Əlimərdan bəy Topçubaşov
Görünüş
Əlimərdan bəy Topçubaşov | |||
Tam adı | Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov | ||
Doğum tarixi | 4 may 1862 | ||
Doğum yeri | Tiflis | ||
Vəfat tarixi | 8 noyabr 1934 (72 yaşında) | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Sen-Klu qəbiristanlığı | ||
|
Əlimərdan bəy Topçubaşov – Azərbaycanlı görkəmli siyasi-ictimai xadim, diplomat, hüquqşünas, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E
[redaktə]- Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq.[1]
H
[redaktə]- Hər şeydən əvvəl, biz xalq cümhuriyyəti (demokratik-federal cümhuriyyət) istəyirik, bu bizim əsas diləyimizdir. Xalq cümhuriyyəti demək, bütün hakimiyyətin tamamilə xalqın, demokrasinin öz əlində bulunan idarə deməkdir. Buna digər bir sözlə, "xalq hakimiyyəti" də deyilir.
K
[redaktə]- Köhnə rus hökumətinin Rusiyada yaşayan rus olmayan xalqlara qarşı siyasəti ayırıcı siyasət idi, ermənilərlə azərbaycanlılar arasında olan toqquşma da insana nifrət siyasətinin nəticəsi idi.[2]
M
[redaktə]- Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər.[3]
R
[redaktə]- Rusiyada hansı hökumətin tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan Rusiyanın hüdudlarına daxil edilməməlidir.
S
[redaktə]- Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq. Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq.[4]
- Əlimərdan bəy Parisdən Azərbaycan Cumhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyova yazırdı.
İstinadlar
[redaktə]- ↑ Dağlıq Qarabağ münaqişəsi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası. 2005. səh. 113.
- ↑ "Kaspi", 1917, № 85.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi. f. 894, s. 10, i. 150, v. 1–2.
- ↑ "Topçubaşovun diplomatik manevrləri, Cümhuriyyət naminə etdiyi fədakarlıqlar. Əli Cəfəroğlu". 2018-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.