Məzmuna keç

Cəfər Sadiq

Cəfər Sadiq
Doğum tarixi 20 aprel 702
Doğum yeri Mədinə
Vəfat tarixi 16 dekabr 765
Vəfat yeri Mədinə
Dəfn yeri Bəqi qəbiristanlığı
Vikipediya məqaləsi

Cəfər Sadiq (699, Mədinə, Hicaz, Əməvilər xilafəti – 3 dekabr 765, Mədinə, Hicaz, Abbasilər) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Cəhalət üç şeydir: təkəbbür, mübahisənin qızğınlığı və Allaha qarşı nadanlıq.
  • Cahilin bəzi əlamətləri: sualı sona qədər dinləmədən ona cavab verməyə çalışması, başa düşmədən müxaliflik etməsi və bilmədiyi şeyə əsaslanıb mühakimə yürütməsi.
  • Dinin bəlası paxıllıq, xüdpəsənlik və özünü öyməkdir.
  • Elm bir qıfıldır və bu qıfılı aça biləcək yeganə açar Sualdır.
  • Elm - xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən.
  • Ən üstün ibadət Allah və Onun qüdrəti barədə düşünməkdir.
  • Günahsız adama böhtan atmaq böyük dağlardan da ağırdır.
  • Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər.
  • Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir.
  • Həyası olmayanın imanı yoxdur.
  • İntiqam alıb peşman olmaqdansa, əfv edib peşman olmaq daha yaxşıdır.
  • Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.
  • Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.[1]
  • Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın.
  • Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.
  • Məsələlərə elmsiz yanaşan kəs sanki öz burnunu kəsmiş kimidir.
  • Mömün iki halda diqqətli olmalidır: bir qəzəblənəndə gərəkdir ki, qəzəbi onu həqiqətdən sapdırmasın və ikinicisi qəzəbi soyuduqda isə bu onu yanlışlığa sövq etməsin.
  • Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.[2]
  • Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar.
  • Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.
  • Savadsızlıq üç şeylə ölçülər: təkəbbürlük, əsassiz mübahisə aparma və Allahın varlığına şəkk etmə.
  • Sənin üçün mümkün olan bütün işlərdə ehtiyatlı ol.
  • Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[3]
  • Zəka mömünün bələdçisidir.
  • Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma.

İstinadlar

[redaktə]
  1. əl-Məhəccətul-bəyza, c.3, səh. 6
  2. Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1
  3. Tuhəful-Uqul, səh.373