Uilyam Şekspir
Görünüş
(Vilyam Şekspir səhifəsindən yönləndirilmişdir)
Uilyam Şekspir | |||
Doğum tarixi | 26 aprel 1564 | ||
Doğum yeri | Stratford-Apon-Eyvon | ||
Vəfat tarixi | 23 aprel 1616 | ||
Vəfat yeri | Stratford-Apon-Eyvon | ||
Dəfn yeri | Müqəddəs Üçlük kilsəsi | ||
|
Uilyam Şekspir (26 aprel 1564 – 23 aprel 1616) — İngilis dramaturqu, şairi və aktyoru.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acı ayrılıq miskin sevgililəri qətiyyətlə lal edir.
- Adətən, sevgililərin saatı qabağa qaçır.
- Axmaq özünü ağıllı hesab edir, ağıllı adam isə axmaq olduğunu bilir.
- Axmaqlıq və müdriklik yoluxucu xəstəlik kimi çox asanlıqla yoluxulur. Ona görə də özünə yoldaş seç.
- Axtarılan sevgi yaxşıdır, axtarışsız doğulan sevgi ondan da yaxşıdır.
- Ağıl və ehtiras zərif bir bədəndə mübahisə etdikdə, on haldan doqquzunda ehtiras qalib gələcək.
- Ağılda zarafata yer yoxdur.
- Ağıllı adam xoşbəxtliyi özü ilə gəzdirir.
- Ağıllı axmaq, axmaq müdrikdən yaxşıdır.
- Ağlın bağlamadığı dostluğu, ağılsızlıq asanca poza bilər.
- Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir.
- Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin.
- Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır.
- Ana sərçə bala qu quşunu o qədər yedizdirdi ki, axırda qu quşu onun başını qopardı.
- Arzu fikrin atasıdır.
- Aşağı yuvarlanan təkərdən yapışmayın, yoxsa boş yerə boynunuzu qıracaqsınız. Amma təkər yuxarıya doğru gedirsə, ondan yapışsanız, özünüz də yuxarıda olacaqsınız.
- Az sözlərin çox çəkisi olur.
B
[redaktə]- Bədənlərimiz bizim bağçalarımız, iradələrimiz isə onların bağbanlarıdır.
- Bəyəndiyiniz bədənlərə, xəyallarınızdakı ruhları qoyub, eşq sanırsınız.
- Bəzən biz itkinin özündə təsəlli tapırıq, bəzən isə onu əldə etməyə görə acı-acı ağlayırıq.
- Bəzən yaxşı insanın da bəxti gətirmir.
- Bəzi acılar dərd yerinə keçər.
- Bəzi insanlar alicənab yaradılmışlar. Bəziləri alicənablığı ələ keçirir, bəzilərinə isə alicənablıq istəmədən gəlir.
- Bəzi yıxılışlar daha parlaq ucalmaların dəstəkləyicisidir.
- Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur.
- Bəziləri çalışırlar alicənablığı ələ gətirsinlər, eyni halda bəziləri təsadüflərin nəticəsində alicənablığı özlərinə aid edirlər.
- Bir axmaq özünü ağıllı hesab edir, ancaq ağıllı biri özünün axmaq olduğunu bilər.
- Bir baxışla sevgini həm öldürmək, həm də diriltmək olar.
- Bir böhtan başqa böhtanları doğurar.
- Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır.
- Bir insan bir yerə heç baxmırsa, orada mütləq diqqətini cəlb edən bir şey olduğu üçündür.
- Biz mərhəmət diləyirik və bu dua bizə mərhəmətli əməllərə hörmət etməyi öyrətməlidir.
- Biz nə olduğumuzu bilirik, ancaq nə ola biləcəyimizi bilmirik.
- Bizə xoş gələn iş istənilən dərdi sağaldır.
- Bizi sevindirən iş kədəri müalicə edir.
- Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır.[1]
- Boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır.
- Böyük adamlar çox zaman avara, səfeh, lazımsız adamların əli ilə ölüb, öldürülürlər.
- Böyük dərd kiçik dərdi sağaldır.
- Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur.
