Jan de Labrüyer: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 64: | Sətir 64: | ||
== L == |
== L == |
||
* Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür. |
* Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür. |
||
== N == |
|||
* Nəfsinin müəllimi, vicdanının şagirdi ol. |
|||
== Ö == |
== Ö == |
17:41, 6 may 2021 tarixindəki versiya
Jan de Labrüyer - (Fransız dilində: Jean de La Bruyère); 16 avqust 1645, Paris, Fransa — 10 may 1696, Versal, Fransa) - Fransız yazıçısı və filosofu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ağıllı adamlara gülmək axmaqlara xas olan imtiyazdır. Kral sarayında bu cür imtiyaza təlxəklər malik idi.
- Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.
B
- Bəzi adamlarda əzəməti təkəbbür, möhkəmliyi zalımlıq, ağlı isə hiyləgərlik əvəz edir.
- Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.
- bir müddət siyasi intiriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir: qalan bütün şeylər onun üçün maraqsız görünür.
- Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı.
C
- Can sıxıntısı dünyaya tənbəlliklə birllikdə gəlmişdir.
- Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
- Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir.
D
- Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz.
- Dostluğun birinci şərti etibardır.[1]
- Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur.
E
- Elm həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.
Ə
- Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.
H
- Həya hissini ititrmiş qorxaq adam istənilən rəzilliyi etməyə qadirdir.
- Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir.
- Həyat əvvəldən axıradək öyrənməkdir.
- Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
- Hökmdarın cavanlığı bir çoxları üçün varlanmaq mənbəyidir.
X
- Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kəs bilmir ki, onun bu dincliyini nə poza bilər.[2]
İ
- İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
- İnsan yalnız iki yolla varlana bilər- ya öz diribaşlığı ilə, ya da başqasının maymaqlığı sayəsində.
- İnsan yaranışdan gözəldir, sevəndə isə daha da gözəlləşir.
- İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür.
- İnsanın kimdənsə tam razı qalması necə də çətindir.
- İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirib, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır.
- İstər dostla, istərsə də düşmənlə münasibətdə ehtiyatlı ol.
- İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.
K
- Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
- Kişilər əmindilər ki, qadınlar zəif cinsdilər, ancaq nədənsə, özləri həmişə qadınlar qarşısında zəif vəziyyətdə qalmış olurlar.[3]
- Kişilər özgələrinin sirrini daha yaxşı saxlayırlar, nəinki öz sirrlərini. Qadınlar öz sirrlərini daha yaxşı saxlayırlar, nəinki özgə sirrlərini.
- Kömək edəcəyin adama heç nə demədən yardım göstər.
- Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, bənna isə yalnız bənnadır. Nisbətən yoxsul və sadə yaşayan qadınlar üçün isə bağban da, bənna da əsl kişilərdilər.
Q
- Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
- Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilərdə həqiqi dostluq daha möhkəmdir. Qadınlar bir-birlərini sevmirlər və bunun səbəbi kişilərdir.
- Qadınlar öz hisslərindən danışanda asanlıqla yalan deyirlər, kişilər isə daha asanlıqla sözün düzünü deyirlər.
- Qadınlarda orta hədd yoxdur: ya kişilərdən qat-qat pisdirlər, ya da qat-qat yaxşıdırlar.
- Qadınların əksəriyyətində prinsipiallıq yoxdur-onlar ağlın deyil, qəlbin səsinə qulaq asırlar və onların davranışı, özünü aparmağı bütün hallarda sevdikləri kişilərdən asılıdır.
- Qarınqululuq ömrün qorunması üçün nəzərdə tutulmuş qidanı zəhərə çevirir.
- Qaynata öz kürəkənini istəmir, lakin gəlinini çox istəyir: qaynana öz kürəkənini çox istəyir, lakin gəlinini istəmir, dünyada hər şey tənzimlənir.
L
- Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür.
N
- Nəfsinin müəllimi, vicdanının şagirdi ol.
Ö
- Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır.
- Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi.
P
- Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
- Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.
S
- Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır.
- Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar.
- Səni əyyaşlığa və hoqqabazlığa sövq edən və çalışmaq əzmi səninkindən az olan adamla ünsiyyət saxlama.
T
- Tarixi yaratmaqda bütün insanlar iştirak edir, deməli bizim hər birimiz lap cüzi miqdarda olsa datarixin gözəlliyinə kömək etməyə, onun eybəcərləşdirilməsinə imkan verməməyə borcluyuq.
- Tərəzinin bir gözünə anamı, digər gözünə dünyanı qoysalar da, anamın olduğu tərəf ağır gələr.
U
- Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
- Uğur qazanmağın ən qısa və ən yaxşı yolu - insanlara başa düşməyə şərait yaratmaqdır ki, sizin irəliləyişinizə kömək etmək elə onların özlərinin maraqlarına uyğundur.
Ü
- Üç adama həqiqətən də yazıq demək olar: nadanın əlinə düşmüş bilikli adama, miskinə möhtac olmuş güclü adama, xəsislə dostluq etməyə məhkum olmuş səxavətli adama.
V
- Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.
Y
- Yaxşı iş gördüyün zaman mükafat gözləmə, Etdiyin yaxşılıq sənin üçün elə ən böyük mükafatdır.
- Yalançı yalançıdan ehtiyatlanar.
- Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir.
- Yüksək əxlaq yüksək nəcabət göstərir.
- Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.
- Yüksəlmək istəyən insan üçün hər hansı bir şöhrət heç tanınmamaqdan yaxşıdır.
Z
- Zaman dostluğu möhkəmlədir, amma, sevgini zəiflədir.
- Zəka düşüncənin mikroskopudur.
Mənbə
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014