Bob Marli
Görünüş
Bob Marli | ||||
Doğum tarixi | 6 fevral 1945 | |||
Doğum yeri | Nine Mile | |||
Vəfat tarixi | 11 may 1981 | |||
Vəfat yeri | Jackson Memorial Hospital | |||
Dəfn yeri | Bob Marley birthplace in Nine Mile | |||
|
Robert Nesta Marley (6 fevral 1945 – 11 may 1981) — daha çox Bob Marley kimi tanınanYamaykalı müğənni, gitaraçı, mahnı müəllifi və ictimai fəal.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Artıq həmişə xəyal etdiyimiz yeni bir başlanğıcı deyil; heç düşünmədiyimiz xoşbəxt bir sonu istəməliyik.
- Atam mənə dedi ki, mənə etdiyini övladından çəkərsən. Atama dedim ki, atana etməsəydin məndən çəkməzdi.
B
[redaktə]- Baxdın həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar.
- Baxmayın insanların "məni çox sevəcək birini axtarıram" deməsinə. Böyük bir sevgiyə məruz qalınca hamısı qaçacaq dəlik axtarır!
- Bəlkə də ayrılıq kifayət qədər sevməyənlər üçün bir sondur. Çünki bitdiyində getmək asan, amma eşq ayrılıqda müəyyən olar.
- Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda, onların dəyərini anlaya bilməzdik.
- Bəlkə də haqlısan.. Sıfırın gücü yoxdur; amma unutma ki, sıfırın itirəcək bir şeyi də yoxdur!
- Bəlkə də hamımız heç düşünmədən qəlbimizin ən yaxşı qismini vermişik. Həm də qarşılığında bizi düşünməsi belə çətin olanlara.
- Bəlkə də ilk əvvəl səhv insanlarla tanışmasaydıq, doğru insanı tapdığımızda onların dəyərini anlaya bilməzdik.
- Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
- Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar. Xoşbəxt olmaq istəyirsən? Onda heç kimdən heç nə gözləmə.
- Bil ki ayrılıq, kifayət qədər sevməyənlər üçün bir sondur. Unutma, 'Bitdiyində getmək asandır, amma eşq ayrılıqda müəyyən olur'.
- 1 saniyə…qadınlar çox qəribədir. Qarşına keçirlər, səni ələ almağa çalışırlar və bunu bacarırlar. Sonra sənin ondan xoşun gələr, onu sevərsən, könlünü ona verərsən, hər şeyə dözərsən; bunu ancaq sən edərsən. Qəribədir. Məhz bu məsələ məni çox incidir. Məni başa düşmədiklərinə görə inciyirəm dostum. Sevirəm deyirlər, amma sonra gedirlər.
- Bu həyat mənə; insanların gülmədiyi üçün ağladığını, susa bilmədiyi üçün danışdığını və ölmə bilmədiyi üçün yaşadığını öyrətdi…
D
[redaktə]- Dost sanarıq hamımız ehtiyacımız olduğunuda bizi tərk edənləri, "Tanrım sən məni dostlarımdan qoru, düşmənlərim onsuz da müəyyən".
- Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.
- Düşmənindən çox dostundan çəkin! Çünki dostluq bitsə, sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər yalnız.
Ə
[redaktə]- Əgər o heyrətamizdirsə, o, asan olmayacaq. O, asan olsa, heyrətamiz olmayacaq. Əgər o buna dəyərsə, imtina etməzsən. Əgər imtina etsən, layiq deyilsən. … Həqiqət budur ki, hamı səni incidəcək; sadəcə əziyyət çəkməyə dəyər olanları tapmalısan.
- Əgər sevmədiyin kəslərin üzünə baxmaq məcburiyyətindədirsə və istəsən də qaça bilmirsənsə, gülümsəyərək ağlamağı öyrənirsən deməkdir.
- Əgər bu həyatda mütləq qiymət bilmək lazımdırsa, yalnız öz qiymətini bil. Vecinə də alma! Əlbət ki, hər yuxu günəşlə sona çatır.
- Əslində davamlı təbəssüm edənlər, içdən içə acı çəkənlərdir.. Unutma, hər gülən üz xoşbəxtlik ifadəsi deyil!
