Məzmuna keç

Həssaslıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
  • Allaha qarşı təvazökar bir həssaslıq sevgi və ürpərdi duyğuları daşımadıqca xilas olmanın faydası olmaz. Ömər ibn əl-Xəttab
  • Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi ... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb-biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer
  • Azərbaycanda İslam adı ilə radikallıq mövcud ola bilməz. Cəmiyyətin bu məsələyə həssaslığı və radikallığı qəbul etməməsi bunu istisna edir.[1] Aydın Mirzəzadə
  • Həddindən artıq həssaslıq əsl bədbəxtlikdir. Karl Veber
  • Həssaslıq nadir hallarda yaxşıdır. Alman atalar sözləri
  • Həssaslıq və emosionallıq eqoizmin bir növüdür. Jiddu Krishnamurti
  • Həyatda müəyyən bir məqam var ki, yüksəliş artıq mümkün deyil; həssaslıq o qədər dərin ola bilər ki, o qədər pisliklərin, o qədər ağrıların tamaşasına tamamilə köhnəlmədən şahidlik etsin, lakin ucalıq heç vaxt insan qəlbinin təcrübəsinə müqavimət göstərməyib. İnsanların qəlbində həyatda səfalətdən daha çox yoxsulluq var. Emil de Jirarden
  • Qadın həssaslıqla hər şeyi çox tez duyur, anlayır, yalnız mühakimə etdikdə yanılır. Lomark
  • Qadın səltənəti həssaslıq, incəlik və dözümlülük səltənətidir… Jan Jak Russo
  • Mən çox həssaslıqla onları iri kalibrli qurğuşuna qonaq edəcəm. Jül Vern
  • Sənət, ağılın məqsədini həyata keçirmək üçün qeyri-adi dərəcədə təsirli bir rol oynamağa qadirdir, çünki əxlaq üçün zəmin hazırlayır, belə ki, gələndə onsuz da görülən işin yarısını, yəni həssaslıq bağlarından qurtuluşu tapır. Georq Vilhelm Fridrix Hegel

İstinadlar

[redaktə]