Qarabağ
Jump to navigation
Jump to search
Qarabağ – Cənubi Qafqazda tarixi vilayət.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Azərbaycan torpaqlarını qaytarmaları hər şeydən əvvəl ermənilər üçün yaxşı olar. Mübariz Mənsimov
B[redaktə]
- Biz bilirik ki, Qarabağ bizim torpaqlarımızdır. Hansı ki, hələlik işğal altındadır. Biz işğal altında olan torpaqlarımızı qürurla təmsil edirik. Qurban Qurbanov
E[redaktə]
- Ermənilər bizimlə kişilikdən danışa bilməz. Dəfələrlə bizə xəyanət ediblər. Qarabağı onların işğalından azad edəndən sonra bütün məsələlər həllini tapacaq. Böyükağa Hacıyev
H[redaktə]
- Hər yerdə deyirəm ki, ermənilər Azərbaycan torpaqlarını işğal edib. Berti Foqts
Q[redaktə]
- Qarabağ Azərbaycandır! İlham Əliyev
- Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur.[1] Seyyid Əli Xameneyi
- "Qarabağ" restoranı, parkı, kafesi, küçəsi. Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur. Baba Pünhan
- Qarabağ taleyini Bermuda oxşar eləyən,
O səbəbdir ki, onun keçmişi üç nöqtə olub. Baba Pünhan
M[redaktə]
- Mənə danışma Azərbaycanın gözəlliyindən, Laçın, Kəlbəcər, Şuşa, Zəngilan görməmisənsə... [2] Fuad Ələkbərov
O[redaktə]
- Oynasaq erməninin işvə-nazıynan yenə biz, qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər. Baba Pünhan
R[redaktə]
- Ruslar erməni adı altında Azərbaycanın 20 faizini işğal ediblərsə, dostluq adı ilə Ermənistanın 100 faiz torpağını işğal ediblər. Vəfa Quluzadə
Y[redaktə]
- Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq! Ozan Arif
Bayatılardan sitatlar[redaktə]
Ə[redaktə]
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Q[redaktə]
Qarabağı,
Günümün qara bağı.
Gorbagor olsun cəllad,
Kor qoydu Qarabağı.