- Bütün lovğaların ümumi aqibəti: gec və ya tez bir zamanda pis vəziyyətə düşmək.
- Bütün sevgililər bacardıqlarından daha çox yerinə yetirməyə and içirlər, amma mümkün olanı belə yerinə yetirmirlər.
C
[redaktə]- Can sağlığı qızıldan qiymətlidir.
- Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır.
- Cəhənnəm boş; bütün şeytanlar burada…
Ç
[redaktə]- Çağırılmamış qonaqlar yalnız çıxıb gedəndə xoşdurlar.
- Çarəsizliyin yeganə dərmanı ümiddir.
- Çiyələk gicitkən kolunun altında da bitər.
- Çox vaxt ucuz müdriklik zəngin axmaqlığın köləsi olur.
- Çürük toxunmağa dözmür.
- Çürüyən zanbaq alaq otundan da pis iy verir.
D
[redaktə]- Daha yaxşı yaxşının düşmənidir.
- Danışmadan əvvəl düşün, hərəkət etmədən əvvəl ölç.
- Daş hasarlar sevgiyə əngəl ola bilməz, hər cür maneəçilik sevgini gücləndirir.
- Dərd önündə əyilsən, o sənin başından bir az da bərk basacaq.
- Dərrakə çox vaxt yatır, onu oyatmasan, həmişə yuxulu olur.
- Dost dostun qüsurlarını daşımalıdır.
- Dost yarası yaraların ən dərinidir.
- Dostluğun zəiflədiyi yerdə təntənəli nəzakət güclənir.
- Dostunun zəifliklərinə yalnız əsl dost dözə bilər.
- Dünəni, yada bügünü deyil, indini yaşamalısınız. Çünki indi olacaqsa bir şey sabaha qalmaz, sabaha qalacaqsa əgər bügün olmaz.
- Dünya bir teatrdır, insanlar isə onun aktyorlarıdır.
- Dünya böyük teatr səhnəsidir. Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir.
- Dünyaya gələrkən ağlamağımız bu cəfakeş səhnəyə gəlişimizi bildirmək üçündür.
- Dürüst insana edilən ən böyük haqsızlıq onu şərəfsizlikdə günahlandırmaqdır.
- Düşmənçilk pisdir.
- Düşmənə bəslədiyin kini körükləmə, yoxsa özün də yanarsan.
- Düşmənlərə qarşı ən yaxşı dayaq dost məsləhətidir.
- Düşüncələrin nəysə həyatında odur.. həyatını dəyişmək istəyirsənsə düşüncələrini dəyiş.
- Düşünülməmiş fikirləri dilinizə gətirməyin və bu cür fikirləri həyata keçirməyin.
E
[redaktə]- Ehtiras nə qədər güclü olarsa, sonu bir o qədər kədərli olar.
- Ehtiyat hər bir qılınca qarşı yenilməz qalxandır.
- Ehtiyatlılıq — cəsurluğun ən yaxşı xüsusiyyətidir.
- Erkən nikah erkən tövbə və kədər gətirir.
- Eşq bir dəlilikdir.
- Etdiyi işi tərifləyən, onu yıxıb-dağıdar.
Ə
[redaktə]- Əgər ağıl olmasaydı, hissiyyat bizi yorardı. Ağıl məhz hissiyyatımızı cilovlamaq üçündür.
- Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur.
- Əgər kəskin bir söz iz buraxsaydı, bizim hamımız üstü bulaşıq gəzərdik.
- Əgər sevgini ölçmək mümkünsə, o miskin bir sevgidir.
- Əmək daşa yapışsa, daş o dəqiqə yuxuya gedər. Avaraçılıq isə tükdən yataqda belə yata bilməz.
- Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.
- Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir.
- Ən yaxşı söz düzünə və sadəcə deyilmiş sözdür.
- Ən yaxşını tapmaq istəyərkən yaxşını da itiririk.
- Ən yetkin meyvə ilk əvvəl düşər.
- Əsl dost misilsiz xəzinədir: xoşbəxtliyi artırar, dərd-qəmi azaldar.
- Əsl sevginin gedişatı heç vaxt rəvan getmədi.
