Məzmuna keç

Məhsəti Gəncəvi

Məhsəti Gəncəvi
Doğum tarixi 12 may 1089
Doğum yeri Gəncə
Vəfat tarixi 1181
Vəfat yeri Gəncə
Vikipediya məqaləsi

Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – 1181, Gəncə) — XII əsrdə yaşamış mənşəcə Azərbaycanlı olan şair, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir busə üçün — dedim, — ləbim mehmandır,
    Bir busəm üçün — dedi, — baha bir candır.
    Ağlım gələrək vurdu mənim böyrümdən,
    Yəni, — dedi, — al, bu müftə mal hardandır?
  • Bu dünya bir qızıl kuzəyə bənzər,
    Suyu gah şirindir, gah da ki zəhər.
    Çox da ki öyünmə uzundur ömrün,
    Əcəl köhlənində hazırdır yəhər.
  • Bütpərəstlik xoşdur, sən bir büt olsan,
    Məstlik də xoşdur, şərab versən camından.
    Elə yox oldum ki, eşqində sənin,
    Bu yoxluq varlıqdan yaxşıdır, inan.
  • Könülsüz xərabət içrə sən gəlmə,
    Dərvişlik rəmzini bilməsən, gəlmə!
    Başından keçənin yoludur bu yol,
    Bu yolda can qurban verməsən, gəlmə![1]
  • Qənaət əzizlər, tamah xar edər.

İstinadlar

[redaktə]

Vikipediyada Məhsəti Gəncəvi haqqında məqalə var.

Vikimənbədə Məhsəti Gəncəvi ilə əlaqəli məlumatlar var.

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.303