə əsrdən bir yaranır?! — [[Ziyad Səmədzadə]]<ref name="voyager">{{cite book |last1=Təhmirazqızı |first1=Səadət |title=Kamilin sənət dünyası |date=2017 |publisher=Təhsil |location=Bakı |pages=216 |accessdate=10 avqust 2019 |language=Azərbaycanca}}</ref>
* Kamilin çalğısı ürəyimi oxuyur. — [[Nəsibə Zeynalova]]<ref name="voyager"/>
* Kamilin çalğısı hər kəsi istər-istəməz yolundan saxlayır. Nə iş görürsən gör. hara gedirsən get. Kamil çalırsa, onu mütləq dinləməlisən. Bu istedad ona Allah tərəfindən verilib. — [[Əliağa Ağayev]]<ref name="voyager"/>
* Kamilin çalğısında yanğı ilə. həsrətlə bərabər, bir sevinc, bir mübarizə əhvali-ruhiyyəsi də var. Təbii ki, hər ifaçının öz yolu, öz dəstxəti olur. Mən Kamil nə çalıbsa. orada onun ürəyini görmüşəm. O ifa zamanı müxtəlif hərəkətlərə yol vermir, yalnız ürəklə çalır. Birdə görürsən gözləri bağlandı. Bunu belə izah etmək olar ki, o, ifa edərkən yalnız bir nöqtə tapır və sanki başqa səmtə baxmayıb o nöqtəni itirməmək üçün gözlərini yumur. — [[Yaşar Nuri]]<ref name="voyager"/>
* Kamilin çalğısında böyük məna, ilahi bir qüvvə var. Əsl incəsənət odur ki, o, insana mənəvi ruh, qida verir, onun könlünü oxşayır, onu düşündürür. Kamil məhz belə ölməz sənətkardır. — [[Xəlil Rza Ulutürk]]<ref name="voyager"/>
* Kamilin qoboyunu dinləmək birbaşa təbiəti dinləməkdir. Sellərin şırıltısı, bulaqların zümzüməsi, yarpaqların pıçıltısı, büllur şeh damlasımn səsi Kamilin ifasında başdan-başa sevgidən yoğrulmuş təbiəti musiqi dilində insanın ürəyinə köçürür, ruhuna, varlığına hopdurur. — [[Zəlimxan Yaqub]]<ref name="voyager"/>
* Kamilin ifasında qoboyu dinləyən insan sanki sehrli bir aləmə düşüb ovsunlanır, qanad açıb göyə qalxır, intəhasız ənginliklərə yüksəlib bir daha bu fani dünyaya dönmək istəmir. — [[Vasim Məmmədəliyev]]<ref name="voyager"/>
* Kamil Cəlilov qoboyu götürəndə adama elə gəlir ki, o, ürəyini qoboya söykəyib. Kamil qoboy ilə üz-üzə dayananda, qoboy ilə yanaşı duranda ən böyük musiqi möcüzəsi başlanır. — [[Məmməd Araz]]<ref name="voyager"/>
* Kamil "Dügah" çalır. Bu, başdan-başa səmavi duyğuların, ülvilik və yüksəkliyin, genişlik və sonsuzluğun nəğməsidir. Burada səslər yerin hüdudlarından çıxır, qollarını açıb bütün kainatı qucaqlayır. Könülləri böyüklüyə, təmizliyə və yüksəkliyə səsləyir. Bu duyğularda fiziki və maddi heç bir şey yoxdur. Bunlar arzular, səmavi duyğular, ruhani fikirlər məskənidir. — [[Bəxtiyar Vahabzadə]]<ref name="voyager"/>
* Kamilin qoboyu. onun çaldığı melodiyalar elə güclüdür ki, elə qəlboxşayandır ki, o, xalqı və insanları həmişə düşünməyə məcbur edir. — [[Şövkət Ələkbərova]]<ref name="voyager"/>
* İkinci bir Kamil yoxdur. Olmadı. Ha çalışdılar ki, Kamil olsunlar, ola bilmədilər, çala bilmədilər o qoboyu. Kamil qaldı tək. — [[Əlibaba Məmmədov]]<ref name="voyager"/>
* Qoboyçu Kamilin məndə oyatdığı duyumları, qəlbimdə hərəkətə gətirdiyi həyəcan və minnətdarlıq hissini ifadə edirəm. — [[Rəsul Rza]]<ref name="voyager"/>
