Məzmuna keç

Yusif (peyğəmbər)

Yusif (peyğəmbər)
Doğum tarixi e.ə. 1562
Doğum yeri Haran
Vəfat tarixi e.ə. 1452
Vəfat yeri Qədim Misir
Dəfn yeri Yusifin qəbri, Cavern of the Patriarchs
Vikipediya məqaləsi

Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562– ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — İbrahimi dinlərdə peyğəmbər.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahım, özümü sənə əmanət edirəm, başqa heç kimim yoxdur.
  • Baxışların ucsuz-bucaqsız bir quyudur, sən baxdıqca mən Yusif kimi içinə düşürəm.[1]
  • Bəzi sevgilər ömür boyu gözlədir, hər gün tövbə etdirir, hidayət etdirir. Züleyxanın Yusifə olan sevgisi onu hər gün bir az da Allaha yaxınlaşdırırdı. Nəhayət, anladı ki, sevgisi Yusifə deyil, Yusifi yaradanadır.
  • Dözümünün mənasını anlamadan dözdü. O qədər ki, nə səbrinə sahib çıxdı, nə də dözümüylə kifayətləndi.
  • Ey günəş tək göy üzünün nuru, gözəl Yusif! Ona baxarkən öz gözəl üzünü görürsən və özündə tapdığın gözəlliyi görüb heyran qalırsan. Ey gözlərimin işığı.
  • Ey iman gətirənlər! Səbirli olub namaz qılaraq Allahdan kömək diləyin. Sözsüz ki, Allah səbr edənlərin yanındadır.
  • Ey Rəbbim, mənə mülk (mülkün bir hissəsini və onu idarə etmək imkanı) verdin, sözlərin təfsirini (bilik) öyrətdin. Sən göylərin və yerin yaradıcısı, dünya və axirətdə mənim vəkilimsən. Həyatımı müsəlman olaraq sona çatdır və məni salehlər arasına qat.
  • Gördü ki, Züleyxa sevgidən böyük sevgi var, Allahdan başqa olmaz yar, indi Züleyxaya dünya dar…
  • Gözləmək Züleyxaya yaraşır, gəlmək isə Yusif ola bilənə…
  • Gözlərimin görə bilmədiyinə ürəyim neyləsin? Rəbbim hər kəsə ürəyindən keçənləri bəxş etsin.
  • Günahların çox olduğu və Yusiflərin az olduğu dövr… Ya Rəbb, bizi əxlaqını və imanını qurtaranlardan et.
  • Qaranlıq gecədə haldan-hala düşən Züleyxa səbrin kimdən olduğunu bilmədən və səbrinin daxili üzünə çatmadan səbr etdi.
  • Qədərimi mən seçmədim, Allahım verdi. Əlhəmdulillah. Yaxşıyam desəm, yalan olar, pisəm desəm, inancıma toxunar. Ən yaxşısı, şükür edim. Duam bəlli, duyan bəlli.
  • Quyunun dibindəsən deyə üzülmə, bəlkə qapı oradan da açılacaq.
  • Ölümdən çox qorxan birinin sığınacaq Rəbbi yoxdur, ya da bu dünyanı aşırı sevir.
  • Potifarın arvadı: Mənimlə yat.
    Yusif: Ağam evindəki hər şeyi mənə əmanət etdi və ona məxsus olan hər şeyi mənə tapşırdı. Bu evdə məndən böyük heç nə yoxdur və məndən asılı olmayan tək şey sənsən, çünki sən onun arvadısan.. Mən necə bu böyük pisliyi edib Allaha qarşı günah edə bilərdim?
  • Sevilməklə imtahana çəkilən günahsızdır Yusif. Yaqub sevir, quyuya düşür, Züleyxa sevir, zindana düşür.
  • Səslər ürəkdən gəldiyi müddətcə Allah hər duanı dinləyir.
  • Ürəklər yalnız Allahın əmrindədir. Yusif kimi qəlbini təmiz tut ki, Züleyxalar könlündə yer alsın.
  • Ya Rəbb, nə qədər qar dənələri yağdırdın, Peyğəmbərimizə salam olsun, bizə rəhm et, çünki Sən rəhm edənlərin ən rəhmlisisən, ən rəhmlisən.
  • Yusif! Ey Misir sultanı! Mən kiməm? Mənim Misirim haradır? Tale bir tapmacadır, ey Yusif? Bu tapmaca nə vaxt həll ediləcək? Gecədə nələr gizlənib? Niyə yuxusuzdur gecələr? Niyə acıdır həyat? Niyə içdiyim suyun dadı yoxdur? Yoxsa bu quyunun suyudur?
  • Yusif olmaq üçün Yusif kimi qəlbə ehtiyac var, imana ehtiyac var. Züleyxa kimi deyilsənsə, Yusifləri rahat burax.
  • Züleyxa kimi gözləyənin Yusif kimi yarı olar.
  • Züleyxa olmaq asandır, Züleyxa kimisini tapmaq da asandır. Bəs Yusif kimisini gizlədən quyular haradadır…
  • Züleyxanın gözləri sehrli qara dəhşətdir. Kim ona baxsa, Züleyxada nələrisə unudacaq.
  • Züleyxanın yolu çox uzundur. Sevgi verilib ona sevgini bilmir. Səbr verilib, səbri anlamır.
  • Züleyxaya "ay çıxdı" dedilər. Züleyxa "Yusif baxdı?" deyə xəbər aldı.

İstinadlar

[redaktə]
  1. [1]Hz. Yusif kəlamları