Özgə ömür (film, 1987)
Özgə ömür (rus. Другая жизнь) — 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmiş film.
Filmdəki dialoqlardan
[redaktə]Roza: Qardaş, tinə çatanda saxlarsan. A kişi, sənnənəm ee. O institutun qabağında saxla.
Sürücü: Ora onsuz da dayanacaqdır.
Səkinə xanım: Əcəb işdi vallah. Adam öz evində də ürəyi istədiyini deyə bilməsin. O gəlin deyil, hazırın naziridi.
Fariz Əmiroviç Rzayev: O yazıq bu evə gələn gündən ancaq sənin altını təmizdiyir.
Vika: Özünüz ki, bilirsiz o gəlməyəcək. Guya oğlunuzu tanımırsız? O əyilən adam deyil.
Fariz Əmiroviç Rzayev: Yaxşı, o əyilən deyilsə sən onun yerinə niyə xahiş eliyirsən? Sən onu alçaldırsan. O adam həyatda hər şeyi özü qazanmaq istəyir. Köməksiz, filansız. Ancaq sən onu axmaq vəziyyətində qoyursan.
Minə: On beş sutka oturarsan, onda bilərsən. Əgər bir şey itib-eləsə cinayət işi açdırarıq. Hələ xuliqanlıq üçün də cavab verəcəksən.
Roza: Xuliqan atondu.
Fariz Əmiroviç Rzayev: Bu nədi?
Roza: Benzindi. Bura institut deyil, lotuxanadı. Yoxsa ailəmi dağıtmaq istəyirsiz?
Fariz Əmiroviç Rzayev: Fikriviz nədi?
Roza: İndi görəcəksən. Gözüvün qabağında yandıraceyəm özümü.
Fariz Əmiroviç Rzayev: Siz dəlisiz? Açıq deyin görüm noolub?
Roza: Əgər ərimi qaytarmasaz yandıracam özümü
Fariz Əmiroviç Rzayev: Dediyinizdən belə çıxır ki, ərinizin o qadınla əlaqəsi var? Düz başa düşdüm sizi?
Roza: Özüvü dola. Guya xəbərin yoxdu? Öz kafedranda işdiyir ki, nədi o İmanova Sofa.
Fariz Əmiroviç Rzayev: İmanova? Səhv eləmirsiz?
Roza: Saxla eee. Hamısını, ərim hamısını bir-bir mənə danışdı. Onsuz da ürəyimə danmışdı. Çoxdandı heç mənə yaxın durmurdu. Özüvüz bilirsiz də nə mənada. Sonra bir-iki dəfə gecə də gəlmədi evə heç. Ta srağagün də özü öz diliylə dedi ki, bəs vurulub özgəsinə-həmin o İmanovaya. Bir fikirləşin də, mənə elə söz demək olar? Az qala özümü öldürmüşdüm. Elə o gedəndi. Guya tapmayacam onu. Onu mən yerin deşiyindən də tapıb çıxararam. Elə belə də deyin ona.
Roza: Çadranı ona görə atmamışıq ki, xalxın ərlərini yoldan çıxardaq. Bəyəm düz demirəm?
Fariz Əmiroviç Rzayev: Yaxşı, bəs anan necədi?
Marat: Anam rəhmətə getdi. Siz ki dəfnə gəlmişdiz.
Fariz Əmiroviç Rzayev: Hə, düz-əməlli başa düşmədim. Sənə nə lazım idi? Arvadın işin məğzini bilmir. İşin məğzini bilməyəndə də ki, kömək eləmək çətindir.
Ramiz: O nəsə xahiş eliyib səndən?
Fariz Əmiroviç Rzayev: Hə.
Ramiz: Səndən?
Fariz Əmiroviç Rzayev: Bəli, məndən. Mən də onu başa saldım ki, sənin kimi məğrur və müstəqil bir adam heç vaxt razı ola bilməz ki, arvadı ona buna ağız aça.
Ramiz: Haqlısan ata, o gərək səni narahat eləməyəydi. Ona mən yüz dəfə demişəm. Elə adamlar var ki, onlara bir tikə quru çörəkdən ötrü ağız açmaqdansa acından ölsən yaxşıdı.
İmanova: Əgər siz bir adamı sevsəydiz, bu cür daşürəkli olmazdız.
Fariz Əmiroviç Rzayev: Siz nə dediz?
İmanova: Üzr istiyirəm. Onun iki uşağı var..., iki uşağı. Çıxartmıyın onu.
Rüfət: Vallah, mən sizə mat qalmışam. Əşi belə də iş olar. O sizin doğmaca qardaşınızı türməyə saldırıb. Siz onu müalicə eliyirsiz?
Fariz Əmiroviç Rzayev: Mən həmişə düzgün saydığım işi yox, düzgün sayılan işi görmüşəm.
Fariz Əmiroviç Rzayev: 46-cı ildə məni çağırıb soruşdular ki, guya qonşun deyirmiş ki, dava başlayanda biz əməlli-başlı hazır olmamışıq. O bunu deyəndə sən eşitmisən, ya yox? Deyə bilərdim ki, yox. Ancaq yalan deyə bilmədim. Özüm də bilirdim ki, o yazığın evini yıxırdım. Ancaq neyniyim? Belə məsələlərdə o vaxt yalan demək xətalı idi.