Fransua de Laroşfuko
Görünüş
Fransua de Laroşfuko | |||
Doğum tarixi | 15 sentyabr 1613 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 17 mart 1680 | ||
Vəfat yeri | Paris | ||
|
Fransua de Laroşfuko (1613–1680) — Fransız yazıçısı və maarifpərvəri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamları oxumaq kitabları oxumaqdan daha xeyirlidir.
- Adamları öyrətmək, adamları öyrənməkdən asandır.
- Adətən kiçik işlərdə həddən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar.
- Ağıllı adam axmaqların əhatəsində olmasaydı daha tez-tez çətin vəziyyətə düşərdi.
- Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır.
- Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar.
B
[redaktə]- Bağışlamaq istəyi ya qorxudan, ya gücsüzlükdən, ya da fədakarlıqdan irəli gəlir.
- Baş həmişə ürəyə aldanır.
- Başqalarının qüsurlarını ölçərkən barmağı ilə tərəzinin gözünü basmayan adam çox azdır.[1]
- Bəzən sevdiyimizin bizə yanıldığımızı ifadə etməsi, bizi aldatmasından daha ağır gəlir.
- Bəzən ağıllı fikir də insanı pis vəziyyətdə qoya bilər.
- Bir adamın dəyəri, böyük qabiliyyətləri ilə deyil, onları necə istifadə etdiyinə baxılaraq ölçülməlidir.
- Bir günəşə, bir də ölümə dimdik baxılmaz.
- Bir halda ki, mən öz sirrimi saxlaya bilmirəm, başqası bu sirri necə saxlaya bilər.
- Bir şey nə qədər ciddi-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar.[2]
- Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır.
- Biz hər hansı şəxsi gələcəkdə ondan xeyir gözlədiyimiz üçün tərifləyirik.
- Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar.
- Böyük adamların şöhrəti, bu şöhrətə yetmənin üsulları əsasında qiymətləndirilməlidir.
- Böyük düşüncələr böyük hisslərdən yaranır.
- Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir.
- Bütün xətalarımızdan ən asan bağışladığımız tənbəllikdir.
C
[redaktə]- Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır.
- Cinayət özünə daha asan himayədar tapa bilər, nəinki məsumluq.
Ç
[redaktə]- Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər.
D
[redaktə]- Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz.
- Dünya üzərində müvəffəqiyyətli ola bilmək üçün, müvəffəqiyyətli kimi görünməmizi təmin edən hər şeyi edərik.
- Dünyada qoca olmaq məharətinə yiyələnən, əsl qoca olmağı bacaran çox az qoca var.
- Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz, buraxın, dostlarınız sizi keçsin.
- Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq.
E
[redaktə]- Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır.
- Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır.
- Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər.
- Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin.
- Elm mahiyyət etibarilə həqiqət axtarışıdır.
- Eşqdə olduğu kimi dostluqda da, insan bildiyi şeylərdən çox bilmədikləri üzündən xoşbəxtdir.
- Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur.
- Eşqbazlıqda ən az olan şey eşqdir.
- Evlənmənin yaxşısı olar amma qüsursuzu olmaz.
Ə
[redaktə]- Ədəb qanunların ən kiçiyi olsa da, ən ciddi əməl olunanı, riayət edilənidir.
- Əgər başqalarını aşağı görməsəydik başqalarının yüksəkdən baxmalarından şikayətlənməzdik.
- Əksər qadınlar ehtirasları güclü olduğu üçün deyil, zəiflikləri çox olduğu üçün imtina edirlər. Ona görə təşəbbüskar kişilər ümumiyyətlə belə uğur qazanırlar, baxmayaraq ki, onlar heç də ən cəlbedici deyillər.
- Ən comərdcə verilən şey öyüddür.
- Əsl dost yer üzünün əşrəfidir, ancaq çox az adam onu tapmağa çalışır.
- Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir.
- Əsl dostluğa əsl məhəbbətdən də az rast gəlinir.
- Əsl həqiqətdə biz nə istədiyimizi, nə axtardığımızı heç vaxt axıra qədər dərk edə bilmərik.
- Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir.
- Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
F
[redaktə]- Fərqinə varmadan başqalarını aldatmaq nə qədər çətindirsə, fərqinə varmadan özünü aldatmaq o qədər asandır.
G
[redaktə]- Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır.
- Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur.
- Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir.
- Gözəl keyfiyyətlərə malik olmaq azdır, onlardan istifadə etməyi də bacarmaq lazımdır.
- Günəşin və ölümün üzünə dik baxılmaz.
H
[redaktə]- Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağlından şikayətlənmir.
- Hamıdan ağıllı olmağı arzulamaqdan daha böyük axmaqlıq ola bilməz.
- Hamımız yaltaqlığı pisləyib yamanlayırıq, ancaq özümüz bizə yaltaqlananlara, bizi öyənlərə nəinki dözür, hətta onlara rəğbət duyuruq.
- Hamımızın başqalarının bədbəxtliyinə dözmək üçün kifayət qədər gücü var.
- Heç kim başqalarına tənbəl insanlar qədər tələsməz: tənbəlliklərini qane edərək, çalışqan görünmək istəyirlər.
- Heç vaxt sevgilisi olmayan qadınları tapa bilərsiniz; ancaq birinə sahib olanları tapmaq çətindir.
- Həqiqi dostluq paxıllığın nə olduğunu bilmədiyi kimi, əsil məhəbbət də naz-qəmzənin nə olduğunu bilmir.
- Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdur.
- Həqiqi sevgi kabus kimidir: hamı onun haqqında danışır, amma çox az adam onu görüb.
- Həmişə hamıdan ağıllı görünmək istəyindən böyük axmaqlıq ola bilməz.
- Hər kəs yaddaşından şikayətçi, lakin qərqrlqrından razıdır.[3]
- Hiylə və xəyanət zəif adamlara xas olan əməldir.
- Hiyləgərlik dayaz ağlın əlamətidir.
X
[redaktə]- Xəyanətə çox vaxt düşünülmüş şəkildə yox, kortəbii halda, xarakterin zəifliyi üzündən yol verilir.
- Xırda işlərə həddindən artıq meyil edən adamlar, adətən, böyük işlər görməkdən məhrum olurlar.
- Xoşbəxtliyi öz daxilində tapa bilmirsənsə, onu başqa yerdə axtarma.
İ
[redaktə]- İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq.
- İkiüzlülük rızalıtin ləyaqətə ödədiyi vergidir.
- İlk istəkdən əl çəkmək nisbətən asandır, amma istəklər artdıqca nəfsə yiyə durmaq çətinləşir.
- İlk sevdiklərində qadınlar, aşiqlərini sevərlər, o birilərdə isə sevdikləri eşqdir.
- İnsan heç vaxt xoşbəxt yaxud da bədbəxt olmur, o həmişə özünü belə hiss edir.
- İnsanı ümumilikdə tanımaq hər hansı bir fərdi ayrılıqda tanımaqdan çətindir.
- İnsanın ən səxavətlə payladığı şey məsləhətdir.
- İnsanın əsl ləyaqətinin əlaməti odur ki, hətta paxıllığını çəkənlər də onu tərifləməyə məcburdurlar.
- İnsanların çoxu üçün təşəkkür, yalnız daha böyük köməklər üçün gizli bir ümiddir.
- İnsanların xoşbəxtlikləri ya da bədbəxtlikləri, qədərin olduğu qədər də xarakterlərinin əsəridir.
- İnsanların sahib olduğu deyil, iddiasında olduğu keyfiyyətləri maraqlıdır.
- İşıq əşyanı necə aydınladırsa, gələcək də yaxşı və pis tərəflərimizi o cür aydınladır.
K
[redaktə]- Kəbin yeganə müharibədir ki, həmin dövrdə siz düşmən ilə yatırsınız.
- Kiçik qüsurlarımızı etiraf etməyimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür.
- Kim ki, daha qüvvətlə sevir, o, hiss etmir ki, artıq çoxdan bəri sevilmir.
- Kim yüksək adı şərəflə daşıya bilmirsə, bu ad onu əsla yüksəltmir, daha da alçaldır.
