Məzmuna keç

Məişət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Avropalılar yaponlarla yaxından tanış olduqca, yapon həyat tərzi və quruluşuna diqqətlə baxdıqca, onlara aydın olur ki, Yaponiyanın simasında tamamilə yeni, tam müstəqil ruhlu, mükəmməl və dərindən işlənib qaydaya salınmış bir ölkə görürlər. Avropalılar, xüsusən, belə bir cəhətə mat qalırlar ki, ucqar şimal bölgəsindən tutmuş cənubadək Yaponiyanın bütün ərazisində tamamilə eyni ailə və ictimai məişəti anlayışı, dünyagörüşü, meyl, arzular mövcuddur. Çingiz Aytmatov
    • Q.Vostokov, “Yaponiyanın ictimai, ailə və dini məişəti”. Sankt-Peterburq, 1904.
  • Bu ziddiyyətli məqsədlərdən iki bir-birinə zidd olan təhsil sistemləri yaranır. Biri ictimai və çoxları üçün ümumi, digəri özəl və məişətdir. Əgər xalq təhsilinin nə demək olduğunu bilmək istəyirsinizsə, Platonun Cümhuriyyətini oxuyun. Kitabları sadəcə adlarına görə mühakimə edənlər bunu siyasət haqqında risalə kimi qəbul edirlər, lakin bu, təhsil haqqında indiyə qədər yazılmış ən gözəl risalədir. Məşhur hesablamalara görə, Platon İnstitutu xəyali və real olmayan hər şeyi müdafiə edir. Öz tərəfimdən mən Likurqun sistemini sadəcə olaraq yazmağa vadar etsəydi, onu daha qeyri-mümkün hesab edərdim. Platon yalnız insanın qəlbini təmizləməyə çalışırdı; Likurq onu təbii yolundan çevirdi. İctimai institut yoxdur və ola da bilməz, çünki nə ölkə var, nə də vətənpərvər. Sözlərin özü dilimizdən silinməlidir. Səbəbin hazırda bizə aidiyyatı yoxdur, bilsəm də açıqlamaqdan çəkinirəm. "Yaşamaq nəfəs almaq deyil, hərəkət etməkdir; bu, orqanlarımızdan, hisslərimizdən, qabiliyyətlərimizdən, varlığımızın hisslərini bizə bəxş edən bütün hissələrimizdən istifadə etməkdir" Jan Jak Russo
  • Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur. Əli bəy Hüseynzadə
  • Doğum baş tutduqdan, uşaq doğulduqdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun da zəhməti valideynin boynuna düşər. Adamlar artdıqca, yəni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yeməklərini çatdırmaq, ehtiyaclarını ödəmək bir adam üçün çox çətin olar, köməkçilərə, xidmətçilərə ehtiyac yaranar və mənzilin rüknünü təşkil edən bu camaatın məişətini nizama salmaq məsələsi ortaya çıxar. Nəsirəddin Tusi
  • Hər bir yazıçı bir xalqın övladıdır və öz milli adət-ənənələrini mənbə götürərək o xalqın həyatını təsvir etməli, əsərlərini zənginləşdirməlidir. İlk etdiyim budur, yəni öz millətimin adət-ənənəsini, məişətini danışıram. Amma orada qalsan, heç yerə çatmayacaqsan. Ədəbiyyatın milli həyatı, adət-ənənələri söyləməkdən daha çox məqsədləri var. Müəllif öz üfüqlərini milli olandan kənara çıxarmalı və “ümumbəşəri” olana çatmağa çalışmalıdır. Yaxşı yazıçı “tipik insan”ı mənimsəyən adamdır.
  • …Mən köhnə və yeni Yaponiya haqqında düşünürəm. Bilirəm, əsrlər boyu yaranan adətlər on illər ərzində yoxa çıxa bilməz. Yaponiyada köhnəliklə yenilik bir-birinə necə qovuşmuşdur? Hansı qüvvənin təsiri ilə? Deyirlər ki, Yaponiya öz qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədir. Bəlkə də yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır… Lakin hər halda Yaponiyanın keçmişində olan, xalqa bütün yenilikləri qəbul etmək bacarığı verən qüvvələr nə kimi qüvvələrdir? Yapon xalqının məişətinə, adətlərinə, onun etikasına, estetikasına diqqət edirəm. Minillik məişət və adətlər – varlığa çevrilmiş şüur, məişət, adətlər – doğrudan da mamont dişləri kimi möhkəmdir. Yaponiya
    • Boris Piliyak, “Daşlar və köklər”. Moskva, 1935.
  • Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor –koranə təqlid və təkrarı deyildir. Osman Sarıvəlli

İstinadlar

[redaktə]