Qumar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer

B[redaktə]

  • Babək söy köküylə bizdən deyilmiş,
    Xətai islamı ikiyə bölmüş,
    Fətəli Allahsız, Vaqif baz idi,
    Filankəs azacıq qumarbaz idi,
    Gecəli gündüzlü Hadi dəm idi,
    O əyyaş, bu fərsiz, o bigam idi,
    Biri qərəzkardır, biri xəsisdir,
    Bu ondan yaxşıdır, o bundan pisdir,
    Natəvan beləydi, Həcər eləydi,
    Böyüklər önündə o bir köləydi,
    Rəhmət demirik amma bir kərə,
    Milləti ucaldan rəhmətlilərə
    Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
    Danış, bu Millətə nə gətirmisən?!
    Sən böhtan atdığın bu böyüklərin,
    Yüzdə biri qədər nə iş görmüsən?! Bəxtiyar Vahabzadə
  • Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayar kimi saxlayar. Qautama Budda
  • Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən. Mir Möhsün Nəvvab

Ə[redaktə]

  • Əyyaş və qumarbaz öz malının, vaxtının, müstəqilliyinin və sağlamlığının ən qatı düşmənidir. Sinoplu Diogen

H[redaktə]

  • Heç vaxt heç nə uyğun deyildir. İnsanlar kor-koranə nə varsa onu tutdular: kommunizm, sağlam qidalar, balet, hipnoz, qrup görüşləri, velosiped sürmək, otlar, katoliklik, ağırlıq qaldırma, səyahət, geri çəkilmə, vegetarianlıq, Hindistan, rəsm, yazı, heykəltəraşlıq, bəstələmək, drijorluq etmək, kürəklə gəzmək, yoqa, cütləşmək, qumar oynamaq, içki içmək, dolaşmaq, dondurulmuş yoğurt, Bethoven, Buddha, kök suyu, intihar, əl işi kostyumlar, reaktiv səyahət, Nyu-York şəhəri və sonra hamısı buxarlandı və dağıldı. İnsanlar ölümü gözləyərkən görəcəkləri şeylər tapmalı idilər. Düşünürəm ki, seçim etmək gözəl idi. Çarlz Bukovski
  • Hökmdarın dostluğunu, qarğaların təmizliyini, qumar oyununda dürüstlüyü, ilanın bağışlamasını, bir qadının sevgisindən razı qalmasını, qorxağın qorxmazlığını, sərxoşun əzəmətli gücünü görən oldumu? Çanakya

İ[redaktə]

  • İtaəti nəcib varislərdən, natiqliyi alimlərdən, fəndləri və əllərin cəldliyini qumar oyunçularından, hiyləgərliyi qadınlardan öyrənmək lazımdır. Çanakya

Q[redaktə]

N[redaktə]

  • Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çoxmu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?! Mövlana Cəlaləddin Rumi

P[redaktə]

  • Pambəğı oddan, cavanları içki və qumardan uzaq saxlayın. Bencamin Franklin
  • Pul itirməyin üç yolu var. Ən təhlükəsizi kənd təsərrüfatında, ən sürətlisi qumarda və ən ləzzətlisi qadınlarda. Moşe Dayan

Ü[redaktə]

  • Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı. Şarl de Qoll

İstinadlar[redaktə]