- Əslində heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır.
- Əvvəlki qədər düşünmürəm artıq səni, beynim yorulur. Səni gündə bir dəfə düşünürəm, o da 24 saat davam edir.
- Əzablar qarışığı olmayan tam xoşbəxtlik yoxdur.
F
[redaktə]- Fəlakət, dost sayını sıfıra endirər.
- Fəlsəfə — bədbəxtlikdə şirin süddür.
- Fərqli insanlar üçün vaxt fərqli keçir.
- Fəzilət də böhtançılığa meyillidir.
- Fəzilət kimi qəbul etməmək üçün heç bir qüsur o dərəcədə də sadə deyil.
G
[redaktə]- Gecəniz xeyrə qalsın! Ayrılıq o qədər şirin bir kədərdir ki, sabaha qədər gecəniz xeyrə qalsın.
- Gələciyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır.
- Gəzən bir kölgədir həyat.
- Görəsən dünyada nankor insandan daha dəhşətli bir varlıqvarmı?
- Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir.
- Göründükləri kimi olmalıdır insanlar. Əgər deyillərsə; heç görünməsələr daha yaxşıdır.
- Götür-qoy etmək yox. etmək lazımdır.
- Göz yaşı ilə yuyulan üzdən daha təmiz bir üz ola bilməz.
- Göz yaşları qadının silahıdır.
- … Gözəlliklə birləşən dürüstlük, şəkərə bal əlavə etmək kimi bir şeydir.
- Güvən ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.
H
[redaktə]- Hamı ilə xoşrəftar ol, amma təklifsiz.
- Hamını sev, seçdiyinə etibar et, heç kimə pislik etmə.
- Hansı yara birdən yaxşı olmuşdur?
- Heç bir miras düzgünlük qədər zəngin deyil.
- Heç bir şey daim eyni dərəcədə yaxşı deyil, çünki həddindən artıq yaxşı, həddindən artıqlıqdan öləcək.
- Heç nəylə ləkələnməmiş ürəyi qorxutmaq çətindir.
- Heç vaxt hazır cavabsız qadın tapmazsan, əgər tapsanız, deməli o qadın dilsiz olub.
- Həddindən artıq təkəbbürlük qədər qüsuru təqdir edən başqa heç nə yoxdur.
- Həqiqət açıq hərəkət etməyi sevir.
- Həqiqətdən fərqli olaraq, əxlaqsızlıqla çox şeyə nail olmaq mümkün deyil. Fəzilət cəsarətlidir və yaxşılıq heç vaxt qorxu hiss etmir. Mən heç vaxt xeyirxah iş gördüyümə görə peşman olmayacağam.
- Həqiqi düzgünlük çirkli bir istiridyə çanağında da mirvari kimi yaşayır.
- Həqiqi sevgi danışa bilməz, çünki həqiqi hiss sözdə deyil, əməllə ifadə olunur.
- Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur.
- Hər bulud fırtına qoparmaz.
- Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan.
- Hər kəsə qulağını, amma çox azına səsini ver.
- Hər şeydə ölçünü gözlə. Ölçü, ehtiras axınını, tufanını, qasırğasını zəiflədir, ona yumşaqlıq verir və siz bu ölçünü mənimsəməlisiniz.
- Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz özünə; "Mən əlimdən gələni etdim" deyə biləsən.
- Həvəslə gördüyümüz iş çətinliyi azaldır.
- Həyat… bir axmaqın danışdığı hekayədir; səs və qəzəblə dolu bir hekayə və bunun heç bir mənası yoxdur.
- Həyat gəlib keçən bir kölgədir.
- Həyat… ölümdən qorxduğumuz şeylər üçün cənnətdir.
- Həyatda ən çətin şey insanın öz-özünə təsəlli vermək məcburiyyətində qalmasıdır…
- Həyatı hiss edin, onu yaşayın.
- Həyatın bizə təklif etdiyi ən çox gözəl təskinliklərdən biri odur ki, insan özünə kömək etmədən başqasına kömək etmək cəhdini səmimi edə bilmir.
