Məzmuna keç

Qara Qarayev

Qara Qarayev
Doğum tarixi 5 fevral 1918
Doğum yeri Bakı
Vəfat tarixi 13 may 1982
Vəfat yeri Moskva
Dəfn yeri Fəxri Xiyaban
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Qara Qarayev(1918 – 1982) — Azərbaycan bəstəkarı.

Sitatları

[redaktə]
  • Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkli əməl eləməz…
  • Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır…
  • Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşanda o, muzey eksponatına çevirir.

Qara Qarayev barədə olan fikirlər

[redaktə]
  • Onun musiqisi ilə görüş həmişə böyük sevinc gətirirdi, eyni zamanda mürəkkəb həyat problemləri haqqında dərin düşüncələr doğururdu.[1] Nodar Dumbadze
  • Azərbaycanın görkəmli bəstəkarı Q. Qarayevin musiqisi sovetlər ölkəsinin çoxmillətli mədəniyyətində ən parlaq hadisələrdən biridir. Onun təkrarolunmaz fərdi dəsti-xəttinin fərqləndirici xüsusiyyəti əsərlərində milli və beynəlmiləl keyfiyyətləri üzvi şəkildə birləşdirməsindədir.[1] Tixon Xrennikov
  • "Q. Qarayev mənim ən çox sevdiyim bəstəkarlardandır. Onun musiqisinin müvəffəqiyyətinin sirri xalq ənənələrini klassik irsin ən müasir musiqi formalarında parlaq istedadla, ancaq onu özünə xas olan tərzdə birləşdirilməsindədir." — Dmitri Şostakoviç[1]
  • "Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün musiqisidir. Bu musiqidə günəş və cənub ehtirası var, ay və şimal romantikası var." — Nazim Hikmət[1]
  • "Q. Qarayevin yaratdığı musiqi təkcə bərəkətli Azərbaycan torpağının, onun orijinal mədəniyyətinin inciləri deyil, bütün dünya musiqisinin bəzəyidir." — Fikrət Əmirov[1]
  • "Q. Qarayevin musiqisi, onun xeyirxah, gülər gözləri həmişə sevinc, mehribanlıq, səmimiyyət və müdriklik saçırdı." — Niyazi[1]
  • "Q. Qarayev milli mədəniyyətin inkişafında yeni yollar açan cəsarətli, novator sənətkardır. O, geniş yaradıcılıq vüsətinə malik ustaddır." — Nikolay Tixonov[1]
  • "Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır." — Heydər Əliyev[1]

İstinadlar

[redaktə]
  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 "Famous people on Garayev". anl.az. anl.az. İstifadə tarixi: 25 oktyabr 2018.