Gerçəklik

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir. Fridrix Nitsşe

B[redaktə]

  • Biz gerçəkliyi dərk etmək cəhdimizlə bağlı saatın mexanizmini öyrənməyə çalışan adamı xatırladırıq. [1] Albert Eynşteyn
  • Bu biznesin sarsılmaz qanunlarıdır: söz - sözdür, izahat - izahatdır, vəd - vəddir və yalnız icra olunma – gerçəklik deməkdir. Harold Qenin
  • Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. Əbu Turxan

F[redaktə]

  • Fəlsəfə dünyaya yol göstərə bilməz. O bunu etmək istədikdə gerçəklikdə proses artıq başa çatmış olur. Georq Vilhelm Fridrix Hegel

H[redaktə]

  • Həyat iki kateqoriyalı insanları açıq şəkildə göstərir: sənətçilər və mütəfəkkirlər. Aralarında kəskin bir fərq var. Bəziləri - hər cür sənətkarlar: yazıçılar, musiqiçilər, rəssamlar və s. - gerçəkliyi bütövlükdə, tamamilə, tamamilə, canlı reallığı, heç bir parçalanma olmadan, heç bir ayrılıq olmadan ələ keçirirlər. Digərləri - mütəfəkkirlər - onu dəqiq bir şəkildə əzirlər və beləliklə, onu bir növ müvəqqəti bir skelet halına gətirirlər və sonra tədricən hissələrini yenidən yığaraq bu şəkildə canlandırmağa çalışırlar, lakin hələ də buna nail ola bilmirlər. İvan Pavlov

İ[redaktə]

  • İdeallarsız, yəni azacıq da olsa yaxşı şey istəmədən heç vaxt yaxşı gerçəklik alınmaz. Fyodor Dostoyevski

S[redaktə]

  • Sevgi yalnız gerçəklik və sadə bir sentimentallıq deyil. O, yaradılışın ürəyindəki həqiqət nüvəsidir. Rabindranat Taqor

Y[redaktə]

  • Yalnız gerçəklik inandırıcı olmaya bilər, sənətdə isə buna yol verilmir. Bax buna görə incəsənət həyatla qovuşa bilmir. [2] Emil Verharn

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997. səh.54
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 387