- Əslində hər kəs sevdiyi insana baxırmış kimi həyata baxsa, bəlkə də həyat bu qədər acı verməkdən vazkeçərdi insanlara.
- Əslində qadın su kimi tapıldığı qaba tabe olar. Qadınlardan şikayətçi olan kişi, səhvi öz qəlibində axtarmalıdır.
- Əslində tək problemimiz; hələ onunla tanış olalı bir neçə gün olmuşkən ona 'səni sevirəm' deyə bilməmizdir.
- Əziz dostum, artıq üzə çıxa bilərsən, çətin günlərim geridə qaldı…
G
[redaktə]- Gerçək budur ki, hər kəs səni incidəcək. Etməli olduğun tək şey, acı çəkməyə dəyər birini tapmaqdır.
- Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.
- Gözəl danışmaq üçün tək bir yol vardır; dinləmək.
- Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür..
- Günəş parlayır, hava gözəl, ayaqların rəqs etmək istəyir, amma yenə də ağlının bir kənarında dursun: "Bəziləri bu an acı çəkir".
F
[redaktə]- Fikir verməyin insanların:"Məni çox sevəcək birini axtarıram."- deməsinə. Böyük bir sevgiyə məruz qaldıqda gizlənməyə yer axtarır hamısı.
H
[redaktə]- Hər kəsin öz taleyini həll etmək hüququ vardır.
- Hər şey yolunda getmir bəzən. Nə edirsən et, düzəlmir yenə də. Ən çətini də bütün bunlara rəğmən gülümsəmək məcburiyyətində qalmaqdır.
- Hər şeyinlə sevərsən, bütün gücünlə bəlkə də, amma yenə itirərsən. Səbəbmi? Çünki hər "sevirəm" deyəni adam zənn edərsən.
- Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır.
- Hərdən deyirlər ki, "Fikir eləmə, sonuna qədər yanındayam." Bax, onların səni aldatdıqlarını arxadan vurduqlarında anlayırsan.
- Həyatımda kimsə yoxdur, amma problem deyil. Çünki sən eşqi adiləşdirənlərdən birisən, mənsə təkliyin haqqını verənlərdən.
- Həyatın dadını çıxara bilmirsənsə, dadını qaçıranları həyatından çıxar.
- Həyatınızda yalnız bir dəfə, həqiqətən inanıram ki, dünyanızı tamamilə dəyişdirə biləcək birini tapacaqsınız. Siz ona heç vaxt başqa bir ruhla paylaşmadığınız şeyləri ona danışırsınız və o, dediyiniz hər şeyi dinləyir və əslində daha çox eşitmək istəyir. Siz gələcəyə olan ümidləri, heç vaxt gerçəkləşməyəcək arzuları, heç vaxt əldə olunmayan məqsədləri və həyatın sizə atdığı çoxlu məyusluqları onula paylaşırsınız. Möhtəşəm bir şey baş verəndə, həyəcanınıza şərik olacağını bilə-bilə bu barədə ona danışmaq üçün səbirsizlənirsiniz. İncidildiyiniz zaman sizinlə ağlamaqdan və ya özünüzü axmaq etdiyiniz zaman sizinlə gülməkdən utanmır. Heç vaxt hisslərinizi incitməz və ya kifayət qədər yaxşı olmadığınızı hiss etdirmir, əksinə o sizi inkişaf etdirir və sizi xüsusi və hətta gözəl edən şeyləri sizə göstərir. Heç vaxt heç bir təzyiq, qısqanclıq və ya rəqabət yoxdur, ancaq o yanında olduqda bir rahatlıq duyursan. Siz özünüz ola bilərsiniz və sizin haqqınızda nə düşünəcəyi barədə narahat olmayın, çünki o sizi olduğunuz kimi sevir. Bir not, mahnı və ya gəzinti kimi insanların əksəriyyəti üçün əhəmiyyətsiz görünən şeylər, əbədi olaraq əzizləmək üçün ürəyinizdə qorunan əvəzolunmaz xəzinələrə çevrilir. Uşaqlığınızın xatirələri geri qayıdır və o qədər aydın və canlıdır ki, yenidən gənc olmaq kimidir. Rənglər daha parlaq görünür. Əvvəllər nə olduğunu bilmədiyiniz