İşğal
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
- Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik. Heydər Əliyev
B
[redaktə]- Birinə dəstək olmaq bu dünyada işğal etdiyimiz bir ərazinin kirayə haqqıdır. Məhəmməd Əli
- Biz bilirik ki, Qarabağ bizim torpaqlarımızdır. Hansı ki, hələlik işğal altındadır. Biz işğal altında olan torpaqlarımızı qürurla təmsil edirik. Qurban Qurbanov
- Bu gün biz mədəni irsimizə böyük töhfə vermiş bir ölkədə, bizim sivilizasiyanın inkişafını nümayiş etdirən abidələrlə zəngin bir ölkədə mübarizə aparırıq. Müharibə imkan verdiyi qədər biz o abidələrə hörmət etməyə borcluyuq. Əgər məşhur bir binanı dağıtmaq və öz adamlarımızı qurban vermək arasında seçim etməliyiksə, o zaman kişilərimizin həyatı sonsuz dərəcədə daha çox sayılır və bina getməlidir. Ancaq seçim həmişə bu qədər aydın deyil. Hərbi zərurət arqumentinin qarşısında heç nə dayana bilməz. Bu qəbul edilmiş prinsipdir. Lakin “hərbi zərurət” ifadəsi bəzən hərbi rahatlıqdan və hətta şəxsi rahatlıqdan danışmaq daha doğru olacağı yerdə istifadə olunur. İstəmirəm ki, süstlük və ya laqeydlik ört-basdır etsin. Tarixi abidələrin yerlərini onların cəbhə xəttimizdən dərhal qabaqda və ya bizim işğal etdiyimiz ərazilərdə olub-olmadığını müəyyən etmək ali komandirlərin vəzifəsidir. Normal kanallarla aşağı eşleonlara ötürülən bu məlumat bütün komandirlərin üzərinə bu məktubun ruhuna əməl etmək məsuliyyətini qoyur. Duayt Eyzenhauer
E
[redaktə]- Erməni abidələri, misal olaraq Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Təəssüflər olsun ki, Ermənistan əksinə, nəinki işğal olunmuş ərazilərdə mədəni abidələrimizi dağıdır, hətta Ermənistandakı Azərbaycan toponimlərini də dəyişdirir. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb[1]. Hidayət Orucov
X
[redaktə]- Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qırmızı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi. Heydər Əliyev
- Xəzinənin və ordunun sayəsində bəzəyi sərvət olan torpaq işğal edilir. Çanakya
İ
[redaktə]- İşğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda alman hərbi musiqisi konsertini təşkil etmək kifayətdir. Jan Pol Sartr
- İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar! Şeyx Şamil
K
[redaktə]- Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.Heydər Əliyev
Q
[redaktə]- Quranın dediyinə görə İsa imam Mehdinin əlindən tutmuş halda gələcək. O zaman sülh və barışıq bütün dünyanı bürüyəcək. Mehdi və İsaya səslənirəm ki, tez gəlin, tez gəlin ! Gəlsinlər tez gəlsinlər. Məgər bu düz deyilmi ki, dünyanı təhlükələr əhatə edib?! Bugün bütün zaman və məkanların düşmənləri Fələstinin işğal edilmiş ırazilərində toplanmışdır. Mən inanıram ki, tarixin bütün müharibələrinin möhürü məhz bu Qəzzə müharibəsi olacaqdır. Biz Fələstində sülh və barış üçün döyüşürük. Bu bizim və bütün Latın Amerikalıların xeyrinədir.[2] Uqo Çaves
O
[redaktə]- Ordunun vəzifəsi vətəni işğal etmək istəyən düşmənə qarşı ayağa qalxmaqdır. Belə ayağa qalxmaq yerində saymaq üçün deyil, düşmənin üstünə atılmaq məqsədilə edilərsə, ayağa qalxmağa dəyər. Mustafa Kamal Atatürk
R
[redaktə]- Ruslar erməni adı altında Azərbaycanın 20 faizini işğal ediblərsə, dostluq adı ilə Ermənistanın 100 faiz torpağını işğal ediblər. Vəfa Quluzadə
Y
[redaktə]- Yaddaşını itirən millət millət olmaqdan çıxır - yalnız müəyyən bir ərazini müvəqqəti işğal edən bir qrup insan olur. Yozef Pilsudski