- Həzz almaq ümidi həzzin özü qədər xoşdur.
X
[redaktə]- Xarici gözəllik o zaman daha cazibədar olur ki, daxili gözəlliyi təzahür etdirir.
- Xeyirə şər yolu ilə getmirlər.
- Xeyirxah arzu pis icranı da bağışlayır.
- Xəsislik qocalıqla, sevgi cavanlıqla.
- Xoşa gələn əmək adama çətin gəlməz.
- Xoşbəxt o adamdır ki, ona edilən təhqirdən istifadə edib özünü islah edə.
- Xoşbəxtlik, gəmiləri körpüyə sükansız da gətirə bilir.
İ
[redaktə]- İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir.
- İgidliyin ən yaxşı cəhəti ağıllı olmaqdır.
- İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.
- İnanın ki, insanın taleyini sevgi müəyyən edir.
- İncilərin ən qiymətlisini daxilimdə gəzdirirəm, o da vicdandır.
- İnsan həyatı yaxşı və pis saplardan toxunmuş parçadır.
- İnsan xasiyyətləri yoluxucu xəstəlik kimi bir-birinə keçmək xüsusiyyətinə malikdir; buna görə də dost seçəndə ehtiyatlı olun.
- İnsan sevməyə başladımı, yaşamağa da başlayar.
- İnsanlar bir-birləri ilə qardaş olduqlarını bilməlidirlər.
- İnsanlar öz taleyinin sahibləridir.
- İnsanların etdikləri pisliklər arxalarından yaşar, yaxşılıqlar çox zaman sümükləriylə birlikdə basdırılar.
- İnsanların işlərində qabarma anı olur. Bu əgər əldən buraxılmayıbsa, onları sürətlə xoşbəxtliyə aparır, əks halda isə onların həyat dənizində bütün səyahəti dayazlıqlar və çətinliklər arasında keçir.
- İstədiyin məqsədə çatmaq istəyirsənsə, azdığın yol barədə nəzakətlə soruş.
- İşin böyük-kiçiyi olmur.
- İtirilmiş və həmişəlik itirilmiş şeylərə görə kədərlənmək faydasızdır.
- İtirilmişin tərifi qiymətli xatirələrə səbəb olur.
- İntriqa zəiflərin gücünü təşkil edir, zərər vermək üçün hətta axmaqların ağlı kifayət qədər çatır.
K
[redaktə]- Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir.
- Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur.
- Keçmiş nə qədər kədərli olarsa, indi bir o qədər şirin olar.
- Kədər ona təslim olunduğunu görüncə daha da güclənir.
- Kiçik süni şeirlər adamın əsəblərini yağlanmayan təkərin cırıltısından daha çox qıcıqlandır.
- Kiçik şamın şüaları necə də uzaqlara yayılır! Yaxşı iş tutqun havada da işıq saçır.
- Kiminə keşik, kiminə yuxu nəsib.
- Kimiləri sevirəm deyir-Çünki əzbərləmişdir, kimiləri deyə bilmir — çünki həqiqətən sevir.
- Kiminsə keyfiyyətini qiymətləndirmək üçün özündə bu keyfiyyətin müəyyən bir hissəsinə malik olmalısan.
- Kişi qulluq edəndə aprel, evli olanda isə dekabr ayına oxşayır.
- Kişilər ağıllıdır yoxsa qadınlar? Əlbəttəki qadınlar. Çünki heç bir qadın ayaqları gözəldi deyə bir kişiyə bağlanmaz.
- Kişilər olduqları kimi olmaqdan məmnun olsaydılar, evlilikdə heç kimin qorxacağı bir şey olmazdı.
- Kişilərdə qısqanclıq həmişə güclü sevginin bir sübutudur, qadınlarda isə çox vaxt boş şeylərdən başqa bir şey deyildir, çünki bəzilərinin ümumiyyətlə sevmədikləri ərlərinə necə qısqanc olduqlarını görürük.
- Kişilərə sevgilərini söyləyən qadınlar ən az sevən qadınlardır.
- Kitablarım mənə kifayət edəcək qədər böyük bir krallıqdır.