- Kin bəsləmək cılız adamların adətidir.
- Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik.
Q
[redaktə]- Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir.
- Qadınların cəhənnəmi qocalıqdır.
- Qadınların çoxunun dostluqdan bir şey anlamamaları, eşqi daddıqdan sonra dostluğun yavan gəlməsidir.
- Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür.
- Qısqanclıq şübhə ilə qidalanır; şübhələr güvənə çevrildikdən sonra ölür və ya qəzəblənməyə başlayır.
- Qocaldığını bilən çox az adam var.
- Qorxaqlar, adətən, öz qollarının gücünü dərk etmirlər.
- Qorxu və ümid bir-birinə bağlıdır; qorxusuz ümid, ümidsiz də qorxu ola bilməz.
- Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxarmağa bu qədər maraq göstərməzdik.
M
[redaktə]- Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur.
- Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvazökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər..
N
[redaktə]- Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz.
- Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar.
- Nəsihət vermək asan, nümunə olmaq çətindir.
- Nümayişkaranə sadəlik riyakarlıqdır.[4]
O
[redaktə]- O qisim kinli adamlar daha qorxuludur ki, xeyirxahlıqdan heç də büsbütün xali deyillər.
Ö
[redaktə]- Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik.
- Özünü hamıdan hiyləgər bilən adamı tez aldatmaq mümkündür.
P
[redaktə]- Paxıllıq nifrətdən də barışmazdır.
S
[redaktə]- Sevən qadın qəlbi böyük kobudluğu asanlıqla bağışladığı halda, kiçik bir vəfasızlığı heç cür bağışlaya bilmir.
- Sevgi alov kimidir, sakitlik bilmir; o, yalnız ümidi itirdikdə və qorxmadıqda yaşaması dayanır.
- Sevinci bizə ətrafımızdakılar deyil, bizim ərtafımızdakılara olan münasibətimiz bəxş edir.
- Sevmək, sevməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır.
- Sevməkdən usandığımız zamanlar, sevgilimizin sədaqətsizliyi bizi sədaqət zəruriliyindən qurtardığı üçün, xoşumuza gedər.
- Səhv etdiyini qəbul etməyənlər ən çox səhv edənlərdir.
- Səmimilik tək-tük adamlarda aşkar oluna bilər və çox vaxt fəndlərdən ən ağıllısıdır — səmimiyyətə, çox vaxt başqalarından açıq etirafları çəkib çıxarmaq məqsədilə əl atırlar.[5]
- Söhbəti ağıl yox, qarşılıqlı inam canlı edir.
Ş
[redaktə]- Şərin də xeyir kimi öz qəhrəmanları var.
T
[redaktə]- Tale, əsasən, bəxti gətirməyənlər tərəfindən kor sayılır.
- Taleyin bizə göndərdiyi hər şeyi əhval-ruhiyyədən asılı olaraq qiymətləndiririk.
- Təbiət bizə fəzilətlər bəxş edir və tale onları göstərməyə kömək edir.
- Təvazökarlıq ləyaqət artırır.
U
[redaktə]- Uğuru gizlətmək ən böyük uğurdur.
Ü
[redaktə]- Ümidlərimizə görə söz verər və qorxularımıza görə hərəkət edərik.
- Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır.
V
[redaktə]- Vicdanlı qadınların çoxu qapalı xəzinələrdir, ancaq hələ heç kim onları axtarmadığı üçün toxunulmazdır.
Y
[redaktə]- Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar.
- Yalançı başqalarını aldatdığını zənn edir, əslində isə o özünü aldadır.
- Yanıldığını əsla qəbul etməyənlər, ən çox yanılanlardır.
- Yaşadığımız illərin sayına baxmayaraq, çox vaxt təcrübəmiz çatışmır.
- Yaşlanmasını bilən çox az insan vardır.
- Yoxluq kiçik sevgiləri azaldır və böyük sevgiləri artırır, çünki külək şamı söndürür və tonqal yandırır.
Z
[redaktə]- Zəif xarakterli adamlar səmimi ola bilməzlər.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014