İki
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir adamın payı iki adamı ac qoyar. Azərbaycan atalar sözləri/B
- Bir atıb iki vurur. Azərbaycan atalar sözləri/B
- Bir baş yaxşıdır, iki baş ondan yaxşıdır, İki göz görür, dördü ondan yaxşı görür. Azərbaycan atalar sözləri/B
- Bir başa iki qapaz ağır olar. Azərbaycan atalar sözləri/B
- Bir bu gün iki sabahdan yaxşıdır. Azərbaycan atalar sözləri/B
- Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın. Azərbaycan atalar sözləri/B
- Bir dəfə gəldin, yoldaş, iki dəfə gəldin, qardaş. Azərbaycan atalar sözləri/B
- Bir əl əkər, iki əl biçər. Azərbaycan atalar sözləri/B
- Bir əldə iki qarpız tutmaq olmaz. Azərbaycan atalar sözləri/B
- Bir gəmini iki rəis batırar. Azərbaycan atalar sözləri/B
- Bir gördün yoldaş, iki gördün qardaş. Azərbaycan atalar sözləri/B
- Bir görmək iki eşitməkdən yaxşıdır. Azərbaycan atalar sözləri/B
- Bir görür, iki istəyir. Azərbaycan atalar sözləri/B
- Bir göz iki göz gördüyünü görə bilməz. Azərbaycan atalar sözləri/B
- Bir igidin payı iki igidi ac qoyar. Azərbaycan atalar sözləri/B
- Bir iş var, iki əməl. Azərbaycan atalar sözləri/B
- Bir işi iki eyləmə. Azərbaycan atalar sözləri/B
- Bir iti iki daşla vurur. Azərbaycan atalar sözləri/B
- Bir kənddə iki darğa olmaz. Azərbaycan atalar sözləri/B
- Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar. Azərbaycan atalar sözləri/B
- Bir könüldə iki məhəbbət olmaz. Azərbaycan atalar sözləri/B
- Bir qapıda iki dilənçi olmaz. Azərbaycan atalar sözləri/B
- Bir qarına iki minnət götürmək olmaz. Azərbaycan atalar sözləri/B
- Bir qazanda iki kəllə qaynamaz. Azərbaycan atalar sözləri/B
- Bir qoyundan iki dəri çıxmaz. Azərbaycan atalar sözləri/B
- Bir qul iki ağaya qulluq eyləyə bilməz.
İ[redaktə]
- İki cür yazıçı var: yaşamaq üçün yazanlar və yazmaq üçün yaşayanlar. Yaşamaq üçün yazanlar yaşayır, amma yazmır, yazmaq üçün yaşayanlar isə yazır, amma yaşamır. Əmin ər-Reyhani
- İnsan yalnız iki halda ağlaya bilər: ya həqiqi sevgidən, ya da ölümdən. Sultan Süleyman Qanuni
M[redaktə]
- Müstəqillik bir inqilab aktı idi; cümhuriyyətçilik günəş altında yeni bir şey idi; federal sistem nəhəng eksperimental laboratoriya idi. Fiziki cəhətdən amerikalılar qabaqcıl idilər; sosial və iqtisadi institutlar sahəsində də onların ənənələri qabaqcıllardan biri olmuşdur. Əvvəldən intellektual və mənəvi müxtəliflik Amerika üçün irq və dil kimi xarakterik olmuşdur. Ən fərqli Amerika fəlsəfələri transsendentalizm - Ali Qanunun fəlsəfəsi və təcrübə və plüralizm fəlsəfəsi olan praqmatizm olmuşdur. Bu iki prinsip amerikançılığın özəyini təşkil edir: Ali Qanun prinsipi və ya hökmdarların diktəsinə tabe olmaq, qanunlardan daha çox vicdan və praqmatizm prinsipi və ya tək yaxşılığın və bitmiş kainat anlayışının rədd edilməsi. Amerikalılar əvvəldən bilirdilər ki, fəth edilməli yeni dünyalar, kəşf edilməli yeni həqiqətlər var. Amerikaçılığı tək bir nümunə ilə məhdudlaşdırmaq, onu vahid bir düsturla məhdudlaşdırmaq üçün hər cür səy amerikanizmdə keçərli olan hər şeyə sədaqətsizlikdir. Henri Stil Kommager
Z[redaktə]
- Ziyalılar iki kateqoriyaya bölünür: bəziləri zəkaya ibadət edir, digərləri ondan istifadə edir. Gilbert Çesterton