Q
[redaktə]- Qadın ağlı qarşısında qapını bağla- o, pəncərədən qaçacaq; pəncərəni bağla — o, açar deşiyindən çıxacaq; deşiyi bağla- o, bacadan uçacaq.
- Qadın subaykən evlənməyi, evləndikdən sonra hər şeyi istəyir.
- Qadını ciddilik deyil, vicdan mühafizə etməlidir.[2]
- …Qadının ağlına bir şey gəldisə, o bunu mütləq edəcək, başını yaracaq, amma edəcək.
- Qadının xarici gözəlliyi deyil, namusu mənim məhəbbətimə layiq ola bilər.
- Qadının onu sevəni sevə bilməməsi sevginin əbədi istehzası deyilmi?
- Qan od tutub yananda böyük andlar saman çöpüdür.
- Qanunun mahiyyəti insansevərlikdir.
- Qar kimi ağ olsan da, iftiradan qurtula bilməzsən.
- Qayğısızlıq gənclərin kədəri, həddindən artıq qayğı isə qocaların lənətidir.
- Qətiyyətli iradəsi çatışmayanın ağlı da çatışmır.
- Qəzəb — həmişə pis mühafizəçidir.
- Qəzəbin yox, ağılın səsi ilə hərəkət et.
- Qiymətli adam üçün şərəf, həyatdan çox daha üstünlük təşkil edər.
- Qol çırmayın çətinliklər dəryasına, son qoyun onlara birdəfəlik.[3]
- Qorxaq hər gün ölürsə, igid bir dəfə ölür.
- Qorxaq yalanın daimi yoldaşıdır.
- Qorxu hissi bütün alçaq hisslərdən ən alçağıdır.
- Qorxu, yalanın əbədi yoldaşıdır.
- Qoy səni susmağına görə məzəmmət etsinlər, amma danışqanlığına görə söyməsinlər.
- Qısqanc adamların dəlillərə ehtiyacı olmur. Onlar dəlilərə görə yox, sadəcə olaraq qısqanc olduqlarına görə qısqanırlar.
- Qısqanc şübhə ilə tamamilə günahsız bir insanı təhqir edə bilərsiniz.
- Qısqanc şübhələrə uyaraq hətta tamamilə günahsız insanı da təhqir etmək olar.
- Qısqanclıq həm can verən, həm də doğan bir canavardır.
- Qızın isməti onun sərvətidir və o hər bir mirasdan daha qiymətlidir.
- Qürur özünə hörmət etmə çatışmazlığı qədər məzəmmətlənmir.
- Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; amma yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir .
L
[redaktə]- Ləkələnmiş ürəyi qorxutmaq çətindir.
- Lal brilyantlar qadın ağlına hər cür bəlağətli danışıqdan daha güclü təsir edir.
M
[redaktə]- Məcburi evlilikdən başqa nədir cəhənnəm, Münaqişə və çəkişmələrlə dolu bir çağ?
- Məhəbbət gənc qalır, ölmür dünyada,
İnsanlar qocalıb tələf olsa da. - Mən heç bir şeydə mehriban dostlarımın xatirəsini yaşadan qəlbimdəki xoşbəxtlik qədər xoşbəxtlik tapmıram.
- Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar.
- Mən kitabı tacdan üstün tuturam.
- Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhi gözəlliyi axtarıram.
- Mən sənin eşqinlə güclüyəm inan
Bütün Yer üzünün krallarından. - Mənim şərəfim mənim həyatımdır. Hər ikisi eyni kökdəndir. Məndən şərəfimi alsalar, bu mənim həyatımın sonu olacaqdır.
- Musiqi kədəri boğur.
- Musiqi kədəri sulayır.
- Musiqi sevginin qidasıdırsa, oynayın.
- Murdar adama xeyirxahlıq və müdriklik murdar, palçıq isə dadlı bir şey kimi görünər.
- Müdrik insan de görək, kim kimə xidmət edir? Sevgi xoşbəxtliyə, yoxsa xoşbəxtlik sevgiyə?
N
[redaktə]- Nadanın qulaqlarında ən canlı nitq də yuxuya gedir.
- Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər.
- Nankor bir övlada sahib olmaq, ilan dişindən daha acı verir.
- Nə kimsədən borc al, nə kimsəyə borc ver. Çünki borc pul verən, həmişə, həm pulundan olar, həm dostundan.
- Nə qədər acıdır başqasının gözüylə baxmaq xoşbəxtliyə.
- Nə qədər də kasıbdır səbri olmayanlar.
- Nəyinsə keyfiyyətini qiymətləndirmək üçün bu keyfiyyətdən heç olmasa bir zərrə insanın özündə olmalıdır.
O
[redaktə]- O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır.
- Ona yaltaqlanmasını sevənin özü yaltağa layiqdir.
- Optimist insan artıq yaranın üzərində qabıq, bədbin insan isə də hələ də qabığın altında yara olduğunu düşünür.
- Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər.
Ö
[redaktə]- Ölçülməsi mümkün olan məhəbbət çox yoxsuldur.
- Öz istedadını inkar etmək istedadlılıq əlamətidir.
- Özümü hər zaman xoşbəxt hiss edirəm. Niyə bilirsinizmi? Çünki kimsədən bir şey ümid etmirəm. Gözləmələr daim yaralar insanı.
- Özünə hörmət heç vaxt özünü alçaltmaq qədər iyrənc olmur.
P
[redaktə]- Pis insanın bəd əməlləri o öləndən sonra da yaşamaqda davam edir.
- Pis iyi bütün burunlar hiss edir.[4]
- Pislikdə inad pisliyi məhv etmir, yalnız onu artırır.
S
[redaktə]- Sevgi haqqında hamıya car çəkənin özü sevmir.
- Sevgi hər şeyə qadirdir. Yer üzündə onun cəzasından kədərli, ona xidmət etməkdən alınan həzzdən yüksək xoşbəxtlik ola bilməz.
- Sevgi ölüm qorxusundan da güclüdür.
- Sevgi sözlə deyil, ruhla görünür.
- Sevgi sözləri ayrılanda lal olur.
- Sevgi, təbiətin rədd etdiyi insanlara da nəciblik verir.
- Sevgi yağışdan sonrakı günəş kimi rahatlıq verir.
- Sevgini ona dəyər verməyən birinə sərf etmə.
- Sevgini ölçmək mümkündürsə, o, kasıbdır.
- Sevginin demək olar ki, tamamilə gözü olmur.
- Sevginin qarşısındakı hər hansı maneə yalnız onu gücləndirir.
- Sevgiyə hər hansı bir maneə yalnız onu gücləndirir.
- Sevimli iş adamı erkən qaldırar və sevinc hissi ilə işə başladar.
- Sevinc səmimiyyət olan evlərdə yaşayır.
- Sevinc üçün ümid baş tutmuş həzzdən bir az azdır.
- Sevinc və qəhqəhə olduqdan sonra qoy qırışlar gəlsin.
- Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur.
- Səbri olmayanlar nə qədər də yoxsuldurlar.
- Sən rəqibi özündən zəif bilsən, onu da bil ki, sən artıq məğlubiyyətə dəvətnamə göndərmisən.
- Soyuqqanlı insana coşqunluğu ittiham etmək asandır.
- Sözlər, elə həmişə sözlərdir.
- Sözlər küləkdir, nalayiq sözlər isə zərərli yelçəkəndir.
- Sözlər nə qədər az olarsa, hisslər bir o qədər çox olar.
- Sözlərin az olduğu yerdə çəkisi olur.
- Sülh keşikçiləri dünyanın xoşbəxt insanlarıdır.
Ş
[redaktə]- Şeytan müqəddəs yazını da öz məqsədləri üçün istifadə edə bilər.
- Şəxsiyyətimiz bir bağdır, iradəmiz isə onun bağbanıdır.
- Şiddətli zövqlərin şiddətli nəticələri olur.
- Şübhə həmişə cinayətkar ruhda yaşayır: hər kol oğruya xəfiyyə kimi görünür. Həqiqətin təsdiqi şübhə yatanda belə artıq deyil.
