Məzmuna keç

Cabbar Qaryağdıoğlu

Cabbar Qaryağdıoğlu
Tam adı Cabbar İsmayıl oğlu Qaryağdıoğlu
Doğum tarixi 31 mart 1861
Doğum yeri Şuşa
Vəfat tarixi 20 aprel 1944
Vəfat yeri Bakı
Dəfn yeri Çəmbərəkənd qəbiristanlığı, Yasamal qəbiristanlığı
Vikipediya məqaləsi

Cabbar Qaryağdıoğlu — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biridir.

Cabbar Qaryağdıoğlu haqqında sitatlar

[redaktə]
  • Azərbaycan musiqi mədəniyyəti tarixində ən böyük sima Qaryağdıoğludur. Əgər, Cabbar olmasaydı, Üzeyir bəy olmazdı. Üzeyir bəy olmadansa Fikrət Əmirov olmazdı...[1] Firidun Şuşinski
  • Cabbar Qaryağdıoğlu təsnif havalarında olan bir çox şeirləri yenidən işləmiş, onlarca mahnının mətnini yazmışdı. Bu təsnif və mahnılardan “İstəkanın deşilsin”, “Kaş ki bayram olmayaydı”, “Məni dövrü-fələk”, “Tiflisin yolları”, “Naxçıvanın gədiyindən aşaydım”, “Qalalıyam, qalalı”, “Qarabağın bir dənəsi”, “Ay ayağında məsi var”, “Gəlin gedək, Daşaltıya gəzməyə” və sair göstərmək olar.[1]
  • Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir.[2]
    • Azərbaycanlı tanınmış müğənni Murtuza Məmmədov (Bülbül).
  • Cabbar Qaryağdıoğlunun yaratdıgı üçlük Qafqazda və xaricdə bədii əhəmiyyətinə görə 1-ci dərəcəli Avropa ansamblları ilə müqayisə olunurdu.[3]
    • Rus musiqişünası Viktor Serqeeviç Vinoqradov.
  • 20 il Cabbarla yoldaşlıq etmişəm. İnsanlığı Cabbardan öyrənmişəm![4]

İstinadlar

[redaktə]
  1. 1,0 1,1 [1] Yurdu viran olan Cabbar əmi
  2. [2] Səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə: Cabbar Qaryağdıoğlu - 154
  3. [3] Azərbaycan muğamının korifeyi Cabbar Qaryağdıoğlu
  4. [4] Bir xatirənin ovqatı - Mustafa Çəmənli yazır