Çarlz Menson
Görünüş
Çarlz Menson | ||||
Doğum tarixi | 12 noyabr 1934 | |||
Doğum yeri | Sinsinnati | |||
Vəfat tarixi | 19 noyabr 2017 | |||
Vəfat yeri | Beykersfild | |||
|
Çarlz Menson — Amerikalı cinayətkar, "Ailə" (ang. The Family) təriqətinin qurucusu və lideri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl universaldır.
- Ağrı pis deyil. Bu yaxşıdır. Bu sizə şeylər öyrədir. Əlini atəşə qoyduğun kimi: Vay! Bir daha bunu etməməyi bilirsən.
- Allah sözünü işlədirik. Allah bütün digər sözləri birləşdirir. Mən papayam. Mən on qat Papayam. Mən əlli dəfə Papayam. Amma mən təpələrdə və dağlarda papayam.
B
[redaktə]- Bəzən yaşamaqdan qorxduğumu hiss edirəm. Məni qorxudan yaşamaqdır. Ölmək asandır. Hər gün qalxıb bunu təkrar-təkrar yaşamaq çətindir.
C
[redaktə]- Cəmiyyətiniz o qədər azğınlaşıb ki, içindəki normal insan dəli kimi görünəcək.
D
[redaktə]- Dəli olmaq bir şey demək idi. Bu gün hamı dəlidir.
İ
[redaktə]- İnsan bir sirrdir: bütün ömrünüzü onu həll etməyə sərf etsəniz, vaxtınızı boşa xərcləməzdiniz. Mən özüm də bu sirrlə məşğulam, çünki insan olmaq istəyirəm.
- İnsanların əksəriyyəti ana şüuruna hopmuş qorxuları, şübhələri və çaşqınlıqlarında artıq ölüdür.
- İtlərlə insan kimi davranmayın. İtlərlə it kimi davranın. İnsanlardan daha yaxşıdırlar.
M
[redaktə]- Mən heç kimi öldürmədim, heç kimi öldürtmədim, bıçaqlarnan üzərinizə gələn uşaqlar, onlar sizin uşaqlarınızdır, onlara mən öyrətmədim. Siz öyrətdiniz.
- Məni sənin yaratdığın mənəm və əgər mənə dəli it, şeytan, qatil, vəhşi deyirsənsə, o zaman unutma ki, mən sənin cəmiyyətinin güzgü obrazıyam.
- Məndə gördüyün hər şey səndədir. Əgər amansız qatili görmək istəyirsənsə, o adamı görəcəksən, bunu başa düşürsən? Məni öz qardaşın kimi görsən, mən belə olacağam. Hər şey sizin nə qədər sevginizdən asılıdır. Mən sənəm və bunu etiraf edəndə azad olacaqsan. Mən sadəcə bir güzgüyəm.
- Mənə yuxarıdan baxsanız axmağın birini görərsiniz. Mənə aşağıdan baxsanız Tanrını görərsiniz. Mənə tam qarşıdan baxsanız, özünüzü görərsiniz.
N
[redaktə]- Nə qədər ki, ürəyində nifrət var, dünyada nifrət olacaq. Siz sülh üçün mübarizə edə bilməzsiniz və azadlığı ələ keçirə bilməzsiniz.
- Nəfəs almaq istəyi çox güclüdür, lakin insanlar bunu hələ dərk etməyiblər.
O
[redaktə]- O vaxt dəli olmaq bir şey demək idi. Bu gün hamı dəlidir.
- Ola bilsin ki, mən İsa Məsih ola biləcəyimi hərdən aydınlaşdırmışam, amma nə və ya kim olduğuma hələ qərar verməmişəm.
P
[redaktə]- Pul bir oyundur. Bu, yalnız onun üçün işləyən insanlar üçün realdır. Bu monopoliya oyunudur. Bu kağız oyunudur. Hamısı kağız üzərindədir.
- Pulun qulları heç də insan deyillər.
T
[redaktə]- Tərəqqi? Tərəqqi deyə bir şey yoxdur. Yalnız dəyişiklik var. Yerdə çuxur qazırsan, şəhər salırsan, müharibə aparırsan və buna tərəqqi deyirsən?