Məzmuna keç

Kommunist



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Beynəlxalq işçi və kommunist, eləcə də milli azadlıq hərəkatı, Böyük Oktyabr Sosialist İnqilabı olmadan, sovet xalqının böyük yaradıcılığı olmadan heç vaxt belə bir yüksəlişə nail ola bilməzdi. Moriz Torez
  • Böyük Oktyabr Sosialist İnqilabı olmasaydı, sovet xalqının nəhəng quruculuğu olmasaydı, beynəlxalq fəhlə və kommunist hərəkatı, eləcə də milli azadlıq hərəkatı heç vaxt belə bir zirvəyə çata bilməzdi. Moriz Torez
  • Bu döyüş başqa cür bir döyüşdür . Hər kəs sistemini ordularının çata bildiyi yerə qədər təlqin edər. Bu başqa cür də ola bilməz. Əgər bu anda Parisdə kommunist bir hökumət yoxdursa, bunun səbəbi 1945-ci ildə Sovet ordusunun oraya çatacaq qədər güclü olmamasıdır. İosif Stalin
  • Dəmirdən istədiyinizi düzəldə bilərəm, amma insandan kommunist düzəldə bilmərəm. Andrey Platonov
  • İnqilab üçün döyüşməyənə kommunist deyilməz. Fidel Kastro
  • Kommunist sistemlərində insanlar mülkiyyət sahibi ola bilmədikləri üçün əsirlikdədirlər. Alparslan Türkeş
  • Kommunistlər hakimiyyətin bütün təsisatlarını, bütün hökumətləri, dünyanın bütün dövlətlərini məhv etmək üçün sivilizasiyaya qarşı sonsuz bir müharibə aparırlar. Onlar bütün dünyanı əhatə etməli olan dilənçilərin, cinayətkarların, fərsizlərin, üsyançıların, xəstələrin, gicbəsər və axmaqların beynəlxalq ittifaqını yaratmağa çalışırlar. Uinston Çörçill
  • Kommunistlər fikirlərini və məqsədlərini gizlədə bilməzlər. Var olan nizamın zorla yıxılacağını açıqca müdafiə edərlər. Proletariatın zəncirlərindən başqa itirəcək heç bir şeyləri yoxdur. Qazanacaqları böyük bir dünya vardır. Karl Marks
  • Kommunistlər siçan kimi əzilməlidirlər. — Fransisko Franko
  • Kommunistsənsə, yaşamağa dəyər. Antonio Qramşi
  • Kommunizmə nifrət edirəm, çünki bu azadlığın inkarıdır və mənim üçün insanı azadlıq olmadan təsəvvür etmək mümkün deyil. Mən kommunist deyiləm, çünki kommunizm cəmiyyətin bütün gücünü dövlətdə cəmləşdirir, bu mülkiyyətin tamamilə dövlətin əlinə verilməsidir; bu qurumun ləğv edilməsini, yox edilməsini istəyirəm. İnsanları əxlaqlandırmaq və mədəni etmək bəhanəsi ilə bu günə qədər yalnız tabe edilmiş, əzilmiş, istismar edilmişdir və bu, pozulmuş dövlətin hakimiyyət prinsipinin və himayəsinin radikallığıdır. Cəmiyyətin və kollektiv və ya sosial mülkiyyətin aşağıdan yuxarıya, sərbəst birləşmə yolu ilə, yuxarıdan aşağıya, hər hansı bir səlahiyyət forması vasitəsilə qurulmasını istəyirəm. Mixail Bakunin
  • Romantizm güclü instinktlərin deyil, əksinə, zəif, özündən ikrah hissi keçirən bir zəkanın əlamətidir. Bu romantiklərin hamısı uşaqdır; çox uzun müddət (yaxud həmişəlik) uşaq olaraq qalan, özlərini tənqid etmək gücü olmayan, lakin öz şəxsi zəifliklərinin qaranlıq dərkindən yaranan daimi maneələrlə mövcuddurlar. Müxtəlif forma və nişanlarla özlərini digərlərindən fərqləndirənlərin əsas şüarı bir çox insanı əhatə edən "sağlam və ayıq cəmiyyət" yaratmaqdır. Və həmin əbədi "Gənclər" bu gün yenə bizimlədir, yetişməmiş, ən kiçik təcrübədən, hətta real təcrübə arzusundan məhrum, amma siyasətdən yazıb-danışan, fantastik şəkildə bu və ya digər nəzəriyyədən yapışıblar. Sentimental kommunistlərin sosial romantizminə, sərxoş seçki xadimlərininin kütləvi yığıncaqlarına "əməli fəaliyyət" kimi baxan, siyasi romantizm və onun daxili formaları haqqında heç nə bilməyən xəstə ağılların qızıl nəzəriyyələrinin arxasından sızan iqtisadi romantizm də var. Onlar ancaq kütlədə özlərini hiss edə bilirlər, burada çoxalmaqla öz zəifliklərinin sönük hissini öldürə bilərlər. Və buna Fərdiliyin öhdəsindən gəlmək deyirlər. Osvald Şpenqler
  • Rus kommunistlərində, hətta Lenin və Trotski kimi həqiqətən müstəsna şəxsiyyətlərdə olsa da, məni ən çox heyrətləndirən şey, onların öz fikirləri ilə ziddiyyət təşkil edən fikirləri müzakirə etməkdə ədalətli olmaqda tamamilə aciz olmaları idi. Düşmən, sadəcə olaraq, ziddiyyət göstərmək cəsarətinə görə, dərhal xain, fürsətçi, muzdluya çevrildi. Rus kommunistləri üçün vicdanlı bir rəqib ağlasığmazdır. Sözdə materialistlər və rasionalistlər öz polemikalarında əxlaqın ağıldan üstünlüyünü müdafiə etmələri üçün bu necə də vicdan azlığıdır! Bənzər bir aşiqlik tapmaq üçün inkvizisiyaya qayıtmaq lazımdır. İqnasio Silon
  • Yağıs kommunistdir — hər kəsə bərabər yağar, Külək isə kapitalistdir zəif olanı yıxar. Ernesto Çe Gevara