Azərbaycan atalar sözləri/N: Redaktələr arasındakı fərq
Görünüş
Silinən məzmun Əlavə edilmiş məzmun
212.47.137.109 (müzakirə) tərəfindən edilmiş 158021 nömrəli redaktə geri qaytarıldı Teq: Geri qaytarma |
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 19: | Sətir 19: | ||
* Nacins ağac düyünlü olar. |
* Nacins ağac düyünlü olar. |
||
* Nacins qarpızın tumu çox olar. |
* Nacins qarpızın tumu çox olar. |
||
* Nadan dostdan ağıllı düşmən yaxşıdır. |
* Nadan dostdan ağıllı düşmən yaxşıdır.bebeişkooo |
||
* Nadan əlindən su içmə, ab-həyat olsa da. |
* Nadan əlindən su içmə, ab-həyat olsa da. |
||
* Nadan özünü öyər, kor gözünü. |
* Nadan özünü öyər, kor gözünü. |
||
Sətir 103: | Sətir 104: | ||
* Naşıya zurna vеrəndə yoğun başından yapışar. |
* Naşıya zurna vеrəndə yoğun başından yapışar. |
||
* Naümid şeytandır. |
* Naümid şeytandır. |
||
== Ne == |
== Ne == |
||
* Necə gəlmisən, elə də get. |
* Necə gəlmisən, elə də get. |
18:10, 10 yanvar 2024 tarixinə olan versiya
←M | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
O→ |
Həmçinin baxın: Haqqında • |
Na
- Nabələdə gün də buluddur.
- Nacins ağac düyünlü olar.
- Nacins qarpızın tumu çox olar.
- Nadan dostdan ağıllı düşmən yaxşıdır.bebeişkooo
- Nadan əlindən su içmə, ab-həyat olsa da.
- Nadan özünü öyər, kor gözünü.
- Nadana halva acı olar.
- Nadanı kötək düzəldər, qozbeli qəbir.
- Nadanın düşməni özüdür.
- Nadanlıq nəsilnən, insanlıq əsilnən
- Nadiri taxtda görüb, Şah Abbası qundaqda.
- Nadürüst nəslinə çəkər.
- Nahaq ayaq tutub yeriməz.
- Nahaq iş ayaq tutmaz.
- Nahaq qan batmaz.
- Nahaq qan yerdə qalmaz.
- Nahaq qapıdan gələndə haqq bacadan çıxar.
- Naxçıvanın duzu, qızı, qarpızı.
- Naxır gəlməsə, axşam olmaz.
- Naxır itib, ala dananı qovur.
- Naxır yeri ilə gedib, ala dananı axtarır.
- Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır.
- Naxıra gedirəm - çoban olmaz, axura gedirəm - saman.
- Naxırçı qızı arpa çörəyi arzular.
- Naxırçı qızı naxırçı çörəyi arzular.
- Naxırçı qızından xanım olmaz.
- Naxırçı qızını verdi, torpa dağarcığı da üstəlik.
- Naxırçı qızının qeyrəti naxır gələndə tutar.
- Naxırçının faydası havayı eşşək minməkdir.
- Naxırçının könlü naxır çörəyi istər.
- Naxırda malın yox, növbədə başın yarılır.
- Nakəsə borclu olma.
- Nakəslə comərdin xərci birdir.
- Nakəslərə yoldaş olan xar olur
- Naqqa balıq tasa yerləşməz.
- Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
- Nağd alverdən ətir iyi gələr.
- Nağdı əldən vermə. (Nağdı qoyub nisyənin dalınca düşmə).
- Nağıl dili yüyrək olar.
- Nalını almamış mıxını çalma.
- Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
- Namaza meyli olanın qulağı azanda olar.
- Namazdan əvvəl boğazdır.
- Namazı əkib, orucluğa gedir.
- Namə vüsalın yarısıdır.
- Namə yazmaq asandır, yetirmək çətin.
- Namərd adam haqqı qoyub, nahaqqın dalınca gedər.
- Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
- Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.
- Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.
- Namərd namərddən kəsər, Allah da hər ikisindən.
- Namərd yəhərdə tanınar, mərd kəhərdə.
- Namərdə tuş olanın ciyəri qana dönər.
- Namərdə yaxa vermə, mərdə arxa ol.
- Namərdə möhtac olma.
- Namərdə möhtac olunca dəryada qərq ol
- Namərdə tuş olanın ürəyi qana dönər.
- Namərddən keç, mərddə dur.
- Namərdi bir gördün, bir də görsən namərdsən.
- Namərdi qova-qova mərd еylərsən
- Namərdin adı olmaz.
- Namərdin çörəyi dizinin üstə olar.
- Namərdin gözü dar olar.
- Namərdin otağından, mərdin ağac kölgəsi.
- Namərdin plovundan, mərdin qaşıq aşı.
