Məzmuna keç

Müstəbid



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım. Avraam Linkoln
  • Cəlladın müstəbiddən bir əsaslı fərqi var: cəlladlar caniləri öldürür, müstəbidlər isə günahsızları. Antisfen
  • Ədalətə tabe olmağı ədalətin özü tələb edir, gücə tabe olmamaq isə mümkün deyil. Güçün dəstəkləmədiyi ədalət zəifdir, ədalətin zəifləmədiyi güc müstəbidlikdir. Gücsüz ədaləti həmişə əzməyə çalışacaq, ədalətsiz gücə isə həmişə nifrət edəcəkdir. Buna görə ədalətlə gücü birləşdirmək lazımdır; Ya ədaləti güclü etmək, ya da gücü ədalətli etmək gərəkdir. Ədalətə qarşı çıxmaq asan, gücə qarşı çıxmaq çətindir. Elə buna gərə də ədalət güclü ola bilmədi - güc onu saya almaq istəmədi, yalnız onun özünün, yəni gücün ədalət mücəssiməsi olduğunu iddia etməyə başladı. Və ədaləti güclü etməyə qabil olmayan insanlar gücü ədalətli hesab etməyə razı oldular. [1] Blez Paskal
  • Mən yalnız bir müstəbid tanıyıram, o da vicdanın asta səsidir. Mahatma Qandi
  • Sülhsevərlərin azadlığı hikmətlə birgə qəlblərində yaşayır və səssiz fəaliyyət göstərir. Onların özləri də azadlıqları kimi millətin, xalqın könlündə sakit və asudə yaşayırlar. Nəcib və şərəfli nəfslərinin ətri və gözəlliyi millətin digər qollarına da yayılaraq (hər bir üzvünə sirayət edir). Onların azadlığı mənəvidir, çünkü o, nəfsdən tamah, saxta şücaət, şəhvət və ehtiras buxovlarını kökündən qoparıb çıxarır... Xalqın maarifləndirilməsi, təlimi, hüquq və vəzifələrinin öyrədilməsi müstəbidlərin hakimiyyətini zəiflədərək onu tədricən məhv edir. Əmin ər-Reyhani

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997. səh.41