* Qoboyda onsuz da çox çətin ifa olunan muğamlara Kamil sanki yeni bir ahəng gətirdi. Bu, hər sənətkarın işi deyil. Mən ona qoboyun Paqaninisi deyərdim. — [[Oqtay Rəcəbov]]<ref name="voyager"/>
* Mənə elə gəlir ki, Kamil Cəlilovun gözəl çalğısı heyrət ediləcək səviyyədədir. O, xalqımızın istedadlı, virtuoz və fövqəladə sənətkarıdır. — [[Cövdət Hacıyev]]<ref name="voyager"/>
* Musiqi sənətində Kamil Cəlilovun öz yeri var. Yeganə sənətkardır ki, professional ifaçılığı ilə bərabər, ulu muğamlarımıza meyil göstərərək, onları qoboyun səs tembri ilə üzvi şəkildə uyğunlaşdırıb. Onun bütün ifaları həmişə dəqiq, musiqi baxımından düzgün olur. — [[Arif Məlikov]]<ref name="voyager"/>
* Sənətin tükənməyən sirlərinə bələd olan, insanlara sevinc gətirən, onları düşündürən mənəviyyatımıza zənginlik qatan sənətkar bəxtiyardır. Qoboyçalan Kamil belə sənətkardır. — [[Fikrət Sadıq]]<ref name="voyager"/>
* Sənətkarda yanğı olmalıdır. Kamildə bu cəhət aydın nəzərə çarpır. O. təkcə Azərbaycan muğam rənglərini deyil, dünya klassiklərinin əsərlərini də məharətlə ifa edir. — [[Gülarə Əliyeva]]<ref name="voyager"/>
* Onun qoboyunun səsi çox təbiidir, Allah vergisidir. — [[Aqşin Əlizadə]]<ref name="voyager"/>
* Kamil Cəlilov çox orijinal üsluba malik bir sənətkardır. O, qoboy üçün yazılmış bütün əsərləri gözəl çalır. Mən saatlarla Kamilin çaldığı muğamları dinləyirəm. Hətta onun qoboyu üçün əsərlərdə yazmışam. — [[Fikrət Əmirov]]<ref name="voyager"/>
* Kamil Cəlilov milli muğam folklorunu dərindən bilən, qoboyun texniki imkanlarını bütünlüklə mənimsəyən, zərifzövqü olan peşəkar ifaçıdır. — [[Nikolay Nekrasov]]<ref name="voyager"/>
* Kamil təbiətən çox sadə, təbii və kövrək qəlblidir. Bu sadəlik, bu təbiilik və kövrəklik nəfəsi, barmaqlarının ritmi ilə onun qoboyuna da hopub. Ona görə də Kamil qoboyundan yüksələn sədalar bu qədər cəzbedici, qəlboxşayan və ehtizazlıdır. — [[Niyazi]]<ref name="voyager"/>
* Heyran qaldım onun istedadına. Çox "talantlı" oğlandı. Belə mahir qoboyisti indiyəcən hələ görməmişəm, afərin! Muğamı o cür hissiyyatla çalan "3-cü simfoniya"nın solo hissəsini də təravətlə çaldı, əhsən! — [[Qara Qarayev]]<ref name="voyager"/>
* Onun çaldıqları bir-birindən gözəl və zəngindir. Mən Konservatoriyada dərs dediyim vaxt Kamil xalq havalarını təzə-təzə qoboyda çalmağa başlamışdı. Eləcə də klassiklərdən Motsartıı, Haydının, Hendelin, Baxın əsərlərini qoboyda çox gözəl çalırdı. Bu, Kamil novatorluğu idi. — [[Tofiq Quliyev]]<ref name="voyager"/>
* Kamil Cəlilovun üstünlüyü ondadır ki, qazandığı uğurlarla qane olmur, daima axtarır, öyrənir. O, klassik tərkibli bir alətlə - qoboyla yeni, orijinal üslublu ifaçılıq sənəti yaradıb. — [[Bəhram Mansurov]]<ref name="voyager"/>
* Qoboy Avropa musiqi alətidir. Onda muğam çalmaq çətin olsa da Kamil onun öhdəsindən bacarıqla gəlir. Mən də arzuma çatdım. Onu ansambla dəvət etdim. — [[Əhməd Bakıxanov]]<ref name="voyager"/>


