Aristofan
Görünüş
Aristofan | |||
Doğum tarixi | e.ə. 445 | ||
Doğum yeri | Afina | ||
Vəfat tarixi | e.ə. 385 | ||
Vəfat yeri | Afina | ||
|
Aristofan (q.yun. Ἀριστοφάνης; e.ə. 446, Afina – e.ə. 386, Afina) — qədim yunan şairi, dramaturq-komedioqraf, "komediyanın atası", klassik yunan komediyasının banisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl sözlərlə qanadlanır.
- Ağıllı adamlar düşmənlərindən çox şey öyrənirlər.
- Ağlı qısa olanın dili uzun olar.
B
[redaktə]- Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil.
- Böhtançının böhtanının dərmanı yoxdur.
- Bütün qanunlar ləğv edilsə belə, müdriklər eyni həyatı yaşayacaqlar.
Ç
[redaktə]- Çörək əvəzinə sözlərlə qidalanmayın.
Ə
[redaktə]- Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır.
G
[redaktə]- Gülmədiyim günü itmiş hesab edirəm.
H
[redaktə]- “Heç bir heyvan qadın qədər təkəbbürlü deyil ” deyən Evripiddən daha böyük müdrik və şair harada ola bilər?
- Heç bir insan tamamilə xoşbəxt deyil!
- Həqiqətən vicdanlı adam yoxdur; heç birimiz qazanc motivindən azad deyilik.
- Hər bir insanın vətəni ən yaxşı yaşadığı ölkədir.
- Həyat teatra bənzəyir, çünki ən böyük fırıldaqçılar çox vaxt ən yaxşı kreslolarda otururlar.
- Hökumət mədəniyyətli və şərəfli insan üçün deyil.
X
[redaktə]- Xərçəngə düz yeriməyi öyrətmək olmaz.
İ
[redaktə]- İnsanlar var- dövlətdən çox yoxsulluğa borcludurlar; var-dövlət onları kökəldir, qıcıqlandırır, ağırlaşdırır, yoxsulluq isə onları çevik, yüngül, zəka və bədən baxımından incə, düşmənləri üçün qorxulu edir.
Q
[redaktə]- Qadınlarsız həyat onlar qədər çətindir.
- Qısa ağlın uzun dili var.
M
[redaktə]- Müdriklə ünsiyyət gözəl şeydir.
N
[redaktə]- Nifrət etmək bəzən sevməkdən daha böyük həzzdir.
Ş
[redaktə]- Şəhərlər yüksək divarlar tikməyi dostların yox, düşmənlərin vasitəsi ilə öyrənir.
V
[redaktə]- Vətən bizim yaxşı olduğumuz yerdir.
Y
[redaktə]- Yalnız başqa bir qadın qadından daha pis ola bilər.
- Yüksək düşüncələrin yüksək dili olmalıdır.
Z
[redaktə]- Zövqə əsir olan deyil, hakim olan xoşbəxtdir.
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014