Məzmuna keç

Əhvalat



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir. Uilyam Şekspir
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə onabuna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
  • Filmin çəkilişi montajdan başlayır. Bunu mən yalnız sonralar dərk etdim. Stolun üstündə qəhvə fincanı, stəkan və qaşıq var. Bunlar əhvalat yarada bilməz. Yalnız onları hərəkətə gəitirləndə, bir-birilə hər baxımdan əlaqə yaradanda dramaturgiya əmələ gəlir. Jan-Lük Qodar
  • Həyat bir əhvalata bənzər, əhəmiyyətli olan yanı əsərin uzun olması deyil, yaxşı olmasıdır. Seneka
  • Mən düşündüm və özümə yazığım gəldi: “neçə illərdir ki, yaddaşımın rəfində eyni əhvalatlar yatır?!” Paulo Koelyo
  • Sizi bədbəxt eləmək istəyənlərə fikir verməməyə çalışın. Elələri çox olacaq – istər rəsmi vəzifədə olun, istər öz işinizi qurun. Əgər onlardan xilas ola bilmirsinizsə, dözün. Ancaq elə ki xilas oldunuz, dərhal onların varlıqlarını unudun. Ilk növbədə çalışın ki, onlardan gördüyünüz ədalətsiz münasibət haqqında əhvalatlar danışmayasınız; dinləyiciləriniz nə qədər canıyanan olur-olsun, buna yol verməyin. Bu tip nağıllar rəqiblərinizin mövcudluğunu daha da uzadır: çox güman ki, onlar sizin danışmağa meylli olmağınıza, təcrübənizi başqaları ilə bölüşəcəyinizə ümid eləyirlər. Özü özlüyündə heç bir individuum ədalətsizliyi (hətta bəlkə ədaləti də) təcrübədən keçirməyə dəymir. Belə yanaşma, çəkdiyiniz səyləri qətiyyən doğrultmaycaq: burada yalnız əks-sədanın dəyəri var. Bu, istənilən zülmkarın əsas prinsipidir – o zülmkar istəyir dövlət tərəfindən maliyyələşsin, istəyir öz “mən”ini rəhbər tutsun. Buna görə də o əks-sədanı susdurun, səslənməsinə imkan verməyin. Hadisə nə qədər xoşagəlməz, ya da əhəmiyyətli olur-olsun, həyatınızda, baş verməsinə sərf olunan vaxtdan artıq yer tutmasına şərait yatarmayın. Düşmənlərinizin, sizi sevməyənlərin əməllərinin vaciblik dərəcəsi göstərdiyiniz reaksiyadan asılıdır. Odur ki, onlarln yanından, ya da ortasından elə keçin, sanki onlar qırmızı yox, sarı işıqdırlar. Onlar haqqında nə fikirləşin, nə də danışın; Onları unutduğunuza, ya da bağışladığınıza görə fəxr eləməyin- ən pis halda ilk işiniz unutmaq olsun. Beləcə beyin hüceyrələrinizi lazımsız həyəcandan xilas eləyəcəksiniz; hətta bəlkə o axmaqları da özlərindən xilas elədiniz, zira unudulmaq perspektivi bağışlanmaq perspektivindən daha qısadır. İosif Aleksandroviç Brodski

İstinadlar

[redaktə]