== İstinadlar ==
== İstinadlar ==

00:11, 11 avqust 2019 tarixindəki versiya

Kamil Cəlilov barədə olan fikirlər

  • Ağır yanvar günlərində, xalqımızın başına gələn müsibətləri də Kamil qoboyu ilə xalqın harayına çevirdi. Bu haray həm bizim dərdimiz, qəmimiz idi, həm də onun qoboyundan qopan üsyankar birsəs. — Musa Yaqub[1]
  • Biz qoboy deyəndə Kamil Cəlilovu, Kamil deyəndə isə öncə qoboyu anırıq. Onlar qoşa yaradır və qoşa da yanırlar. — Zeynəb Xanlarova[1]
  • Kamil Cəlilov xalqla yaşayan, xalqın arzularını, duyğularını hiss edərək öz sözünü qoboy alətinin vasitəsilə xalqa çatdıran bir sənətkardır. Hər bir ifada o, böyük sənətkarlığını, kamilliyini göstərir. Rəşid Behbudovun onun haqqında dediyi sözü xatırlayıram.O, elə-belə də dedi: "Ə, gör bu zalım nələr eləyir?» Belə sənətkar neçə əsrdən bir yaranır?! — Ziyad Səmədzadə[1]
  • Kamilin çalğısı ürəyimi oxuyur. — Nəsibə Zeynalova[1]
  • Kamilin çalğısı hər kəsi istər-istəməz yolundan saxlayır. Nə iş görürsən gör. hara gedirsən get. Kamil çalırsa, onu mütləq dinləməlisən. Bu istedad ona Allah tərəfindən verilib. — Əliağa Ağayev[1]
  • Kamilin çalğısında yanğı ilə. həsrətlə bərabər, bir sevinc, bir mübarizə əhvali-ruhiyyəsi də var. Təbii ki, hər ifaçının öz yolu, öz dəstxəti olur. Mən Kamil nə çalıbsa. orada onun ürəyini görmüşəm. O ifa zamanı müxtəlif hərəkətlərə yol vermir, yalnız ürəklə çalır. Birdə görürsən gözləri bağlandı. Bunu belə izah etmək olar ki, o, ifa edərkən yalnız bir nöqtə tapır və sanki başqa səmtə baxmayıb o nöqtəni itirməmək üçün gözlərini yumur. — Yaşar Nuri[1]
  • Kamilin çalğısında böyük məna, ilahi bir qüvvə var. Əsl incəsənət odur ki, o, insana mənəvi ruh, qida verir, onun könlünü oxşayır, onu düşündürür. Kamil məhz belə ölməz sənətkardır. — Xəlil Rza Ulutürk[1]
  • Kamilin qoboyunu dinləmək birbaşa təbiəti dinləməkdir. Sellərin şırıltısı, bulaqların zümzüməsi, yarpaqların pıçıltısı, büllur şeh damlasımn səsi Kamilin ifasında başdan-başa sevgidən yoğrulmuş təbiəti musiqi dilində insanın ürəyinə köçürür, ruhuna, varlığına hopdurur. — Zəlimxan Yaqub[1]
  • Kamilin ifasında qoboyu dinləyən insan sanki sehrli bir aləmə düşüb ovsunlanır, qanad açıb göyə qalxır, intəhasız ənginliklərə yüksəlib bir daha bu fani dünyaya dönmək istəmir. — Vasim Məmmədəliyev[1]
  • Kamil Cəlilov qoboyu götürəndə adama elə gəlir ki, o, ürəyini qoboya söykəyib. Kamil qoboy ilə üz-üzə dayananda, qoboy ilə yanaşı duranda ən böyük musiqi möcüzəsi başlanır. — Məmməd Araz[1]
  • Kamil "Dügah" çalır. Bu, başdan-başa səmavi duyğuların, ülvilik və yüksəkliyin, genişlik və sonsuzluğun nəğməsidir. Burada səslər yerin hüdudlarından çıxır, qollarını açıb bütün kainatı qucaqlayır. Könülləri böyüklüyə, təmizliyə və yüksəkliyə səsləyir. Bu duyğularda fiziki və maddi heç bir şey yoxdur. Bunlar arzular, səmavi duyğular, ruhani fikirlər məskənidir. — Bəxtiyar Vahabzadə[1]
  • Kamilin qoboyu. onun çaldığı melodiyalar elə güclüdür ki, elə qəlboxşayandır ki, o, xalqı və insanları həmişə düşünməyə məcbur edir. — Şövkət Ələkbərova[1]
  • İkinci bir Kamil yoxdur. Olmadı. Ha çalışdılar ki, Kamil olsunlar, ola bilmədilər, çala bilmədilər o qoboyu. Kamil qaldı tək. — Əlibaba Məmmədov[1]
