Kommunizm
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Avropada kommunizm kapitalizmi məhv etmək üçün yarandı, lakin bir neçə ildən sonra Rusiya xarici siyasətinin alətinə çevrildi. Corc Oruell
B
[redaktə]- Bu gün on Avropa milləti dəhşətli kommunizm boyunduruğu altında inləyir. Fransisko Franko
D
[redaktə]- Dövlətin tamamilə yox olması üçün tam kommunizm lazımdır. Vladimir Lenin
K
[redaktə]- Kommunizm getdikcə xarablaşır. Özünüz götür-qoy edin: Marks qeyri-adi dərəcədə tüklü insan idi, Lenin saqqal və bığ saxlayırdı, Stalin isə yalnız bığ. Xruşovun isə nə saqqalı, nə də bığı vardı. Salvador Dali
- Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-girsin, meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar.[1] Məhəmməd Əmin Rəsulzadə
- Kommunizm rejimi süqut etmək məcburiyyətindədir.[1]Məhəmməd Əmin Rəsulzadə
- Kommunizm təhlükəsi deyilən şey, dünya üçün hər zaman təhlükə təşkil etmiş olan qaba və təcavüzçü Rus imperializminin yeni həmləsindən başqa bir şey deyildir. Bu təhlükə yalnız bolşevik istibdadı və qızıl süngüsünə dayanan Sovet hakimiyyətinin çökdüyü və oradakı millətlərin, uğrunda vuruşduqları istiqlallarına ərişdikləri gündür ki, ortadan qalxar. Məhəmməd Əmin Rəsulzadə
- Kommunizm ziyalıların tiryəkidir. Klar But Luc
- Kommunizmdən danışmayaq. Kommunizm sadəcə bir fikir, havadakı bir qala idi. Boris Yeltsin
- Kommunizmə nifrət edirəm, çünki bu azadlığın inkarıdır və mənim üçün insanı azadlıq olmadan təsəvvür etmək mümkün deyil. Mən kommunist deyiləm, çünki kommunizm cəmiyyətin bütün gücünü dövlətdə cəmləşdirir, bu mülkiyyətin tamamilə dövlətin əlinə verilməsidir; bu qurumun ləğv edilməsini, yox edilməsini istəyirəm. İnsanları əxlaqlandırmaq və mədəni etmək bəhanəsi ilə bu günə qədər yalnız tabe edilmiş, əzilmiş, istismar edilmişdir və bu, pozulmuş dövlətin hakimiyyət prinsipinin və himayəsinin radikallığıdır. Cəmiyyətin və kollektiv və ya sosial mülkiyyətin aşağıdan yuxarıya, sərbəst birləşmə yolu ilə, yuxarıdan aşağıya, hər hansı bir səlahiyyət forması vasitəsi ilə qurulmasını istəyirəm. Mixail Bakunin
İstinadlar
[redaktə]- ↑ 1,0 1,1 "Məhəmməd Əmin Rəsulzadə AZƏRBAYCAN CÜMHURİYYƏTİ" (PDF). 14 fevral 2019 tarixində arxivləşdirilib (PDF).