İmperiya

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bizim kəndi hüdudları daxilində qalan rus millətinə qarşı ədavətimiz yoxdur. Biləkis ona bu xüsusda hər dürlü iyi təmənnilərdə bulunuruz. Fəqət bununla bərabər bizi istədiyimiz şəkildə həyatımızı qurtarmaqdan və mədəni həyatımıza istədiyimiz istiqaməti verməkdən mənilə, kəndi kərdunəsinə taxaraq, istismar və istila əməlində bulunan hər hanki rus imperializminə bütün varlığımızla düşmanız. Bunu biz bu imperializmin keçmişinə və halinə olduğu kibi, gələcəyinə də təşmil etməkdən zərrə qədər çəkinməyiz! Və əminiz ki, cahan əfkarı ümumiyyəsilə bərabər, tarix də Avstriya imperatorluğuna qarşı “ihanət”lə Rusiya cəbhəsinə iltica edən Çexoslavakları ittiham etmədiyi kibi, bizi də ittiham etməz![1] Məhəmməd Əmin Rəsulzadə
  • Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asandır! Bencamin Franklin

Ə[redaktə]

  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar

İ[redaktə]

M[redaktə]

  • "Mən "Alibaba"nı imperiya hesab etmirəm. İmperiya deyil, ekosistem yaratmağı düşünmüşəm. Çünki bütün imperiyalar nə zamansa çökür. Çinlilərin pul kisələri doludur, amma şüurları boşdur".[3] Cek Ma
  • Müqəddəs Roma imperiyası adlanan dövlət quruluşu nə müqəddəs, nə Roma, nə də imperiya idi. Volter

Ö[redaktə]

  • Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Heydər Əliyev/Azərbaycan dili

Həmçinin bax[redaktə]

  • [1] Tarixdə mövcud olmuş 100 ən böyük imperiya

İstinadlar[redaktə]