  • Qoboyçu Kamilin məndə oyatdığı duyumları, qəlbimdə hərəkətə gətirdiyi həyəcan və minnətdarlıq hissini ifadə edirəm. — Rəsul Rza[1]
  • Qoboyda onsuz da çox çətin ifa olunan muğamlara Kamil sanki yeni bir ahəng gətirdi. Bu, hər sənətkarın işi deyil. Mən ona qoboyun Paqaninisi deyərdim. — Oqtay Rəcəbov[1]
  • Mənə elə gəlir ki, Kamil Cəlilovun gözəl çalğısı heyrət ediləcək səviyyədədir. O, xalqımızın istedadlı, virtuoz və fövqəladə sənətkarıdır. — Cövdət Hacıyev[1]
  • Musiqi sənətində Kamil Cəlilovun öz yeri var. Yeganə sənətkardır ki, professional ifaçılığı ilə bərabər, ulu muğamlarımıza meyil göstərərək, onları qoboyun səs tembri ilə üzvi şəkildə uyğunlaşdırıb. Onun bütün ifaları həmişə dəqiq, musiqi baxımından düzgün olur. — Arif Məlikov[1]
  • Sənətin tükənməyən sirlərinə bələd olan, insanlara sevinc gətirən, onları düşündürən mənəviyyatımıza zənginlik qatan sənətkar bəxtiyardır. Qoboyçalan Kamil belə sənətkardır. — Fikrət Sadıq[1]
  • Sənətkarda yanğı olmalıdır. Kamildə bu cəhət aydın nəzərə çarpır. O. təkcə Azərbaycan muğam rənglərini deyil, dünya klassiklərinin əsərlərini də məharətlə ifa edir. — Gülarə Əliyeva[1]
  • Onun qoboyunun səsi çox təbiidir, Allah vergisidir. — Aqşin Əlizadə[1]
  • Kamil Cəlilov çox orijinal üsluba malik bir sənətkardır. O, qoboy üçün yazılmış bütün əsərləri gözəl çalır. Mən saatlarla Kamilin çaldığı muğamları dinləyirəm. Hətta onun qoboyu üçün əsərlərdə yazmışam. — Fikrət Əmirov[1]
  • Kamil Cəlilov milli muğam folklorunu dərindən bilən, qoboyun texniki imkanlarını bütünlüklə mənimsəyən, zərifzövqü olan peşəkar ifaçıdır. — Nikolay Nekrasov[1]
  • Kamil təbiətən çox sadə, təbii və kövrək qəlblidir. Bu sadəlik, bu təbiilik və kövrəklik nəfəsi, barmaqlarının ritmi ilə onun qoboyuna da hopub. Ona görə də Kamil qoboyundan yüksələn sədalar bu qədər cəzbedici, qəlboxşayan və ehtizazlıdır. — Niyazi[1]
  • Heyran qaldım onun istedadına. Çox "talantlı" oğlandı. Belə mahir qoboyisti indiyəcən hələ görməmişəm, afərin! Muğamı o cür hissiyyatla çalan "3-cü simfoniya"nın solo hissəsini də təravətlə çaldı, əhsən! — Qara Qarayev[1]
  • Onun çaldıqları bir-birindən gözəl və zəngindir. Mən Konservatoriyada dərs dediyim vaxt Kamil xalq havalarını təzə-təzə qoboyda çalmağa başlamışdı. Eləcə də klassiklərdən Motsartıı, Haydının, Hendelin, Baxın əsərlərini qoboyda çox gözəl çalırdı. Bu, Kamil novatorluğu idi. — Tofiq Quliyev[1]
  • Kamil Cəlilovun üstünlüyü ondadır ki, qazandığı uğurlarla qane olmur, daima axtarır, öyrənir. O, klassik tərkibli bir alətlə - qoboyla yeni, orijinal üslublu ifaçılıq sənəti yaradıb. — Bəhram Mansurov[1]
  • Qoboy Avropa musiqi alətidir. Onda muğam çalmaq çətin olsa da Kamil onun öhdəsindən bacarıqla gəlir. Mən də arzuma çatdım. Onu ansambla dəvət etdim. — Əhməd Bakıxanov[1]

İstinadlar

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 1,11 1,12 1,13 1,14 1,15 1,16 1,17 1,18 1,19 1,20 1,21 1,22 1,23 1,24 1,25 1,26 Təhmirazqızı, Səadət (2017) (Azərbaycanca). Kamilin sənət dünyası. Bakı: Təhsil. pp. 216.

Vikipediyada Kamil Cəlilov haqqında məqalə var.