Məzmuna keç

Nazim Hikmət

Nazim Hikmət
Doğum tarixi 15 yanvar 1902
Doğum yeri Saloniki
Vəfat tarixi 3 iyun 1963
Vəfat yeri Moskva
Dəfn yeri Novodeviçye qəbiristanlığı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axın var günəşə axın! Günəşi zəbt edəcəyiz- günəşin zəbti yaxın!
  • Artıq nə geri dönməni gözləyərəm, nə də mən geri gələrəm.. Necə də olsa sən bir şey itirmədin, sən mənsizliyi seçdin.. Qərar sənin..
  • Bahar gəldi, bahar gəldi, bahar, bahar gəldi oğlan! Tumurcuqlandı içimdə qan!

"Yarımçıq qalan bir bahar yazısı" şeirindən.

  • Bəli.. Bəlkə ümidim qalmadı gələcəyimdən; Amma əsla peşman deyiləm keçmişimdən.
  • Bəlkə mən sənə sevməyi öyrədə bilmərəm, amma sən də mənə unutmağı öyrədə bilməzsən.. Bəlkə mən sənə qovuşmağı öyrədə bilmərəm, amma sən də mənə ayrılığı öyrədə bilməzsən.
  • Bəzən vacib olmamalıdır, gedəcək olan ya da gəlməyən..Çünki bəzən başlaman lazımdı hər şeyə yenidən..
  • Bilərsənmi nə pisdir insanın bildiyini izah edə bilməməsi, sözlərin həmişə yarım qalması. "Mən" deyib susması, "Sən" deyib ağlaması...
  • Bilməzdən gəlişim, axmağı oynamam itirmə qorxumdan deyil; Qarşımdakıların yalan danışma potensiallarına olan marağımdandır.
  • Bir gün mənsizlik çalar qapını, mənli günləri düşünüb avunarsan.. Sanma ki, yalanlar içində mənim kimi bir doğru taparsan..
  • Bu gün bazar, bu gün məni ilk dəfə günəşə çıxartdılar.
  • Cəsur bir qadının başı, qorxaq kişinin çiyninə ağır gələr..
  • Cibimdə yoxuydu! Ürəyimdən verdim.
  • Darıxdın, içtin, ağladın, güldün, mahnılar söylədin, şeirlər yazdın. Yaxşı o nə etdi?
  • Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.
  • Dostluq ağaca bənzəyər, qurudusa, bir daha göyərməz.
  • Düşmənin acığına bir gün daha çox yaşayacaqsan.
  • Deyirlər e, mən sənsiz yaşaya bilmərəm. Bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram amma səninlə bir başqa yaşayaram.
  • Eşq, bəzən getməklə qalmaq arasında verdiyin ən böyük döyüşdür. Sevməyənin ağılı, həqiqətən sevənin ürəyi qazanır bu döyüşü.
  • Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.
  • Ən çox bir il davam edir iyirminci əsrlərdə ölüm ağrısı.
  • Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.
  • Gerçək şair öz eşqi, öz xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzini tutmalıdır.
  • Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir.
  • Gənclik - arzu, inam, igidliyə həvəs deməkdir. Gənclik - lirika və romantizmdir. Bu, gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır.
  • Hər gələn sevməz və heç bir sevən getməz unutma. Bil ki, gedən dönürsə sevdiyindən deyil, itirdiyindəndir əslində!
  • Həqiqi şair öz eşqi, öz xoşbəxtliyi və acısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzi vurmalıdır.
  • İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.
  • İki şey var ancaq ölümlə unudular, anamızın üzüylə şəhərimizin üzü.
  • İnsan kimnənsə qocalmalıdır, kiməsə görə yox!
  • İnsanlar işlərinə gələndə deyil, vicdanlarına görə yaxşılıq etsə idilər; bu gün 3-5 günlük sevgilər deyil, əsl sevdalar olardı..
  • İnsanların qanadları yoxdur,çünki insanların qanadları ürəklərindədir.
  • Keçdim putların meşəsindən baltalayaraq, nə də asan yıxılırdılar.
  • Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük!
  • Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də.
  • Qorxumuz yox! Enmədi bir gün belə gözlərimizə, bir qış axşamı kimi qaranlığı qorxunun.
  • Mən səndə imkansızlığı sevirəm, fəqət ümidsizliyi deyil..
  • Mən türk dillinin şairiyəm. Həyatımı buna həsr etdim.
  • Mən yanmasam, sən yanmasanŞ o yanmasa, necə çıxar qaranlıqlar aydınlığa.
  • Məncə sən də indi hər kəs kimisən.
  • Mənim könlüm bir qartaldır.
  • Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim?
  • Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdır bütün məsələ.
  • Mən bir ceviz ağacıyam Gülxanə parkında.
  • Nə çətindir insanın bildiyini deyə bilməməsi.. "Mən" deyib susması, "Sən" deyib ağlaması..
  • Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik.
  • Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı.
  • Nəbzini boşluqda sayan bir gecə.
  • O mavi gözlü bir devdi, minnacıq bir qadın sevdi.
  • O mənsizliyi gözə aldısa, mən onsuzluqdan bir şey itirmərəm..
  • Ölüm özündən əvvəl mənə təkliyini göndərdi.
  • Önəmli olan zamana buraxmaq deyil.. Zaman keçsə belə buraxmamaqdır.
  • Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin.
  • Peşman deyiləm yaşadıqlarıma! Əsəbiyəm bəlkə də yaşaya bilmədiklərimə!
  • Sevmək, sevdiyin kişi ilə birlikdə olmaq deyildir unutma! Çünki sevgi; onunla yaşamaq deyil, onu yaşamaqdır əslində..
  • Sevməyən ürək süni çiçəyə bənzər: ömrü çox olsa da, ətri olmaz.
  • Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.
  • Səmanı başımın üstündə görmək mənə qadağandır.
  • Sən mənim sərxoşluğumsan, nə ayıldım, nə ayıla bilərəm, nə ayılmaq istəyirəm!
  • Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa?
  • Sərçə kimisən qardaşım.
  • Şair müvəffəqiyyətli olmaq üçün, əsərlərində maddi həyatı işıqlandırmaq məcburiyyətindədir.
  • Tahir olmaq da ayıb deyil Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil.
  • Təvazökarlıq qürur deməkdir. Qürürlu olanlar təvazökardırlar.
  • Ürəyə bir bıçaq kimi girən xatirələrin, dilsiz olduqlarını anlayıram.
  • Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!
  • Vicanla birlikdə, şərəf axtararam sevdiklərimdə.. Hər zaman doğru deyildir əlbəttə seçimlərim.. Gün gələr "şərəfsizləri"də sevərəm..
  • Ya ölü ulduzlara aparacağıq həyatı, ya da ölüm enəcək yer üzünə.
  • Yalanın ən böyük qüdrəti onun sürətlə yayılmasındadır.[1]
  • Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına.
  • Yeni meydanlar açılmış uzaqdakı şəhərimdə.
  • Yağdı bütün gecə, yağdı qar, ulduzlarla aydınlanaraq.

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997. səh.44