Şam
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz. Mövlana Cəlaləddin Rumi
- Bir şamdan minlərlə şam yandırmaq olar, Şamın ömrü qısalmaz. Xoşbəxtlik heç vaxt paylaşılmaqla azalmaz. Qautama Budda
E
[redaktə]- Eşq aşiqi şir edər, aslanı zəncir edər, bərk daşı şam edər. Yunus Əmrə
İ
[redaktə]- İnsan hər iki tərəfindən yanan şam kimi olmalıdır. Roza Lüksemburq
- İşığı yaymağın iki yolu var: ya şam, ya da əks etdirən bir ayna olmaq. Edit Uorton
Q
[redaktə]- Qadın evi şam kimi işıqlandırır. Alfred Hausman
M
[redaktə]- Məhəbbət üçün ağıllı məzmun-şam üçün yağ qədər zəruridir. Vissarion Belinski
Ş
[redaktə]- Şam başından yanar. Azərbaycan atalar sözləri/Ş
- Şam dibinə işıq salmaz. Azərbaycan atalar sözləri/Ş
- Şam kimi əriyib. Azərbaycan atalar sözləri/Ş
- Şam yanar, şölə çəkər... Azərbaycan atalar sözləri/Ş
- Şam yanmasa, başına pərvanə dolanmaz. Azərbaycan atalar sözləri/Ş
- Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?
- Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm! Azərbaycan atalar sözləri/Ş
- Şamlar tortdan bahalı olanda, qocaldığını anlarsan. Bob Hop