Məzmuna keç

Əbülfəz Elçibəy

Əbülfəz Elçibəy
Tam adı Əbülfəz Qədirqulu oğlu Əliyev
Doğum tarixi 24 iyun 1938
Doğum yeri Kələki, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 avqust 2000 (62 yaşında)
Vəfat yeri Ankara, Türkiyə
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

Vikianbarda Əbülfəz Elçibəy ilə əlaqəli mediafayllar var.

Əbülfəz Elçibəy — azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar.
  • Bir qardaş üçün yalnız onun anası və bacısı həqiqətən içdən yanaraq ağlar. Gerisi boşdur. Onu bil ki, sənin üçün onlardan başqa heç kim yanmaz. Mənim üçün bir siqaretim yanmışdı, onu da pulla alırdım. Həyat budur.
  • Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq.
  • Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedə-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik.
  • Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır.
  • Bütöv Azərbaycanın yolu Təbrizdən keçir.
  • Xalqın seçdiyi prezident öz xalqına ipək ürəyini, onun düşmənlərinə isə dəmir əlini göstərməyi bacarmalıdır.
  • Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam.
  • Hər bir problemin zamana ehtiyacı var.
  • Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür.
  • Son vaxtlar, iki aydır, üç aydır bir fikir beynimdə fırlanır. Bir söz, bir səda gəzir - Ey, Manaqua, mən dəniz qurduyam, məni duyarmısan? Deyirlər məhkəmə olacaq, filan olacaq... Və elə birdən beynimə gəlir, Ey Manaqua, mən dəniz qurduyam, məni duyarmısan?[1]
  • Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.
  • Tehran rejiminə mən niyə düşmənəm? Ona görə ki, 35 milyon Azərbaycan Türkünü əzab-işgəncə içində saxlayır. Mən onunla necə dost ola bilərəm?
  • Tank qabağında duran oğlanlar, pul qabağında sındılar.

Əbülfəz Elçibəy haqda sitatlar

[redaktə]
  • Elçibəy böyük vətənpərvər bir adam idi. Böyük türkçü idi, Elçibəyi sevirik. - Süleyman Dəmirəl[2]
  • O, ziyalı adam idi, özü də Şərq ziyalısı. Əbülfəz ədəbiyyatı bilirdi, türkpərəst idi. - Vəfa Quluzadə[3]

İstinadlar

[redaktə]