Məzmuna keç

Passiv



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Böyük miqdarda borca girərək özünüzü onları ödəmək məcburiyyətində buraxmayın. Bəli, borc igidin qamçısıdır, amma borcu nəyə xərclədiyinizin də əhəmiyyəti var. İqtisadi azadlığınızı qazanmadan ev, avtomobil kimi passiv varlıqların kredit yükü altına girməyiniz absurddur. Bu məntiq ilə borcunuzu ödəyib bitirdiyiniz zaman yenidən borca girərsiniz və ömür boyu kreditlərin ardından qaçarsınız. İqtisadi azadlığınızı qazanan, aktiv varlıqlarınızı artırın və rahatlığı daha sonra düşünün. Onsuz da siz rahat bir şəkildə pul qazanmağa başlayınca rahatlıq da özü-özlüyündən gələcəkdir. Unutmayın, hədəf zəngin olmaqdır. Zəngin görünmək deyil. Çoxları bu ikisin qarışdırır. Robert Kiyosaki
  • Düşmənçilik fəzl, paxıllıq passiv aralıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil. Höte
  • İki cür əxlaq var: biri pisliyi qadağan edən passiv əxlaq, digəri isə yaxşı işlər görməyi əmr edən aktiv əxlaq. Pyer Büast
  • Napoleon gənc ikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər, insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. "Tarix nümunələri ilə doludur, gün gəlir nəfəs çöhrəli, amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər". Napoleon Bonapart
  • Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. Höte
  • Passiv bir insan kömək üçün ona müraciət edənləri qorumaq iqtidarında deyil. Çanakya
  • Passiv şəkildə gözləyən sonda gözlədiyi şeyi alır, amma enerjili hərəkət edənlərdən qalanları. Avraam Linkoln
  • Sevgi bir faktorluqdur; passiv bir hadisə deyil; bir şeyin içində olmaqdır, bir şeyə qapılmaq deyil. Sevginin faktor xüsusiyyəti, ən ümumi şəkildə belə təyin oluna bilər; sevgi verməkdir, almaq deyil. Erix Fromm
  • Sizin olduqdan sonra davamlı olaraq sizə gəlir gətirən şeylər sizin “aktiv varlıqlarınız”dır. Siz satın aldıqdan sonra davamlı olaraq sizdən nələrsə götürən ya da heç bir iqtisadi qatqısı olmayan şeylər isə “passiv varlıqlar”ınızdır. Zənginlərlə yoxsullar arasındakı ən böyük fərq, zənginlərin davamlı aktivlər satın alıb, müntəzəm gəlirini artırması, yoxsulların isə davamlı passiv varlıqlar satın alaraq iqtisadi aslılıqlarını artırmağıdır. Bir hissə sənədi (səhm) sizin aktiv varlığınızdır, passiv varlıq olan bir avtomobil isə siz ayağınızı qaza bastığınız anda ikinci əl sinifinə girər və böyük həcmdə dəyəri düşər. Aktiv-passiv ayrımını yaxşı etməlisiniz. Robert Kiyosaki

İstinadlar

[redaktə]