Yan Peti San
Görünüş
Yan Peti San | |||
Doğum tarixi | 6 aprel 1792 | ||
Doğum yeri | Cenevrə | ||
Vəfat tarixi | 1870 | ||
Vəfat yeri | Chêne-Bourg | ||
Dəfn yeri | Cemetery of Chêne-Bougeries | ||
|
Yan Peti San (1792–1870) — İsveçrə yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Arvadını axtarmaq üçün cəhənnəmə enmiş bir Orfey üçün, arvadları üçün cənnətə getmək belə istəməyən neçə dul qadın var!
- Ateizm ruhun intiharıdır.
- Ayrı-ayrı fikirlərin bütün zövqü onların ifadəsinin yığcamlığından asılıdır: çünki fikirlər şəkər və ya duz dənələrinə bənzəyir, onları bir damcı suda əritmək lazımdır.
B
[redaktə]- Başqalarının pis işlərinə istinad etmək özünü çirklə yumaqdır.
- Bir çox dövlətlərin çaylar kimi başlanğıcı təmizdir, lakin artdıqca çirklənir.
- Biz arabaya minən dosta başqa bir gəzintidən daha çox baş əyirik.
- Bizim onlara baxışımız qədər dəyişən şeylər çox deyil.
- Bolluğumuzu sahib olduqlarımız deyil, zövq aldığımız şeylər təşkil edir.
- Bu dünyanın malında olduğu kimi insanlarla da eyni şey olur: nə qədər yaxşı tanınırsa, bir o qədər az dəyər qazanır.
- Bütün xırda şeylər arasında zadəgan titulları ən yüngüldür.
D
[redaktə]- Din dünyanın yaraladığı ruhların xəstəxanasıdır.
- Dostlarımızı bizdən uzaqlaşdıran ya onların bizə ehtiyac duymadıqları zaman xoşbəxtliyidir, ya da bizim onlara çox ehtiyac duyduğumuz zaman bədbəxtliyimizdir.
E
[redaktə]- Eqoisti əhatə edən hər şey ona yalnız portreti üçün çərçivə kimi görünür.
- Evlilik fırtınada sığınacaq, hətta daha çox limanda fırtınadır.
Ə
[redaktə]- Əxlaq kitabı ehtiraslarımıza qarşı müharibə aparır, amma biz sülh dostları onu qədim Yanus məbədi kimi bağlı qoyuruq.
F
[redaktə]- Fəzilətlərimiz gəlirimizlə yaşayır, pisliklərimiz kapitalımızı yeyir.
H
[redaktə]- Heç bir qadın düşündüyü hər şeyi ifadə etməyə cəsarət etməz.
- Heç bir partiyaya mənsub olmadıqlarını bəyan edənlər, şübhəsiz ki, bizim partiyadan deyillər.
- Heç kim şöhrətə haqqı olmayanlardan daha səmimi şəkildə xor baxmaz.
- Hər kəs pulsuz məsləhət verirsə, bunun səbəbi heç kimin almamasıdır.
- Həyasızlıqla əldə edilən pul heç vaxt dəyərinə dəyməz, təmiz vicdan isə heç vaxt dəyər verdiyi qədər dəyərli deyil.
- Həyatın özü sürprizlər üçün ən yaxşı vasitədir.
- Həyatlarında yalnız faydalı istifadə etdikləri vaxtı saysalar, nə qədər qoca gənc olardı?
İ
[redaktə]- İctimai rəy fahişədir: insanlar ona hörmət etmədən onu bəyənməyə çalışırlar.
- İctimai rəy hörmət etmədən xoşuna gəlməyə çalışdığımız bir nəzakətlidir.
K
[redaktə]- Keçmiş və gələcək yalnız böyük insanları işıqlandırır, necə ki, günəşin doğuşu və batması günləri ancaq dağların zirvələrində zərlədir.
Q
[redaktə]- Qadın üçün çirkin olduğunu bilmək onun yaraşıqlı olduğunu görməzlikdən gəlmək qədər çətindir.
M
[redaktə]- Mükəmməl qulluqçular, xoşbəxtlikləri özlərində nöqsan tapmaqdan ibarət olan bəzi ağalar üçün ən pisi olardı.
V
[redaktə]- Var-dövlətin dəyəri əldə ediləndə, dostun dəyəri isə itiriləndə öyrənilir.
Y
[redaktə]- Yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir liman, pis bir qadınla ailə qurmaq isə sakit bir limanda fırtınadır.
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan güllər. Bakı, 2014.