Acizlik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
  • Acizlik ürəyi ağrıdır, bilsən,
    Bir alçaqlıq olar hər zülmə dözsən. Nizami Gəncəvi

B[redaktə]

  • Başqalarının fikri ilə kifayətlənmək, başqalarının beyni ilə düşünmək, ən böyük acizlikdir... Fyodor Dostoyevski
  • Bütün cinayətlər və pisliklər acizlikdən doğular, onun üçün hamısı ancaq mərhəmətə layiqdir. Alfred De Viqni

L[redaktə]

  • Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlıq göstəricidir. Sun Dzı

M[redaktə]

  • Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən bixəbərəm... haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm... budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur. Blez Paskal

S[redaktə]

  • Sevgi ağlasığmaz şeyləri yaradacaq qədər güclüdür. O, fəza və zamanın əbədi dəyişməz şərtləri, bədənin acizliyi üzərində qələbə çalır, körpəyə şir gücü verir. Vissarion Belinski

İstinadlar[redaktə]