Məzmuna keç

Respublika



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü. Heydər Əliyev
  • Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Heydər Əliyev
  • Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanızı biz qurduq, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz. Mustafa Kamal Atatürk
  • Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir. Mustafa Kamal Atatürk
  • Mənim fikrimcə, Rusiya üçün, məhdudiyyətsiz monarxiya daha faydalıdır. Məhdudiyyətsiz monarxiya nədir? – sizdən soruşuram. Bu, respublika ilə eyni şeydir. Sadəcə olaraq, sadə və aydın ifadə edilmiş həddə çatdırılmışdır. Bu, bir simada təcəssüm olunmuş respublikadır. Ona görə də dünyada heç bir hökumət bu qədər yaxşılıq etmək iqtidarında deyil... Belə deyirlər ki, aşkarlığın olmaması nəticəsində rüşvətxorluq çox kök salmışdır. Amma sizdən soruşuram: harada rüşvət yoxdur? Rüşvətxorluq bizdəki kimi harada asanlıqla aradan qaldırıla bilər? Ən azı bir şeyi düşünün ki, hər yerdə rüşvətxorlar üçün məhkəmə tələb olunur, bizdə isə zərərli adamın həmişəlik zərər vurmaq imkanından məhrum olması üçün yalnız rəhbərliyin daxili inamı kifayətdir. Saltıkov-Şedrin
  • Respublika əsgərlərə vətəndaş olmağa imkan verir, despotizm onları cəllad edir. Pyer Büast
  • Respublika fikir sərbəstliyi tərəfdarıdır. Səmimi və qanuni olmaq şərtiylə hər fikirə hörmət edərik. Mustafa Kamal Atatürk
  • Respublika idarəçilik formasının mahiyyəti insanın qüsurlarına qarşı mübarizə aparmaqdır. Marqaret Tetçer
  • Tarixi yaşadığımız kimi yazdıq, lakin gələcəyi respublikaya inananlara, onu qoruyanlara və yaşadacaqlara əmanət etmək lazımdır. Mustafa Kamal Atatürk
  • Türk millətinin xarakter və adətlərinə ən uyğun olan idarə, respublika idarəsidir. Mustafa Kamal Atatürk
  • Yaxın gələcəkdə məni son dərəcə narahat edən və ölkəmin taleyinə görə həyəcanlanmağa məcbur edən dönüş yaranacaq ... Korporasiyaların hakimiyyətə gəlməsi ölkənin ali orqanlarında satılma və parçalanma erasına səbəb olacaq, kapital, kütlələrin ən qaranlıq instinktləri üzərində oynayaraq öz hökmranlığını təsdiq etməyə çalışacaq, bütün milli sərvətlər bir neçə seçilmişin əlində cəmləşəcək və o zaman respublikanın sonu gələcək (Linkolun həlak olmamışdan qabaq etirafı). Avraam Linkoln
  • Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. Mustafa Kamal Atatürk

İstinadlar

[redaktə]