gülüş gündəlik həyatın bir hissəsi kimi görünür. Gün ərzində bir və ya iki telefon zəngi uzun bir iş günündən keçməyinizə kömək edir və həmişə üzünüzdə təbəssüm yaradır. Onun hüzurunda davamlı söhbətə ehtiyac yoxdur, ancaq siz onun yanında olmaqdan kifayət qədər razı olduğunuzu görürsünüz. Əvvəllər sizi heç maraqlandırmayan şeylər valehedici olur, çünki bilirsiniz ki, sizin üçün çox xüsusi olan bu insan üçün vacibdir. Hər fürsətdə və etdiyiniz hər şeydə bu insanı düşünürsünüz. Sadə şeylər onu solğun mavi səma, mülayim külək və ya hətta üfüqdə fırtınalı bulud kimi xatırladır. Bir gün qırılma şansının olduğunu bilə-bilə ürəyini açırsan və ürəyini açarkən heç vaxt arzulamadığın bir sevgi və sevinc yaşayırsan. Həssas olmağın ürəyinizə əsl həzzi hiss etməsinə imkan verməyin yeganə yolu olduğunu görürsünüz. Əsl dostunuz və bəlkə də sona qədər sadiq qalacaq bir can yoldaşınız olduğunu bilməklə güc tapırsınız. Həyat tamamilə fərqli, həyəcanlı və dəyərli görünür. Yeganə ümidiniz və təhlükəsizliyiniz onun həyatınızın bir parçası olduğunu bilməkdir.
X
[redaktə]- Xoşbəxtmi olmaq istəyirsən? Kimsədən bir şey gözləmə.
İ
[redaktə]- İlk baxışda aşiq oldun oldun, yoxsa ikinci baxışda kimin nə mal olduğunu anlayacaqsan.
- İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.
- İnsanlara fikir verməyin. Onlar, "məni çox sevəcək birini istəyirəm" deyirlər, lakin onları çox sevən biri meydana çıxdığı zaman, qaçıb, gizlənmək üçün bir dəlik axtarırlar.
K
[redaktə]- Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur.
Q
[redaktə]- Qarşılıqlı sevgi eşqi, platonik sevgi insanı öldürər.
M
[redaktə]- Madəm ki, həyatın dadını çıxara bilmirsən, dadını qaçıranı həyatından çıxar.
O
[redaktə]- Ola bilsin ki, siz onun birincisi, sonuncusu və ya təki deyilsiniz. O, əvvəl sevdi, yenidən sevə bilər. Amma indi səni sevirsə, başqa nə əhəmiyyət kəsb edir? O mükəmməl deyil — siz də deyilsiniz və ikiniz birlikdə heç vaxt mükəmməl ola bilməzsiniz, ancaq sizi güldürə, iki dəfə düşünməyə və insan olduğunuzu və səhv etdiyinizi etiraf edə bilsə, ondan yapışın və ona ən çox edə bilərsiniz. O, günün hər saniyəsi sənin haqqında düşünməyə bilər, amma sənin qıra biləcəyini bildiyi bir hissəsini sənə verəcək — ürəyini. Ona görə də onu incitməyin, dəyişdirməyin, təhlil etməyin və verə biləcəyindən daha çoxunu gözləməyin. O səni xoşbəxt edəndə gülümsə, səni hirsləndirəndə ona xəbər ver, yoxluğunda isə darıx.
Ö
[redaktə]- Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.
P
[redaktə]- Pul həyatı ala bilməz.
- Oğlu Ziqqiyə son sözü
S
[redaktə]- Sevgilin ola biləcək bir çox insan ola bilər; amma unutma ki, sevdiyin ola biləcək insan bir dənədir.
- Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol!
Y
[redaktə]- Yalnız uşaqkən gülər insan, Digərləri uydurma. Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində…
- Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞAA.
Z
[redaktə]- Zəhmli olarsa, mövcud olmayacaq. Mövcud olsa, heyrətləndirici olmayacaq. Buna dəyərsə, bundan vaz keçməyəcəksiniz. Və imtina etsəniz, layiq deyilsiniz.