Məzmuna keç

Qabusnamə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar.
  • Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq olmaz.
  • Bu dünya bir ovqatdır, sən isə ovçu, sənin ovun da – yaxşı əməllərin.
  • Bütün sənətlərin açarı elm və tərbiyədir.
  • Bütün sərvətlər içərisində ən gözəl sənət sərvətləri bacarmaqdır.
  • Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma.
  • Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir.
  • Dili xoş olanın havadarı çox olar.
  • Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma.
  • İki cür adam məzəmmətə layiqdir: dostların haqqını tapdayan və yaxşı işə qiymət qoymayan.
  • İstəyirsən sənin xalqa sərf etdiyin əmək hədər getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə.
  • İşlərin asan olar, olsan tamahdan azad,

Qənaətə başladın, ev-eşik oldu abad!

  • Kim çoxlu pulu canından əziz tutsa, o, tezliklə əzizlikdən zəlilliyə düşər.
  • Kişinin qeyrəti olmasa, məsləki də olmaz.
  • Kobudluq zorakılıq əlamətidir.
  • Qazanc dövlət artırar, insaf şöhrət.
  • Qədir bilməyənə yaxşılıq etmək nadanlıqdır.
  • Qənaət — özü dövlət deməkdir.
  • Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq məğlub ikən zəfər təbili çalmaq kimi bir işdir.
  • Qorxusuz yaşamaq istəyirsənsə, başqaların yamanlıq etmə…
  • Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə deyil.
  • Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab işləməyə bərabərdir.
  • Rahatlıq zəhmətdədir, zəhmət isə dincəlməkdə.
  • Səbirli olmaq ağıllı olmağa bərabərdir.
  • Türkün pisi ən pis, yaxşısı ən yaxşıdır.
  • Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur.
  • Yaxşı adamlar bu dünyada aslan təbiətli olurlar, pis adamlar isə it təbiətli.
  • Zarafat şərrin müqəddiməsi, bütün bəlaların bələdçisidir.
  • Ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaqdır.

İstinadlar

[redaktə]