- Namərdin sözünü söz eləmək olmaz.
- Namı-nişanı qalmayıb.
- Namus gedər, dönməz geri, yoxdur onun bəlil yeri.
- Namus insanın cövhəridir.
- Namus insanın qan bahasıdır.
- Namussuz qohum qoltuq yarasıdır, nə açıb göstərmək olur, nə qoparıb atmaq.
- Namusu itə atdılar, it yemədi.
- Nanəcibdən ağa olmaz, təkədən qoç.
- Nanəcibdən kənar gəz.
- Nanəcibə hörmət edərsən, deyər ki, məndən qorxur.
- Nanəcibə min dəfə yaxşılıq et, bir dəfə salam verməsən hamısı heçdir.
- Nanəcibə salam verərsən, deyər - Qorxdu məndən.
- Nanəcibə salam ver, keç.
- Napakı hamam təmizləməz.
- Nar ağacı - istək ağacı.
- Nar üstündən turp yeməzlər.
- Naşı bilməz xara nədir, bez nədir?!
- Naşı oğru özünü samanlığa vurar.
- Naşı ovçu dağı adlayar, ov vura bilməz.
- Naşılığını mənim başımda göstərir.
- Naşıya zurna vеrəndə yoğun başından yapışar.
- Naümid şeytandır.
Ne
- Necə gəlmisən, elə də get.
- Neştərsiz əqrəb olmaz.
- Neyləyirəm gözəlliyi, gözəl baxtım olaydı.
- Neyləyirəm qızıl taxtı, bir qızıl baxtım olaydı.
- Neyləyirəm qızıl teşti, içində qan qusacam.
Ne
- Nə ağacı tovla, nə də iti hürdür.
- Nə ağız yandıran aşdır, nə baş sındıran daş.
- Nə alacağı var, nə verəcəyi.
- Nə alandır, nə satan.
- Nə altda undur, nə üstdə kəpək.
- Nə arabada, nə dünbədə.
- Nə at var, nə meydan.
- Nə baxırsan taxtına, sən baxginən baxtına.
- Nə bağım var, nə də çaqqalla davam.
- Nə balanı istəyirəm, nə də balasını.
- Nə başı var, nə ayağı.
- Nə belə vəslin olaydı, nə elə hicranın.
- Nə biçinini biçirəm, nə ayranını içirəm.
- Nə coraba yamaqdır, nə tumana bağ.
- Nə çəkərsə öküz çəkər, araba yolu ilə gedər.
- Nə daş atdın ki, qolun da ağrısın.
- Nə dəlini işlət, nə də dəli üçün işlə.
- Nə dərin suya gir, nə də Xıdır Nəbini çağır.
- Nə dəvəni görmüşəm, nə də ləpirini.
- Nə dəvənin südün istə, nə ərəbin üzün gör.
- Nə dil bilsin, nə dodaq.
- Nə diriyə hay verər, nə ölüyə pay.
- Nə doğrarsan aşına, o çıxar qaşığına.
- Nə dost kimi dostdur, nə düşmən kimi düşmən.
- Nə əkərsən, onu da biçərsən.
- Nə ərəbin üzün gör, nə Şamın şəkərin.
- Nə gecəm gecədir, nə gündüzüm gündüz.
- Nə gələndən üz çevir, nə gedəni qovan ol.
- Nə görməli günlərim varmış!...
- Nə görmüşəm, nə eşitmişəm.
- Nə günahı var, nə savabı.
- Nə xalqa dayaqdır, nə palaza yamaq.
- Nə xeyrə yarar, nə şərə.
- Nə ilə ölçərsən, onunla da ölçülərsən.
- Nə ins var, nə cins.
- Nə istərsən bacından, bacın ölür açından.
- Nə istisi var, nə soyuğu.
- Nə işim var bayırda, çaqqal məni çığırda.
- Nə işim var, nə macalım.
- Nə it yiyəsdir, nə gön yiyəsi.
- Nə itirib, nə axtarırsan?
- Nə iyi var, nə səsi.
- Nə izi var, nə tozu.
- Nə qaldırsa üzünə, o görünür gözünə.
- Nə qanır, nə də qandırır.
- Nə qədər qoca olsa, min cavana dəyər.
- Nə qədər uzaq olsa, yol yaxşıdır, nə qədər yaman olsa, el yaxşıdır.
- Nə qədər uzun olsa lülə, bir o qədər uzun gеdər güllə.
- Nə qorx, nə də qorxunu ürəyindən çıxart.
- Nə qoyun olub otdan doydum, nə quzu olub süddən
- Nə qoyuna gedər, nə qapıda hürər.
- Nə mülk ilədir, nə mai ilədir, gülüm, ululuq kamal ilədir.
- Nə o yanlıqdır, nə bu yanlıq.
