Cəfər Sadiq
Görünüş
(İmam Sadiq səhifəsindən yönləndirilmişdir)
Cəfər Sadiq | |||
Doğum tarixi | 20 aprel 702 | ||
Doğum yeri | Mədinə | ||
Vəfat tarixi | 16 dekabr 765 | ||
Vəfat yeri | Mədinə | ||
Dəfn yeri | Bəqi qəbiristanlığı | ||
|
Cəfər Sadiq (699, Mədinə, Hicaz, Əməvilər xilafəti – 3 dekabr 765, Mədinə, Hicaz, Abbasilər) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Cəhalət üç şeydir: təkəbbür, mübahisənin qızğınlığı və Allaha qarşı nadanlıq.
- Cahilin bəzi əlamətləri: sualı sona qədər dinləmədən ona cavab verməyə çalışması, başa düşmədən müxaliflik etməsi və bilmədiyi şeyə əsaslanıb mühakimə yürütməsi.
D
[redaktə]- Dinin bəlası paxıllıq, xüdpəsənlik və özünü öyməkdir.
E
[redaktə]- Elm bir qıfıldır və bu qıfılı aça biləcək yeganə açar Sualdır.
- Elm - xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən.
Ə
[redaktə]- Ən üstün ibadət Allah və Onun qüdrəti barədə düşünməkdir.
G
[redaktə]- Günahsız adama böhtan atmaq böyük dağlardan da ağırdır.
- Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər.
H
[redaktə]- Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir.
- Həyası olmayanın imanı yoxdur.
İ
[redaktə]- İntiqam alıb peşman olmaqdansa, əfv edib peşman olmaq daha yaxşıdır.
K
[redaktə]- Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.
- Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.[1]
Q
[redaktə]- Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın.
- Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.
M
[redaktə]- Məsələlərə elmsiz yanaşan kəs sanki öz burnunu kəsmiş kimidir.
- Mömün iki halda diqqətli olmalidır: bir qəzəblənəndə gərəkdir ki, qəzəbi onu həqiqətdən sapdırmasın və ikinicisi qəzəbi soyuduqda isə bu onu yanlışlığa sövq etməsin.
P
[redaktə]- Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.[2]
R
[redaktə]- Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar.
S
[redaktə]- Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.
- Savadsızlıq üç şeylə ölçülər: təkəbbürlük, əsassiz mübahisə aparma və Allahın varlığına şəkk etmə.
- Sənin üçün mümkün olan bütün işlərdə ehtiyatlı ol.
Y
[redaktə]- Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[3]
Z
[redaktə]- Zəka mömünün bələdçisidir.
- Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma.