Ehtiyatlı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir hökumət afişalar vasitəsi ilə öz vətəndaşlarına sülh və firavanlıq gətirməyə ehtiyac duyursa, ehtiyatlı olun və həmişə bunun əksini gözləyin. İvo Andriç
  • Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər. Lev Tolstoy

C[redaktə]

  • Cahillikdən doğan sözü təkrar edərkən ehtiyatlı olmaq lazımdır. Abay Kunanbayev

Ç[redaktə]

D[redaktə]

  • Demək lazımdır ki, əgər qayğısız amerikalılar ehtiyatlı olurlarsa, o zaman yalnız ağlı başında olmayan onlardan nümunə götürmək istəməz. Jül Vern
  • Dostunun da düşmənindən, düşməninin də dostundan ehtiyatlı dolan. Ərəb atalar sözləri

E[redaktə]

Ə[redaktə]

  • Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər. Olqa Smurova
  • Əsl sevgi kobud və yüngülxasiyyət deyil. Utancaqlıq onu ehtiyatlı edir; o itirəcəyindən qorxaraq çox şey etməyə cəsarət etmir. Jan Jak Russo

F[redaktə]

  • Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir. Kəlilə və Dimnə

G[redaktə]

H[redaktə]

  • Heç kim plan qurarkən və onu icra edərkən ehtiyatlı olmur. Mülahizələrdə biz möhkəmik, hərəkətlərdə isə qorxuya güzəştə gedirik. Fukidid
  • Həqiqətlər nə qədər yüksək olarsa, bir o qədər ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə, onlar ümumi yerlərə aid olar. Ümumi yerlərə isə inanmırlar. Nikolay Qoqol
  • Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.[2] Əzizə Cəfərzadə
  • Həyatınıza təhlükə yarada biləcək altı varlıqla ehtiyatlı olun: hökmdarla, odla, su ilə, qadınla, ilanla və axmaqla. Çanakya/Hökmdar

İ[redaktə]

  • İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi. Leonard Koen
  • İnsanlar yaşlandıqca ağıllanmırlar. Onlar sadəcə daha ehtiyatlı olurlar. Ernest Heminquey

Q[redaktə]

  • Qadın nifrət edəndə kişi ehtiyatlı olmalıdır. Çünki, qəlblərinin dərinliklərində kişi qəzəbli, qadın isə pisdir. Fridrix Nitsşe

M[redaktə]

  • Mən dostlarımı onların görünüşünə, tanışlarımı yaxşı xarakterlerinə, düşmənlərimi isə parlaq zəkalarına görə seçirəm. Heç bir insan öz düşmənlərinin seçimində bu qədər ehtiyatlı ola bilməzdi. Oskar Uayld

Ö[redaktə]

  • Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar - əməlin başlanğıcıdır. Lao-tszı

R[redaktə]

  • Ritorika, hər bir predmetə görə ehtiyatlı olmağın mümkün yollarını tapmaq imkanıdır. Aristotel

S[redaktə]

  • Səni tərifləyənlə ehtiyatlı ol. Yapon atalar sözləri
  • Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun. Alla Puqaçova
  • Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. Frensis Bekon

Y[redaktə]

  • Yalnız eşqi və ehtirası sevən qadınlardan ehtiyatlı olmaq lazımdır. Hesiod
  • Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir. Fyodor Uqlov

İstinadlar[redaktə]