- Şübhələr satqındılar. Onlar bizi cəhdlərdən qorxmağa məcbur etməklə tez-tez əldə edə biləcəyimiz xeyirxahlıqdan məhrum edirlər.
- Şirin xəyallara uymaq, göz yaşları axıtmaq, ah çəkmək eşqin yol yoldaşlarıdır.
T
[redaktə]- Taktı, ölçüsü olmayan musiqi pisdir.
- Tapdalanmış kiçicik bir həşərat, öləndə əziyyət çəkən nəhəng heyvan kimi əziyyət çəkir.
- Təbiət heyvanlara da öz dostlarını tanımağı öyrədir.
- Təbiətin şərəfi olan insan öz əqli ilə necə də gözəldir.
- Təcrübə yalnız zamanla inkişaf etdirilən fəaliyyətlə əldə edilir.
- Təhqirlərdə olduğu kimi, üzr istəməkdə də ifrata yol verməyin.
- Təmiz adam təmiz adamla ülfət saxlamalıdır, əfsuslar ki, həmişə belə olmur.[5]
- Təmkin — igidliyin ən yaxşı cəhətidir.
- Tənha keçinən bir həyat ölümə bərabərdir.[6]
- Torpaq, təbiətin anası, onun öz qəbridir: nəyi doğurdu, basdırdı.
- Toydan əvvəl bir daha rəqs edək; bu bizim ürəyimizi və qadınlarımızın ayaqlarını yüngülləşdirir.
- Tülkü başını soxduğu yerə bədənini də soxacaq.
U
[redaktə]- Uşaqlıq — labüd olan qorxudan ağlamaqdır.
- Uzunçuluq müvəqqəti mübaliğələrdir.
Ü
[redaktə]- Ümid, sevginin əsasıdır. Ümidsizliyə qarşı onunla silahlan. Sərt bir tonun açıqürəklilik və güc əlaməti olduğunu düşünmək əbəsdir.
V
[redaktə]- Vaxtımı xərcləməyi bacarmadım, indi o məni xərcləyir.
- Versən öz ömrünü övladına sən,
Onun varlığında ömr eyləyərsən. - Vicdanla davada olan hakimiyyət təhlükəlidir.
Y
[redaktə]- Yaddaş beynin gözətçisidir.
- Yaxşı ayaqlar gec-tez büdrəməyə başlayacaq, qürurlu bel əyiləcək, qara saqqal çallaşacaq, qıvrımsaç baş keçəlləşəcək, gözəl sima qırışlarla örtüləcək, dərin baxış tutqunlaşacaq, amma günəş və ay, daha çox günəş kimi xeyirxah ürək həmişə parlaq işıq saçacaq, heç vaxt dəyişməyəcək və həmişə düzgün yolda olacaq.
- Yaxşı dəlillər ən yaxşı dəlillərə güzəştə getməlidir.
- Yaxşı insanı tanımaq, özünü tanımaq deməkdir.
- Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.
- Yalançı üz məkrli ürəyin düşündüyü hər şeyi gizlədər.
- Yalnız özün üçün yaşamaq xəyanətdir.
- Yalnız özü üçün yaşamaq həyatdan sui-istifadə etməkdir.[7]
- Yalnız yuxu və yeməklə məşğul olan insan nədir? Heyvan.
- Yuxu — təbiətin insanlara bəxş etdiyi təamlar içərisində ən ləzətlisi və qiymətlisidir.
- Yüksəkdəkilər, aşağıdakılardan daha az təhlükəsizlikdir.
Z
[redaktə]- Zamanın, kimə dost, kimə düşmən olacağı naməlum.
- Zamanın təlxəyi olsa məhəbbət, Ölümü həyatdır, ömrü cinayət.
- Zərif ürək uzun yaşayar.
- Zərurətə təbiət də tabe olmalıdır.
Mənbə
[redaktə]- Vilyam Şekspir. Sonetlər. Bakı, 1992.
İstinadlar
[redaktə]- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ [1] Qadın böyük qüvvədir…
- ↑ Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.110
- ↑ Xəzinə. Bakı, 1997. səh.26
- ↑ Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,
- ↑ "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.213