Süstlük
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər. Elbert Habbard
H
[redaktə]- Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən. Ömər Xəyyam
- Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım. Oskar Uayld
İ
[redaktə]- İnsan bütün ömrü boyu yuxular görür. Düzdür, bəzən o bir dəqiqəliyə oyanır, süst halda dünyaya baxır, sonra yenidən şirin yuxuya gedir. Mark Tven
N
[redaktə]- Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
R
[redaktə]- Rollarım haqda ilk iki sözü işlədirlər – bir az axmaqvarı və süstdür.18 yaşım olanda Şon Penlə mübahisə elədim. Dedi ki, 500 dollardan mərcə gəlirəm, 30 yaşında aktrisa karyerandan iyrənəcəksən. O pulu istəməyə hələ də üzüm gəlmir. Vaynona Rayder
S
[redaktə]- Süstlük və tənbəllik- ruhun və bədənin buz bağlamasıdır. Vissarion Belinski