Mir Möhsün Nəvvab
Görünüş
Mir Möhsün Nəvvab | |||
Tam adı | Mir Möhsün Nəvvab Hacı Mir Əhməd oğlu Ağamirzadə | ||
Doğum tarixi | 1833 | ||
Doğum yeri | Şuşa | ||
Vəfat tarixi | 1918 | ||
Vəfat yeri | Şuşa | ||
|
Mir Möhsün Nəvvab – Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllıların xeyirli sözlərini qənimət bil, ağılsızlara qulaq asma.[1]
B
[redaktə]- Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən.
- Borclu olsan vədədən bir neçə gün qabaq onu ödə, ödəyə bilmirsənsə üzrxahlıq eylə.
- Böyüklük özünü rahat edib, baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir.
C
[redaktə]- Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma.
D
[redaktə]- Danışarkən və alver vaxtı bacardıqca and içmə.
- Dörd kiçik şeyi böyük sanmaq lazımdır: borc almaq, od, xəstəlik və pis əməl.
- Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq.
Ə
[redaktə]- Əgər bacarırsansa, hər bir dilə aşina ol, özünə və xalqına lazım olar.
- Əmanəti heç bir üzrə qəbul etmə, çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan.
- Əlindəki işi qurtarmamış başqasına girişmə, çünki hər ikisi yarımçıq qalar.
- Əziz ömrünü var-dövlət yığmağa sərf etmə, zəhməti sənə qalar, ləzzətini özgə aparar.
H
[redaktə]- Həmişə malı özünə və abrına hasar et, abrını mala hasar etmə.
X
[redaktə]- Xoşbəxtliyə can atan hər kəs həmişə xəlvətdə də, aşkarda da zahirini və batilini pak saxlamalıdır.
K
[redaktə]- Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
- Köksüz ağac olmadığı kimi, əməksiz, zəhmətsiz də səadət ola bilməz.
Q
[redaktə]- Qadın gözəl olmasa da olar. O, xoş üzlü və xoş xasiyyətli olsa, bu böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa, vay sənin halına, malın, canın və ömrün fənaya gedəcəkdir.
M
[redaktə]- Millət içində millətlə hər bir növ ilə оlsа dа, yаr və mədədkаr оl.
Ü
[redaktə]- Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya.
- Ürəyini eyş-işrətə bağlama, ömrünü vətənin abadlığına sərf et.
Y
[redaktə]- Yalan söz deməyə adət etmə, günahlar yalandan başlanır.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.