Abdulla Şaiq
Görünüş
Abdulla Şaiq | ||||
Tam adı | Abdulla Axund Mustafa oğlu Talıbzadə | |||
Doğum tarixi | 24 fevral 1881 | |||
Doğum yeri | Tiflis | |||
Vəfat tarixi | 24 iyul 1959 | |||
Vəfat yeri | Bakı | |||
Dəfn yeri | Fəxri Xiyaban | |||
|
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1940), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri.
H
[redaktə]- Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.
- Həyatın daim hərəkətdə olması üçün çalışanlar ən adi insanlardır ki, ən kiçik arzular dalınca getdiklərindən həqiqi bəxtiyarlığa çatmazlar.
Y
[redaktə]- Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə, özünü deyil, başqalarını yaşatmağa çalış.[1]
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.