Təmas
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah bütün günahlarımı məndən aldı. Bir qadına toxunanda heç bir hissim yoxdur. Mən ona heç bir cazibə hiss etmirəm və müqəddəs gücümlə ona heç bir arzu hiss etdirmirəm; belə təmas sayəsində hər bir qadın mənim kimi saf və məsum olur. Qriqori Rasputin
- Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur. Heydər Əliyev
B
[redaktə]- Berqkampa qol vurmaq üçün topla minimal sayda təmas etmək kifayət edir, digər futbolçulara qol vurmaq üçün topla iki və ya üç dəfə təmas etməyə ehtiyacları olduğu halda Berqkampa topla bir dəfə təmas etmək kifayət edir ki qol vursun.
Arsen Venger.[1]
- Birlikdə yatmaq göz təması qurmaqdan daha az ədəbsizdir. Boris Vian
- Bütün danışıqlarda mütləq diplomatik təşəbbüsü ələ alın. Bir an belə düşmənlə təmasdan ayrılmadan həmişə hücum edin ki, onu pis vəziyyətə salasınız və qalib gələ biləsiniz. Atilla
H
[redaktə]- Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar. Əbu Turxan
- Həqiqi duyğular elektrik təması deyil ki, onu öz istəyinlə alışdırıb-söndürəsən, başqasının taleyində iştirak edən hər kəs artıq öz taleyini tam sərbəstliklə idarə edə bilməz. Ürəyin səbirsizliyi. (Stefan Sveyq)
M
[redaktə]- Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Xudu Məmmədov
P
[redaktə]- Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir, bununla da mübadiləyə sövq edir. Karl Marks
R
[redaktə]- Rus dilinin və nitqinin təbii sərvəti o qədər böyükdür ki, çox uzatmadan, zamana ürəyinlə qulaq asmaqla, sadə bir insanla sıx təmasda və cibində Puşkinin bir cildi ilə əla yazıçı ola bilərsən. Mixail Prişvin
T
[redaktə]- Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz. Həsən Əliyev
- Təbiətlə təmas, hər cür tərəqqinin, elmin, ağılın, sağlam düşüncənin, zövqün və yaxşı maneranın son sözüdür. Fyodor Dostoyevski