Toqquşma
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə
[redaktə]- Əsrin ən mühüm silahlı münaqişələri adətən sərhədlərdən qaynaqlanırdı. Şəxsi ünsürün adətən üstünlük təşkil etdiyi dini müharibələr, əhd-peyman qarşıdurmaları, üsyanlar, daha böyük şöhrət uğrunda döyüşlər, sülalə intriqaları və ya ambisiyaların toqquşmaları tədricən dövlətin və ya krallığın genişlənməsi səbəbindən baş verən sərhəd müharibələri ilə əvəz olundu. Yaşayış üçün daha az yer qalmışdı, ona görə də bir ölkənin maraqları və ya ambisiyaları digərinin istəkləri ilə şiddətlə toqquşurdu. Corc Kurzon
İ
[redaktə]- İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır. Ziqmund Freyd
K
[redaktə]- Kifayət qədər təlim və təcrübə rəhbərdə qətilik yaradır, bu, istənilən başçı üçün qaçılmaz olan toqquşma zamanı ona güc verir. Gücünə arxayın olmayan başçı tabeliyində olanlara və özünə bərabər rəislərə nümayiş etdirir ki, vəzifələrin ağırlığı onun gücündə deyil, odur ki, zəif başçı və faydasız rəhbər olur. Atilla
- Köhnə rus hökumətinin Rusiyada yaşayan rus olmayan xalqlara qarşı siyasəti ayırıcı siyasət idi, ermənilərlə azərbaycanlılar arasında olan toqquşma da insana nifrət siyasətinin nəticəsi idi.[1] Əlimərdan bəy Topçubaşov
M
[redaktə]- Mif bir miflə toqquşduqda çox real toqquşma olur. Stanislav Eji Lets
- Mübadilə nevrozu adlandırdığımız məfhum, şüuraltı ilə eqoizm arasındakı mübarizəyə; narsist nevroz, eqoizm ilə super eqoizm arasında gedən çəkişməyə; psixoz isə eqoizm ilə xarici aləm arasındakı toqquşmaya uyğun gəlir. Ziqmund Freyd
- Müharibə həqiqətləri insan təbiətinin mürəkkəbliyini göstərmək üçün fantastik şəkildə uyğundur. Normal şəraitdə, ümumiyyətlə necə davranacağımızı, nə istədiyimizi bilirik. Eyni zamanda, müharibə zamanı hər zaman baş verən ekstremal vəziyyətlərdə heç bir şey sadə deyil. Dəyərlərin toqquşması, çətin əxlaqi seçimlər, həyatı təhdid edən amillər, dərin gizli, şüuraltı instinktlərin, hisslərin və motivasiyaların ortaya çıxmasına səbəb olur. Bu, bir kinorejissor üçün həqiqətən də əla materialdır. Enq Li
İstinadlar
[redaktə]- ↑ "Kaspi", 1917, № 85.