Məzmuna keç

Xalid Hüseyni

Xalid Hüseyni
Doğum tarixi 4 mart 1965
Doğum yeri Kabil
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
  • Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
  • Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə.
  • Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz.
  • Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.
  • Əfqanıstan təkcə Talibanla bağlı deyil. Söhbət təkcə tiryək ticarəti, terrorizm və bu kimi şeylərdən getmir. Həqiqətən ümid edirəm ki, mənim kitablarımdan sonra insanlar Əfqanıstanı daha dərindən dərk edəcək, onu daha incə dərk edəcəklər. Onlar başa düşəcəklər ki, Əfqanıstan televiziyada gördüklərindən daha mürəkkəb bir şeydir.
  • Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
  • Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!
  • Həmişə şimalı göstərən kompas kimi kişini günahlandıran barmağı da mütləq bir qadın işarə verər.
  • Həyat sənin etdiklərin və etmədiklərindir.
  • Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.
  • Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz.
  • Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir.
  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.
  • Sən də mənim qədər çox yaşasan başa duşərsən ki qəddarlıqdır, xeyrxahlıqdır — bunlar elə eyni rəngin çalarlarıdır.
  • Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
  • Yalanla özünü aldatmaqdansa gerçəklə üzləşmək yaxşıdır.
  • Yaralar sağalar, ləkələnən adlar əsla.
  • Yaratmaq başqasının həyatina vandal müdaxilə etməkdir.

İstinadlar

[redaktə]