Məzmuna keç

Damla



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır. Mark Tven
  • Başqalarının fikrini öyrənmək və öz fikrini açıqlamamaq istəyən ağzına bir damla şərab da almamalıdır. Valter Skott
  • Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır. Uilyam Şekspir
  • Bir damla mürəkkəb milyonlarca insanı düşündürə bilir. Corc Bayron
  • Bir damla belə ümidi olmayanın qısqanclığı olmur. İvan Turgenev
  • Bir damla cəsarət, bəxt dənizindən qiymətlidir. Ceyms Qarfild
  • Bir küpə damla-damla dolur. Qautama Budda
  • Bütün dünya başdan-başa yerə tökülən bir damla qana dəyməz. Sədi Şirazi
  • Bütün yer üzü boş yerə tökülən bir damla qana belə dəyməz. Aleksandr Suvorov
  • Cavanlıqda özümə söz verdim ki, nahara qədər dilimə bir damla spirtli içki dəyməyəcək. İndi artıq yaşlanmışam və səhər yeməyinə qədər bir damla spirtli içki dilimə dəyməməlidir qaydasına əməl edirəm. Uinston Çörçill
  • Dahi həmişə bir damla dəliliklə müşayiət olunur. Aristotel
  • Damla daşı gücü ilə deyil, tez-tez damcılamaqla deşir. Ovidi
  • Damla daşı yonur. Latın atalar sözləri
  • Damla özünü tamamlayınca damlar. Özdəmir Asaf
  • Dünyanı tam halında yaşamaq olmur; o damla-damla, çiçək-çiçək yaşanır. Əbu Turxan
  • Göydən bir damla düşdü, şıp mənim alnıma, şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına... Yanıltmac
  • Gözəl sözlər pətəkdən damla-damla süzülən bala bənzər və insan ruhuna dad verər. Süleyman
  • Gülər üzlə deyilən bir yalanı bir anda udduğumuz halda, ağrılı gerçəyi ancaq damla damla uduruq. Deni Didro
  • Mən tonlarla sərvətdən bir damla hikməti üstün tuturam. Anaksaqor
  • Öyrənən əziyyət çəkməlidir. Hətta yuxumuzda da unuda bilməyən ağrılar damla-damla qəlbə düşür, ümidsizliyimizdə isə bizim iradəmizə zidd olaraq Allahın qorxunc lütfü ilə bizə hikmət gəlir. Con F. Kennedi
  • Poeziya dərdin anasıdır; hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır. Yohann Volfqanq Göte
  • Riyaziyyatın öyrənilməsi xəyal qırıqlığına səbəb ola bilər... Bizə deyirlər ki, ondan ulduzların kütləsini təyin etmək və ya bir damla sudakı milyardlarla molekulu saymaq olar. Bununla belə, Hamletin atasının bəhanəsi kimi, bu böyük elm bizim zehni silahlarımızın onu dərk etmək səylərindən yayınır. Alfred Norz Vaythed
  • Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et. Həzrəti Əli
  • Sonuncu damla fincanı daşdıran şeydir. Portuqal atalar sözləri
  • Uşağın beyni haqqında düşünəndə üzərində şeh damcısının titrədiyi zərif qızılgül çiçəyi təsəvvür edilir. Elə qayğı və incəlik lazımdır ki, bir çiçək yığdıqdan sonra bir damla düşməsin. Vasili Suxomlinski
  • Yağış bir damla ilə başlayır. [2]Mənal əl-Şərif
  • Yeni bir televizor quraşdırılır (Media TV). Qoy türk və kürd xalqlarının qardaşlığı üçün bir işıq, bir siqnal və ya bir mesaj olsun, qan və nifrəti bir kənara qoyaq. Sülh olsun, dostluq, yoldaşlıq. Kiçik bir şey istədik, okeanda bir damla. Milli mədəniyyətdən danışdıq, mədəni kimlikdən danışdıq, bunu şəxsiyyət vəsiqəsi kimi başa düşdülər. Belə qəribə insanlarla nə edim? Ahmet Kaya

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  2. [1] Nəqliyyatı idarə edən qadınlar haqqında. Səudiyyəli qadının sitat gətirdiyi kimi, Atika Şubert, CNN tərəfindən avtomobil idarə etdiyi üçün (27 may 2011-ci il) saxlanıldığını iddia edir.