Hümam Təbrizi
Görünüş
Hümam Təbrizi | |||
|
Hümam Təbrizi -(1238-1314), Azərbaycan şairi, xəttat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlı və gücü olanın xalqa sədaqəti də olar.
B
[redaktə]- Biliyinə qürrələnmə, bilmədiklərin bildiklərindən qat-qat çoxdur.
Ç
[redaktə]- Çox danışmaq- qiymətli sözü də qiymətdən salar.
G
[redaktə]- Gənclik ay işıqlı gecələr kimidir. Ağıllı adamlar bu gecələr yatmazlar.
İ
[redaktə]- İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar.
Q
[redaktə]- Qanmazlarla bir anlığa da olsa söhbət etmə,
Rahatlıq tapmazsan, onlardan uzaq ol.
P
[redaktə]- Paxıllıq dirəyini nadanlıq küləyi sındırar.
S
[redaktə]- Sevinc, elm və dəyanət sahibləri insansevər olurlar.
- Söz var insanı yola gətirər,
- Söz var insanı yoldan çıxarar.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.