- Nə ölən kimi ölür, nə də qalan kimi qalır.
- Nə ölüyə hay verir, nə diriyə pay.
- Nə özü işləyir, nə də işləyəni qoyur işləsin.
- Nə özü yeyir, nə itə verir, iylətdirir, itə verir.
- Nə özündədir, nə sözündə.
- Nə salam, nə kəlam.
- Nə sən dedin, nə mən eşitdim.
- Nə sən gəl, nə ilin axır çərşənbəsi.
- Nə sərvətə bel bağla, nə fələyə güvən gəz.
- Nə səs var, nə səmir.
- Nə soyuğa tabım var, nə pulum var kürk alım.
- Nə şaşqın ol basıl, nə daşqın ol, asıl.
- Nə şeytan görüm, nə qulfallah oxuyum.
- Nə şeytanı gör, nə bismillah de.
- Nə şilləmsən, nə şapalağım.
- Nə şiş yansın, nə kabab.
- Nə titrərsən, əllərim, verməyincə ala bilməzsən.
- Nə tiyanda barama var, nə cəhrədə ipək.
- Nə tökərsən aşına, o da cıxar qaşığına.
- Nə tüfəngə çaxmaqdır, nə dünbəyə toxmaq.
- Nə ucu var, nə bucağı.
- Nə ucudu, nə ortası, qırılıb qarın qartası.
- Nə umursan bacından, bacın ölür acından.
- Nə vaxt tülkü olsan, çarığımı çeynərsən.
- Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı.
- Nə ver, nə al.
- Nə ver, nə də dalınca get.
- Nə vermişdi ki, ala bilmədi?!
- Nə versən adındı, nə yesən dadındı, qalanı yadındı.
- Nə yada sirrini ver, nə namərdə bel bağla.
- Nə yaraşır arığa, gedə girə qoruğa?
- Nə yardan doyur, nə əldən qoyur.
- Nə yaş olub sıxılmalı, nə quru olub qırılmalı.
- Nə yatdı ki, nə yuxu görsün?!
- Nə yatdıq, nə uzandıq, hazır oğlan qazandıq.
- Nə yazılıb, o da olacaq.
- Nə yer qəbul eləyir, nə göy.
- Nə yeyilir, nə atılır.
- Nə yoxsuldan alacağım olsun, nə varlıya verəcəyim.
- Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.
- Nə zalım ol asıl, nə miskin ol basıl.
- Nəbzi mənim əlimdədir.
- Nəcabət adamın zatında olar.
- Nəcabət ata-ana ilə ölçülməz.
- Nəciblik canda dеyil, qandadır.
- Nəfəs haqdandır.
- Nəfəs nəfəsdir, bədnəfəsin adı bədnamdır.
- Nəfəsi gedir gəlir yalandır.
- Nəfəsi isti yerdən çıxır.
- Nəhəng dəryada olar.
- Nələr gəldi, nələr keçdi fələkdən?!
- Nənə evin kötüyüdür.
- Nənə nəvənin oyuncağıdır. [1]
- Nənə yarım dənə ilə də keçinər.
- Nənəsinə naməhrəmdir.
- Nər yükünü nər çəkər.
- Nərdivana ilk pillədən çıxarlar.
- Nərin dili bağlı gərək.
- Nəslində olan dırnağında bildirər.
- Nəvə övladdan şirindir.
- Nəzir seyidə düşər, fitrə yoxsula.
Ni
- Nisyə baldan nağd sirkə yaxşıdır.
- Nisyə çaxır içən iki dəfə keflənər.
- Nisyə - girməz kisəyə.
- Nisyə quyruqdan nağd yumruq yaxşıdır.
- Nisyə vermərəm, dalınca da getmərəm.
- Niyə elə yerdə yatıram ki, altıma su düşsün?!
- Niyyətin hara - mənzilin ora.
No
- Noxudların hesabına baxanda gorünür heç bayram olmayacaq.
- Novruzdan sonra qırx gün kötük yanar.
- Novruzgülü ilə bənövşə bir-birini görməzlər.
Nö
- Nökər nədir, bekar nədir?
- Nökərsən, niyə bekarsan? Aç qapını, ört qapını.
- Növbə bizə çatanda çırağın yağı qurtarar.
- Növbə yetimə çatanda qaşığın dəstəsi sınar.
- Növbə yetimə çatanda ya hərifin pulu qurtarar, ya çırağın yağı.
Nu
- Nuh deyər, peyğəmbər deməz.
- Nuh əyyamından qalıb.
- Nuh-Nəbidən qalıb.
- Nur gözdə olar.
İstinadlar
- ↑ Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru. Tərtib edənlər: f.e.n. Hüseyn İsmayılov, Qurban Süleymanov. Elmi redaktoru prof. Qara Namazov. Bakı–“Səda”–2002,səh: 192-220